47°16′14″ şm. e. 39°20′29″ ş. u.HGYO

Tanais

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tanais
q.yun. Τάναϊς
47°16′14″ şm. e. 39°20′29″ ş. u.HGYO
Ölkə  Rusiya
Tarixi və coğrafiyası
Əsası qoyulub III əsr
Ləğv olunub V əsr
Digər
museum-tanais.ru
Xəritəni göstər/gizlə
Tanais xəritədə
Tanais
Tanais
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tanais[1] (q.yun. Τάναϊς) — Don çayının mənsəbində antik şəhər (e.ə. III əsr — V əsr). Eramızın I əsrində Bosfor dövlətinin tərkibinə daxil idi. Şəhər Rostov-na-Donu şəhərindən 30 km qərbdə, Nedviqovka xutoru yaxınlığında yerləşir.

Tanais qoruğu Rusiyanın ən böyük arxeoloji muzey-qoruqlarından biridir. Qoruq ərazisi təxminən 3 min hektardır. Qoruq ansamblına müxtəlif tarixi abidələr, fərqli zamanların mədəniyyət nümunələri, eləcə də paleolitdən tutmuş XIX əsrə kimi müxtəlif xalqların yaşayış məntəqələri daxildir. Tanais qədim yunan sivilizasiyasının ən ucqar şimal məntəqəsi hesab edilir.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Tanaisin əsası e.ə. III əsrdə qoyulmuşdur. Qədimdə Bosfor dövlətindən köçən yunanlar, Tanais çayının (indiki Don) mənsəbində, deltanın əsas qolunda - Myortvı Donesdə Tanaisin əsasını qoymuşdular.[2] Uzun əsrlər boyu Tanais Azov dənizi və Don ətrafı bölgənin vacib siyası-iqtisadi-mədəni mərkəzi olmuşdur. Qədim yunan coğrafiyaçı Strabon şəhəri belə təsvir edirdi: "Çayın gölə töküldü yerdə eyni adlı Tanais şəhəri yerləşir. Əhalisi əsasən elinlərdi". Strabon həm də göstərir ki, Tanais — "Pantikapeyadan sonra varvarların ən böyük satış yeridir".[3] Qədim coğrafiyaçılar və tarixçilər Avropa ilə Asiya arasında olan sərhəddi məhs Tanaisdən çəkirdilər.

Eramızın 237-ci ilində Tanais qotlar tərəfindən dağıdıldı. 140 il sonra isə sarmatlar tərəfindən yenidən bərpa edilmişdir. Tanaris tədricən əkinçilik və sənətkarlıq mərkəzinə çevirilirdi. V əsrin əvvələrindən ərazidə səhralaşma prosesi başlamışdır.

Tanais arxeoloji abidə kimi ilk dəfə 1823-cü ildə aşkar edilmişdir. Paris akademiyasının müxbir üzvü polkovnik İ.A. Stempkovski bu barədə rəsmi məlumat yazmışdır. I Nikolayın sərəncamı ilə ərazidə qazıntı işləri aparılmışdır.

  1. Большая Советская Энциклопедия, 3 издание, 1970—1977 гг.
  2. Танаис // Советская историческая энциклопедия / Глав. ред. Е.М. Жуков. — М.: Советская энциклопедия, 1973. — Т. 14. — Стб. 103.
  3. "Кулишов В.И. "В низовьях Дона". Москва. "Искусство". 1987". 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-06.