Tart Taten
Tart Taten (fr. Tarte Tatin)Fransız alma piroqudur. Piroq bişmədən öncə alma yağda və şəkər tozunda qızardılır.
Tarixi
[redaktə | mənbəni redaktə et]Tədqiqatlara əsasən Tart Taten hotel olan 2 bacı Stefani (1838—1917) və Karolina (1847—1911)Taten tərəfindən 1880-cı illərdə hazırlanmışdır. Rəvayətə görə piroqu hazırlayan zaman Stefani xəmirdən forma hazırlamağı unudur və karamelli almaları forma kimi qoyur və xəmiri üzərinə tökür[1]. Bəzi fikirlərə görə o piroqu əlindən salır və sonra necə gəldi toplayır. Belə bir fikir də mövcuddur ki, piroq Solon regionunun milli piroqudur və Stefani ona biraz dəyişikliklər edib[2]. Bacılar heç vaxt tortu öz adlandırmayıblar və heç bir kulinariya kitablarında bunu qeyd etməyiblər.
Haqqında
[redaktə | mənbəni redaktə et]Bu piroqun məşhurlaşmasına səbəb Maxim restoranı olmuşdur. Belə ki, onlar bu piroqun dadına baxandan sonra onu menyularına əlavə etmişdirlər. Həmçinin Tart Taten məşhur Taten otel-restoranının məşhur şirnisidir.Bu piroqu həmçinin armud, ərik, ananas meyvələri və pomidor, badımcan və soğan tərəvəzləri ilə də hazırlamaq mümkündür.