Tengiz Abuladze
Tengiz Abuladze | |
---|---|
gürc. თენგიზ აბულაძე | |
Doğum adı | თენგიზ აბულაძე |
Doğum tarixi | 31 yanvar 1924[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 6 mart 1994[2][3][…] (70 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | kinorejissor, ssenarist |
Fəaliyyət illəri | 1956-cı ildən |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları |
|
IMDb | ID0002156 |
Tengiz Yevgeniyeviç Abuladze(gürc. თენგიზ აბულაძე; 31 yanvar 1924[1][2][…], Kutaisi – 6 mart 1994[2][3][…], Tbilisi) — sovet kinorejissoru, pedaqoqu. SSRİ xalq artisti (1980).[4]
Həyatı
[redaktə | vikimətni redaktə et]Tengiz Yevgeniyeviç Abuladze 31 yanvar 1924-cü ildə Gürcüstanın Kutaisi şəhərində anadan olmuşdu. Şota Rustaveli adına Tbilisi Teatr İnstitutunda oxumuşdu.
Tengiz Abuladze Giorgi Leonidzenin eyni adlı hekayələr toplusu üzrə “Arzu ağacı” bədii filmini çəkmişdir. Yazıçı burada uşaqlıq dövrünün əhvalatlarını xatırlayır, böyüdüyü mühiti təsvir edir, özünə yaxın olan adamları hekayələrinin personajlarına çevirir.
Tengiz Abuladze müxtəlif hekayələrinin (“Pupala”, “Tsitsikore”, “Marita” və s.) qəhrəmanlarının əhvalatlarını ümumiləşdirir, yeni personajlar daxil edir, bir çox epizodları dəyişdirir. Məsələn hekayədə kənddən didərgin düşmüş Marita dərd çəkməkdən ölür, filmdə isə rəhmsiz avam camaat onunla haqq-hesab çəkir. Lakin filmdə Leonidzenin əsərinin əsas fikir xətti saxlanmışdır.
Gəncliyi və ilk filmləri
[redaktə | vikimətni redaktə et]1955-ci ildə Tengiz Abuladze və Rezo Çxeidze debüt filmləri «Maqdanın eşşəyi» ilə gürcü kinematoqrafiyasında yeni mərhələnin açılışını etdilər. Həmin dövrdə çəkilən filmlər neorealizm estetikasının prinsipləri əsasında qurulurdu. Rejissor R.Çxeidzenin müharibə mövzusunda çəkdiyi «Əsgər atası» filmini postsovet məkanında görməyən yoxdur. Bu filmdə aktyor Serqo Zakariadze oynadığı rolla tipik gürcü obrazını yaratmışdı. (Zakariadze bu roluna görə Kann festivalında «ən yaxşı kişi rolu» nominasiyasının qalibi olub). Uzun illər Zakariadzenin qəhrəmanı bütün sovet kinosunda gürcü mənşəli personajlar üçün etalona çevrilmişdi. Hətta müasir dövrümüzdə də rus kinosu bu etalondan istifadə etməkdədir.
Tengiz Abuladze və Otar İoselianinin filmləri isə gürcü kinematoqrafiyasını dünya kino arenasına çıxartdı. İoselianinin, demək olar ki, bütün filmləri tamaşaçılar və kino tənqidçiləri tərəfindən alqışlandı.
1972-ci ildə Rustaveli adına Tbilisi Teatr İnstitutunda kino fakültəsi açılır. Bir müddət sonra isə teatr institutunun adı dəyişdirilib Tbilisi Teatr və Kino İnstitutu adlandırılır.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 Абуладзе Тенгиз Евгеньевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Tengis Abuladse // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ Новая Российская энциклопедия: в 12 т. / Редкол.: А. Д. Некипелов, В. И. Данилов-Данильян, В. М. Карев и др. — М.: ООО «Издательство „Энциклопедия“» Т. 2 А — Баяр, 2005. — 960 с.: ил.
- 31 yanvarda doğulanlar
- 1924-cü ildə doğulanlar
- Kutaisidə doğulanlar
- 6 martda vəfat edənlər
- 1994-cü ildə vəfat edənlər
- 70 yaşında vəfat edənlər
- Tbilisidə vəfat edənlər
- Didubi panteonunda dəfn olunanlar
- Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunları
- SSRİ Kinematoqrafçılar İttifaqının üzvləri
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- SSRİ xalq artistləri
- "Lenin" mükafatı laureatları
- Əlifba sırasına görə film sənətçiləri
- Gürcüstan rejissorları