Termocüt

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Multimetrlə birləşdirilmiş termocüt selsi (°C) ilə otaq temperaturunu göstərir

Termocüt — bir və ya bir neçə eynicinsli olmayan naqillərin (termoelektrodların) bir-birləri ilə birləşməsindən əmələ gələn elektrik qurğusu. Termocüt termoelektrik effekti nəticəsində temperaturdan asılı gərginlik hasil edir və bu gərginlik temperaturun ölçülməsində istifadə olunur. Termocütlər temperatur sensorlarının geniş istifadə olunan növlərindən biridir.[1]

Termocütlər ucuz[2], bir-birini əvəz edə bilən, standart girişlə təmin olunmuş və temperaturu geniş həddə ölçmə qabiliyyətinə malik qurğulardır. Temperaturun ölçülməsində digər metodlardan fərqli olaraq, termocütlər özü qidalanır və xarici qida mənbəyinin olmasını tələb etmir. Termocütlərin əsas məhdudiyyəti onların dəqiqliyidir. Bir dərəcə selsidən (°C) daha az xətalı sistemləri hazırlamaq , çətin başa gəlir.[3]

Termocütlər sənayedə geniş istifadə olunur. Termocütün tətbiq olunduğu sahələrə sobalar, qaz turbinlərində işlənmiş qazı çıxarmaq üçün borular, dizel mühərrikləri və digər sənaye proseslərini misal göstərmək olar. Termocütlər termostatlarda temperatur sensorları kimi yaşayış binaları, idarə və müəssisələrdə də istifadə edilir.

Termoelementlərin iş prinsipi

[redaktə | mənbəni redaktə et]

Termoelemtlərin iş prinsipi-iki müxtəlif metalın kontaktında cərəyanın yaranması hadısəsinə əsaslanır. Belə kontaktlardan ibarət olan şüalanma qəbulediciləri termoelementlər adlanır. Adətən iki nazik metal təbəqə gümüşlə lehimlənir. Kontaktda metal əvəzinə yarımkeçirici də ola bilər. Metalların sərbəst ucları xarici dövrəyə qoşulur və qalvanometrlə qapanır. Alınan elektrik hərəkət qüvvəsi temperatur dəyişməsi ilə və verilən metal kontaktı üçün termoelektron hərəkət qüvvəsi ilə mütənasibdir.[4]

Məsələn, termo e.h.q. miqdarı mis və konstantan üçün , dəmir və bismut üçün və tellur-bismut üçün olur. Termoelektron cərəyanı

(1)

kimi təyin olunur, burada termoelementin və qalvanometrin müqavimətləridir. olur. Onda də həmin qədər götürülür.

Bir neçə termoelement ardıcıl birləşdirilə bilər. Məsələn, elə qoşmaq olar ki, yalnız cüt qaynaqlara şüa düşsün, təklər isə qaranlıqda saxlansın. Belə n qoşulmanın yaratdığı cərəyan şiddəti

(2)

olar. Belə qoşma o vaxt sərfəlidir ki, müqaviməti -dən çox böyük olsun və hasili -dən çox fərqlənməsin.[4]

Xarici təsirlərə ən dayanıqlı birləşmə bir-biri ilə əks qütblərdə qoşulan iki etrmoelement cütü ola bilər. Bu zaman onlar ardıcıl şəkildə elə birləşdirilir ki, elektrik hərəkət qüvvələri bir-birinə əks istiqamətdə yönəlsin. Belə birləşmədə termoelementlər bir-birinə yaxın olduğundan xarici təsirlərə eyni cür məruz qalırlar və adi halda heç bir cərəyan vermirlər. Əgər onları növbə ilə şüalandırsaq, onlar müxtəlif işarəli eyni qədər kənaraçıxmalar göstərər.[5]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Thermocouple temperature sensors". Temperatures.com. 2008-02-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-11-04.
  2. Ramsden, Ed. "Temperature measurement". Sensors. September 1, 2000. 2010-03-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-02-19.
  3. "Technical Notes: Thermocouple Accuracy". IEC 584-2(1982) A1(1989). 2022-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-28.
  4. 1 2 N.Z.İsmayılov Praktik astrofizika Bakı,2012 s-150
  5. N.Z.İsmayılov Praktik astrofizika Bakı,2012 s-151