Tərp
Kənd | |
Tərp | |
---|---|
39°43′08″ şm. e. 45°38′54″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Dərələyəz mahalı |
Rayon | Paşalı rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.720 m |
Saat qurşağı | UTC 4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Tərp, Terp, Saravan — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]«Tərp kəndi, XIII əsrdə tarixi mənbələrdə adı çəkilən Derb kəndidir»[3].
Kənd XIV əsrdə xarabalığa çevrilmiş, XVII əsrdə yenidən bərpa edilmişdir. Tərpçayın yaxınlığında yerləşirdi.
Toponim Azərbaycan dilində «kiçik təpə» mənasında işlənən tərp sözü[4] əsasında əmələ gəlmişdir. Tərp sözü ərəb dilində dərb kimi «dağ keçidi, aşırım, dərə» mənasında işlənir[5].
Orotoponimdir. Quruluşca sadə toponimdir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kənddə 1831-ci ildə 96 nəfər, 1873 - cü ildə 192 nəfər, 1886-cı ildə 86 nəfər, 1897-ci ildə 187 nəfər, 1904 - cü ildə 223 nəfər, 1914 - cü ildə 245 nəfər, 1916-cı ildə 281 nəfər yalnız azərbaycanlı yaşamışdır[6].
1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla qovulmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz ata-baba torpaqlarına dönə bilmişdir. Burada 1922-ci ildə 67 nəfər, 1926-cı ildə 86 nəfər, 1931-ci ildə 191 nəfər yalnız azərbaycanlı yaşamışdır[6].
SSRİ hökumətinin xüsusi qərarı ilə kəndin sakinləri - azərbaycanlılar 1947-ci ildə zorla Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
[[Tərp, Saravan kəndində görüş: 23.08.2019. Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Saravan kəndinin 30-40 il əvvəl buraya köçürülmüş erməni sakinləri ilə görüşü. [1]
Kənd əhalisinin böyük əksəriyyətinin köçürüldüyü ərazi Salyan rayonunun Qarabağlı kəndi'dir. Hal-hazırda Qarabağlı kəndində onların sayı 1300-1500 nəfər arasında olduğu təxmin edilir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
- ↑ Yeğiazaryan O. Əzizbəyov rayonunun mədəniyyət abidələri, (erməni dilində). İrəvan, «Haypetrat», 1955. s.93
- ↑ Yüzbaşov R. Azərbaycan coğrafiya terminləri (tədqiqlər), Bakı, «Elm», 1966. s.130
- ↑ Савина В.И. Словарь географических терминов и других слов, формирующих топонимию Ирана, М., «Наука», 1971. s.69
- ↑ 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.90-91, 158-159