Tamoto Kenzo
Tamoto Kenzo | |
---|---|
yap. 田本研造 | |
Doğum tarixi | 1832[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 1912[1][2] |
Vəfat yeri | |
Fəaliyyəti | fotoqraf |
Vikianbarda əlaqəli mediafayllar |
Tamoto Kenzo (田本 研造?, 1832[1][2], Kamikava[d], Mie prefekturası – 1912[1][2], Hakodate, Hokkaydo prefekturası) və ya digər adı ilə Otonaşi Yozan[3] – Yaponiya fotoqrafı. Şimooka Renco və Ueno Hikoma ilə birlikdə "Yaponiya fotoqrafiyasının üç böyük qabaqcılı"ndan biri hesab olunur.[4] Yaponiyada "sənədli fotoqrafiyanın atası"[4] və "Hokkaydo fotoqrafiyasının atası" kimi tanınır.[5]
İlk illəri
[redaktə | mənbəni redaktə et]Tamoto Kenzo 1832-ci ildə hazırda Mie prefekturasında yerləşən Kumano şəhərində doğulmuşdur. 23 yaşında olanda Naqasakiyə getmiş və Qərb elmlərini öyrənmişdir. 1859-cu ildə Hokkaydonun Hakodate limanına köçmüşdür. Burada donvurma keçirmiş və sağ ayağı Rusiyanın Yaponiya konsulluğundan işləyən həkim Zelenski tərəfindən amputasiya olunmuşdur. O, Zelenskinin fotoqrafiya köməkçisi olmuş və ondan ambrotipiyalar hazırlamağı öyrənmişdir.[3] Tamoto həyatının qalan hissəsində protez ayaqdan istifadə etmişdir.[6]
Fotoqrafiya
[redaktə | mənbəni redaktə et]Tamoto təxminən 1866-cı ildə fotoqraf kimi işləməyə başlamış və 1867-ci ildə Kizu Kokiçi ilə birlikdə bir ay boyunca Matsumae qəsrinin tikinti işlərinin fotolarını çəkmişdir. 1868–1869-cu illərdə baş verən Hakodate döyüşü zamanı şoqunluğun hərbi qulluqçuları olan Enomoto Takeaki və Hicikata Toşizonun fotolarını çəkmişdir.[3]
Tamoto 1869-cu ildə Hakodatedə öz fotostudiyasını açmış və portret fotoqrafiyası ilə məşğul olmağa başlamışdır. 1871-ci ildə Hokkaydo Koloniyalaşdırma Komissiyası regionun inzibati mərkəzini Sapporo şəhərinə köçürmüş və Tamotonu rəsmi fotoqraf kimi işə götürmüşdür.[a][3] Tamoto 1871-ci ilin avqustunda şagirdi İda Kokiçi ilə birlikdə Sapporo, Otaru və İşikari şəhərlərində bina və yol tikintisi işlərinin, eləcə də, torpaqların meliorasiyası işlərinin fotolarını çəkmişdir.[7] Onlar bu yerlərin fotolarını çəkən ilk şəxslər olmuşdurlar.[8] Bir ay boyunca çəkdikləri 158 foto 1872-ci ildə Tokioya göndərilmişdir.[9] Tamotonun Hokkaydo fotoları 1873-cü ildə Vyanada keçirilmiş Dünya Sərgisinə göndərilmişdir.[7] Onun sərgiyə göndərilmiş 48 fotosu Hokkaydonun məşhur yerləri, 59 fotosu aynular və 8 fotosu Sapporo haqqında idi.[6] Tamoto Hokkaydo regionunun əsas fotoqraf müəllimlərindən biri olmuş, bir çox fotoqraf yetişdirmişdir.[3]
Qeydlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Tamoto Kenzo // Photographers’ Identities Catalog.
- ↑ 1 2 3 4 Bibliothèque nationale de France Kenzō Tamoto // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 5 Tucker. səh. 363
- ↑ 1 2 "第14回「文明開化の父(2)」". Diamond (yaponca). 12 dekabr 2012. 25 noyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 noyabr 2024.
- ↑ "田本研造の足跡紹介 没後100年写真展". eHakodate (yaponca). 3 dekabr 2012. 25 noyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 noyabr 2024.
- ↑ 1 2 3 Kim, Gyewon. "Reframing 'Hokkaido Photography': Style, Politics, and Documentary Photography in 1960s Japan". History of Photography (ingiliscə). 39 (4). 2015. doi:10.1080/03087298.2015.1112532. 2023-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 noyabr 2024.
- ↑ 1 2 Tucker. səh. 314
- ↑ Tucker. səh. 344
- ↑ Tucker. səh. 34
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Tucker, Anne; Iizawa, Kōtarō; Friis-Hansen, Dana; Ryuichi, Kaneko; Kinoshita, Naoyuki; Joe, Takeba. The History of Japanese Photography (ingiliscə). Yale University Press. 1 yanvar 2003. səh. 363. ISBN 9780300099256. İstifadə tarixi: 25 noyabr 2024.