Teleutlar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Teleütlər
Ümumi sayı
3 000
Yaşadığı ərazilər
Rusiya Rusiya 2 643

Teleütlər (özlərini tadar, bayat-paçat adlandırırlar) — Rusiyanın Kemerova vilayətində, Qərbi Sibirdə yaşayan türk xalqı.

Sayları və yayılması

[redaktə | mənbəni redaktə et]

Rusiya federasiyasında sayları 2650 nəfərdir.Kemerova vilayətində isə 2 534 nəfər yaşayır.

Teleütlər əsasən kəndddə yaşayırlar. 2 min nəfərə yaxın əhali Bekova, Çeluxoeva, Verxovskaya, Şanda, Novi-Baçatı kəndlərində qərar tutub.

Teleut dili Altay ailəsinin türk dilləri qrupunun qırğız-qıpçaq dilinə bağlıdır.

391-ci ildə Teleutlar tabğaçlar tərəfindən tabe edildi. 403-cü ildə jujanlara tabe oldular.

Teleüt və Telengitlər, Çin qaynaqlarında T’ieh-le olaraq bilinən Tölöslərin törəmələri kimi qəbul edilir. Bir mülahizəyə göre: Teleut və Telengit etnonimləri eyni kökdən gəlir. Teleut etnonimi “Tele” kökünə Monqolca “ ut” çoxluq, cəm şəkilçisinin gətirilməsi nəticəsində yaranmışdır. Telelər anlamına gəlir. Əsas xarakter özəllikleri, yaşam biçimləri və dil etibariylə də bu iki topluluk bir-biriyle eyni sayıla biləcək ölçüdə bənzerlikləri var.

Teleutlar özlərini Teleut etnonimi xaricində Teleŋet, Payat və Tadar etnonimləriylə də adlandırırlar. Bunlardan Teleŋet: Teleut və Telengitlərin özləri üçün danışdığları ortaq etnonimdir. Payat; Teleut Türklərinin çox saylı olaraq yaşadıqları Kemerovo bölgəsində olan Baçat çayının Teleut Türkcəsindəki qarşılığı. Sovetlər və öncəsində bu bölgədə yaşayan Türk xalqları üçün yayğın olaraq Tatar etnonimi deyilir.Söz qonusu Tadar etnonimi isə Teleut Türkcəsinin yapısı gərəyi iki addım arasındaki sərt səssizin yumuşaması ilə ibarət olan bir etnonimdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]