Tamkənaryarpaq dovşanalması
Tamkənaryarpaq dovşanalması | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Tamkənaryarpaq dovşanalması |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Tamkənaryarpaq dovşanalması (lat. Cotoneaster integerrimus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü.
Təbii yayılması
[redaktə | vikimətni redaktə et]Təbiətdə Baltikyanı ölkələrdən Şimali Qafqaza qədər olan ərazilərdə bitir.
Botaniki təsvir
[redaktə | vikimətni redaktə et]Düz dayanan, çox budaqlı, hündürlüyü 2 m-ə qədər olan, yumru çətirli, yarpağı tökülən koldur. Cavan zoğları tüklü olur, sonradan çılpaqlaşır. Yarpaqları uzunluğu 5 sm olub, enli-yumurtavari formadadır, üstü tünd yaşıl, parlaq, hamar, alt tərəfi isə bozdur. Çiçəkləri çəhrayı-ağ rənglidir, 2-4 ədəd sallaq salxımlarda yerləşir. May-iyun ayında çiçəkləyir, meyvələri avqust ayında yetişir. Meyvələri alqırmızı, diametri 1 sm-ə qədərdir. Meyvələri payızın axırına qədər ağacda qalır. Toxum və qələmlə çoxalır.
Ekologiyası
[redaktə | vikimətni redaktə et]İşıqsevən, quraqlığa və istiyə davamlı bitkidir, günəşli yerlərdə bitir. Torpağa az tələbkardır, əhəngli torpaqlarda yaxşı inkişaf edir. Qışa yüksək davamlılığı ilə fərqlənir.
İstifadəsi
[redaktə | vikimətni redaktə et]Yaşıllaşdırmada dekorativ qrupların və canlı hasarların yaradılmasında istifadə edilir. Mədəni şəraitdə 1656-cı ildən becərilir. Yaşıllaşdırmada geniş istifadə olunur.
Yarpaq
[redaktə | vikimətni redaktə et]Yarpaqlarının uzunluğu (0,8) 1-4 (6) sm-dir, yumurtaşəkilli-dəyirmii və yaellipsşəkillidir, tamkənarlıdır, üst tərəfdən tündyaşıl, tutqun, seyrək basıq-tüklüdür və yaçılpaqdır, alt tərəfdən boz və ya ağ-keçə tüklüdür; saplaq qısadır, uzunluğu 1-4 mm-dir.
Çiçək
[redaktə | vikimətni redaktə et]Salxımları 1-3 (5)-çox vaxt 2 çiçəklidir, əyiləndir, adətən yarpaqlardan qısa olur. Çiçəkləməsi adətən iyun ayına təsadüf edir.
Meyvə
[redaktə | vikimətni redaktə et]Yetişmiş meyvələri qırmızı rəngdədir, şarşəkilli və ya əksinəyumurtaşəkillidir, uzunluğu 7-11 mm-dir, (2) 3-4 çəyirdəklidir və uc hissədə tüklüdür. Meyvələməsi adətən avqust ayına təsadüf edir.
Azərbaycanda yayılması
[redaktə | vikimətni redaktə et]Böyük Qafqaz (BQ) Quba, BQ şərq, BQ qərb, Kiçik Qafqaz (KQ) şimal, KQ cənub, KQ mərkəzi, Naxçıvan dağları, Lənkəran dağları. Yuxarı dağ vəhündürlüyü 2200 m-ə qədər olan subalp qurşağında, bəzən orta və aşağı dağ qurşaqlarında; bəzi yerlərdə alp qurşağının aşağı zolağına keçir.
Yaşayış mühiti
[redaktə | vikimətni redaktə et]Daşlı qayalı yamaclarda, işıqlı meşələrdə meşənin yuxarı kənarında, kollar arasında rast gəlinir.