41°43′33″ şm. e. 44°46′30″ ş. u.HGYO

Tbilisi meriyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tbilisi meriyası
gürc. თბილისის საკრებულო
Xəritə
41°43′33″ şm. e. 44°46′30″ ş. u.HGYO
Ölkə  Gürcüstan
Şəhər Tbilisi
Yerləşir Tbilisi
Aidiyyatı Gürcüstan hökuməti
Memar Pavel Ştern[1]
Tikilmə tarixi 1824-1825
Üslubu Mavritan memarlığı
Vəziyyəti qənaətbəxş
Rəsmi sayt tbilisi.gov.ge/?lang=en
tbilisi.gov.ge
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tbilisi meriyası (gürc. თბილისის საკრებულო) – Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Azadlıq meydanının cənub hissəsində yerləşən saat qülləsinə malik tarixi binadır. Binada şəhər meriyası və şəhər assambleyası (sakrebulo) yerləşir.

Bina, ilkin olaraq Çar Rusiyası hakimiyyəti dövründə – 1830-cu illərdə inşa edilsə də, sonrakı iki yüz il ərazində dəfələrlə yenidənqurmalara məruz qalmış və ilkin görkəmini əhəmiyyətli dərəcədə itirmişdir. 1879-cu ildə kimi bina, Baş polis idarəsi və polis departamenti kimi fəaliyyət göstərmişdir. 1878-ci ildə binada yenidənqurma işlərinin aparılması və şəhər duması binasına çevrilməsi üçün müsabiqə elan edilmiş və müsabiqədə Pavel Şternin layihəsi qalib elan edilmişdir. Binanın memarlığında o zaman məşhur neomavritan elementləri ilə zəngin ekzotik stil əksini tapmışdır. 1910-cu ildə binaya saat qülləsi əlavə edilmiş, 1912-ci ildə isə binanın aşağı mərtəbəli cinah hissələrinə əlavə mərtəbələr əlavə edilməsi ilə genişləndirilmə işləri aparılmışdır.

Tbilisi meriyası binasında, şəhər meriyası və əlaqəli bir neçə hökumət orqanı, şəhər assambleyası və tarixi əczaxana yerləşir. Binanın birinci mərtəbəsinə lüks kateqoriyalı geyim mağazaları fəaliyyət göstərir.

  1. ЭБРАЛИДЗЕ, Малхаз. "Архитектура Тбилиси XIX-XX веков". tbilisi.media. 2019-04-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 aprel 2019.
  • "საქართველოს ძველი ქალაქები: თბილისი" (2006), ISBN 99940-0-923-0.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]