Tekirgöl
Tekirgöl | |
---|---|
rum. Lacul Techirghiol | |
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | −0,6[ |
Eni | 4,4 km |
Uzunluğu | 7,75 km |
Sahəsi | 14,62 km² |
Dərin yeri | 12,5 m |
Orta dərinliyi | 4 m |
Duzluluğu | 1—70 ‰ |
Yerləşməsi | |
44°02′30″ şm. e. 28°40′00″ ş. u.HGYO | |
Ölkə | Rumıniya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tekirgöl (rum. Lacul Techirghiol) — Rumıniyada göl. Göl Qara dənizin sahilində, Konstansa şəhərinin 12 km - də yerləşir. Göl sahilində Eforiye və Tekirgöl kurortları fəaliyyət göstərir. Hər iki kurort palçıq müalicəsi üzrə tanınır.
Gölün ümumi sahəsi — 14,62 km²-dir[1].
Etimologiyası
[redaktə | vikimətni redaktə et]Gölün adı ilə müxtəlif versiyalar mövcuddur. Ehtimal olunan fikirlərdən biri odur ki, Tekir adlı bir türk gölün palçığının müalicəvi əhəmiyyətini aşkar etmişdir[2][3].
Digər versiyaya görə isə göl öz adını: «tekir» — «düz», «göl» — «göl» sözlərindən götürüb[4].
Hidroqrafiyası
[redaktə | vikimətni redaktə et]Göl liman mənşilidir və dəniz körfəzindən meydana gəlmişdir. Gölü dənizdən eni 100 metr, uzunluğu 3 km olan qum tirəsi ayırır[5]. Vaxt keçdikcə gölün duzluluğu artmış və ən yüksək göstəricisi 95 q/l olmuşdur.
70-ci illərdə ərazidə aparılan geniş suvarma işləri nəticəsində göl suyunun duzluluğu azalmağa başlamışdır (83,6 q/l — 1970, 63,6 q/l — 1980. və 53,50 q/l — 1997.)[6].
Göl suyunun duzluluğu azalması ilə əlaqədər Artemia salina və həm də gölün bütün ekossiteminin pozulması qeydə alınmışdır. Bunun üçün 1980-cı illərdə ərazidə 2 bənd inşa edilmiş, göl 3 hissəyə bölünmüşdür. Gölün şərq hissəsi daha duzlu (duzluluq 6-8 q/l), qərb hissəsi (duzluluq 1-2 q/l) daha az idi. Qərb hissəyə suvarma suları axıdılırdı. Bu sulardan azada olmaq üçün göldən Qara dənizə uzunluğu 9,5 km olan borular çəkilmişdir[7].
Gölün dəniz səviyyəsindən olan hündürlüyü dəyişir və bu göstərici 0 metr−1,65 metr arasındadır. Müəyyən zamanlarda gölün səviyyəsi düşür və dənizdən su gölə axır[8][9].
Müalicəvi əhəmiyyəti
[redaktə | vikimətni redaktə et]Güclü minerallaşmaya malik göl suyu müəalicəvi əhəmiyyətə malikdir. Sapropel çöküntüyə malik olan ərazidə ilk dəfə 1891-ci ildə sanatoriya açılmışdır[10]. Müasir dövrdə ərazidə bir neçə sanatoriya fəaliyyət göstərir[11].
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Данные об озере Текиргёл на сайте Рамсарской конвенции". rsis.ramsar.org. 2021-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-13.
- ↑ "Legenda lacului Techirghiol". www.universdecopil.ro. 2020-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-13.
- ↑ "Страница сайта города Текиргел". 2018-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-09.
- ↑ отв. ред. Э. Р. Тенишев, А. В. Дыбо. Сравнительно-историческая грамматика тюркских языков. Наука. 2006. 133–134.
- ↑ "Information Sheet on Ramsar Wetlands (RIS)" (PDF). rsis.ramsar.org. 2022-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-10-13.. 2006 стр 2
- ↑ "Information Sheet on Ramsar Wetlands (RIS)" (PDF). rsis.ramsar.org. 2022-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-10-13. 2006 стр 7
- ↑ "Information Sheet on Ramsar Wetlands (RIS)" (PDF). rsis.ramsar.org. 2022-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-10-13. 2006 стр 10
- ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;книга1983
adlı istinad üçün mətn göstərilməyib - ↑ "Lacul Techirghiol". 2018-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-08.
- ↑ "Страница сайта города Текиргел". 2018-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-09.
- ↑ Курорты. Энциклопедический словарь/Глав. ред. Е. И. Чазов. — М.: Советская энциклопедия, 1983. — 592 с