Tanrı
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
|
Tanrı — Bir çox dinlərdə (xüsusilə monoteist dinlərdə) Ali Qüvvə və yaradıcı olaraq qəbul edilən varlıq.
Anlam
[redaktə | mənbəni redaktə et]Fövqəlbəşər və insanlar üzərində suverenliyi olan varlıq. Yaradıcı, ilah. Müxtəlif türk birliklərində Tənri, Tənqri, Tanqrı, Tənqəre, Tanqara, Teneqere, Tinqir şəklində istifadə olunur. Monqollar Tənqir ve ya Tenqər deyirlər. Ulu Tanrı, Xan Tenqri kimi ifadələr tez-tez keçər. Bəzi türk boylarında qoruyucu ruhlar üçün də istifadə edilər; Su Teyrisi, Yer Teyrisi kimi. Əslində kainatın hər yanındakı bu ruhlar bir bütündür və bir-birinə bağlıdır. Tanrıçılıq sistemli bir quruluşa sahib olaraq bütün ictimai həyata işləmişdir. Türklər tanrıların adlarının sonuna Toyun və ya Bator sifətlərini gətirərkən, monqollar daha çox Saqan (Saqağan) "ağ", Ulan (Ulağan) "qırmızı" sifətini istifadə edərlər. Etrusklarda Thanr adlı, digər tanrıların doğumunda rol oynayan üstün bir Tanrı vardır.
Tanrıça
[redaktə | mənbəni redaktə et]Xüsusilə Anadolu türkcəsində dişi tanrı mənasını verər. İlahə deməkdir. Tanrıça sözünün törətmə formasının aşağıdakı nümunələrə də uyğun olduğu deyilə bilər.
- — Kral (Kıral) və Kraliça (Kıralça): Kişi hökmdar və qadın hökmdar
- — Tigin və Tiginçə: Kişi şahzadə və qadın şahzadə
- — Bəy və Biyçə: Kişi idarəçi və qadın idarəçi
Ad və sifətlər
[redaktə | mənbəni redaktə et]Tanrının dəyişik xüsusiyyətləri xarakterizə edilər: Bağışlayan, Əsirgəyən, Güdən, Bilən… Tanrı müxtəlif ad və sifətlərlə xatırlanmışdır. Ən əhəmiyyətliləri aşağıdakı kimi sıralana bilər.
- Bar: Var olan deməkdir.
- Oğan: Rəbb, Var edən, yaradan deməkdir.
- Quday: Xuda, yaradıcı deməkdir.
- Çalap: Qüdrətli deməkdir.
- Yalap: Nur deməkdir.
- Yaradan: Yoxdan var edən deməkdir.
- Bayar: Zəngin, ulu deməkdir.
- Bayat: Əzəli deməkdir.
- Buyan: Əziz, comərd deməkdir.
- Olcay: Hər şeyi edə bilən, gücü çatan deməkdir.
- Yazqan: Qədəri təyin edən deməkdir.
Meyrü
[redaktə | mənbəni redaktə et]Əzəli yəni əvvəli olmayan, başlanğıcı olmayan deməkdir. Beyrü (Mayru, Bayru, Bayrı) şəklində də deyilər. Öncəsizlik yalnız Tanrıya məxsus bir xüsusiyyət olaraq görülməkdədir. İlk başda mövcud olan tək odur. Ancaq onun yaratması ilə hər şey bədən tapmışdır. Bayrı (sonsuz) sözüylə əlaqəlidir.
Mengü
[redaktə | mənbəni redaktə et]Əbədi, sonu olmayan, sonsuza qədər var olacaq olan deməkdir. Mengi (Bengü, Bengi) şəklində də deyilər. Moğollar Monge və ya Münhe deyərlər. Əbədi olma anlayışı yalnız Tanrı üçün nəzərdə tutulur.
Etimologiya
[redaktə | mənbəni redaktə et](Dan/Tan) kökünden törəmiştir. Təəccüblənmə, heyrət etmə mənaları vardır. Şumercə mənşəlidir. Şumercədə Dingir və ya Tingir olaraq istifadə olunub. "Tanımaq", "tan" kimi sözlərlə əlaqəlidir. Köhnə türkcə, monqol və hətta tungus-mançur dillərində saymaq, hesablamaq, bilmək, məlumat sahibi olmaq mənaları ehtiva edən bir köktür. Monqol "Tenreh" feli gücləndirmək, Təngər isə göy mənası daşıyır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.)
Din haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |