Talkan (şirniyyat)
Talkan | |
---|---|
Aid olduğu milli mətbəxlər | |
Orta Asiya milli mətbəxi | |
Mənşəyi |
Talkan (başq. талҡан; bur. талхан; qaz. талқан; qırğ. талкан; rus. толокно[1][2]) — qovrulmuş arpa və ya buğda unundan hazırlanmış sərt lapa.[3][4]
Talkan altay, noqay, başqırd, buryat, qazax, qırğız, monqol, tatar, tıva, özbək, çuvaş və xakas mətbəxlərində geniş yayılmışdır. Lakin talkan daha çox başqırdların ənənəvi mətbəxinin nümunəsi sayılır. Başqırdlar onu əsasən kumusdan hazırlayırlar. Ümumiyyətlə talkan qida növü kimi daha çox şimal və soyuq iqlim şəraitində yaşayan xalqların qıda rasionunda üstünlük təşkil edən xörək növüdür. Bunun da əsas səbəbi onun yüksək kaloriyə malik olmasındadır.
Ənənəvi olaraq, dənli bitkilər taxıl dəyirmanları üzərində üyüdülür və ya qarışıq halına gələnə qədər yoğrulur, sonra ələkdən keçirilir. Müvafiq olaraq, talkan qaba üyüdülmüş və incə üyüdülmüş olur. Xama və ya kərə yağı talkan sıyığı hazırlamaq üçün istifadə olunur. Kiçik toplar şəklində albalı və bal ilə süfrəyə verilir.[5]
Ənənəvi olaraq, talkan Bişektui, Karqatui, Kyakuk Syaya, Sabantui, Sırqatui bayramlarında və əkinçilik ayinləri zamanı süfrəyə verilir. Talkandan tez-tez carma və maksim kimi içkiləri hazırlamaq üçün istifadə olunur. Quru talkan kətan torbalarında, ağcaqayın qabığı qutularında, qarğıdalı ilə qarışdırılır - çəlləklərdə saxlanılır. Talkan gündəlik istifadə edilən yeməklə yanaşı xüsusi günlərdə də hazırlanır. Talkandan səfərlərdə, ovda, müsəlmanların Ramazan bayramı vaxtı oruc tutularkən qida kimi istifadə olunur.
Talkan müxtəlif ərzaq məmulatlarından hazırlandığı üçün bir neçə növü vardır:
- Buğdadan talkan
- Buğda-yulafdan talkan
- Buğda çovdardan talkan
- Buğda və arpadan talkan
- Buğda-yulaf-arpa-çovdardan talkan
Maraqlı faktlar
[redaktə | mənbəni redaktə et]Talkan aşağı kalorili məhsuldur, bu səbəbdən insan üçün hər yaşda və günün istənilən saatında qida kimi qəbul edilə bilər. Üstəlik faydalı qida məhsullarından hazırlandığından insan bədənini mikroelementlərlə zənginləşdirir. Talkan insan orqanizminin müəyyən orqanları üçün də faydalı qida növüdür. Belə ki, talkan qan damarları, oynaqlar, onurğa, qaraciyər və böyrəklərdə xolesterol və duz yataqlarının əriməsinə səbəb olur. Talkan qida növü kimi enterosorbentdir. Ondan içki də hazırlanır. Talkandan hazırlanan içkiyə jarma və ya maksim deyilir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Вопросы языкознания, Выпуски 1-3 Arxivləşdirilib 2018-09-02 at the Wayback Machine — М.: Изд-во Академии наук СССР., 1991 — С. 41
- ↑ Валл М. Н. Исследования по грамматике и лексике енисейских языков Arxivləşdirilib 2018-09-02 at the Wayback Machine — Новосибирск: Наука, Сибирское отд-ние, 1986 —86 с. — С. 76
- ↑ Учение записки, Объемы 8-10. Научно-исследовательскй институт истории, языка и литературы Arxivləşdirilib 2017-12-01 at the Wayback Machine — Горно-Алтайск: Горно-Алтайское отделение Алтайского книжного изд-ва, 1969
- ↑ Тюркские народы Сибири Arxivləşdirilib 2017-12-01 at the Wayback Machine. Институт этнологии и антропологии им. Н.Н. Миклухо-Маклая, Институт археологии и этнографии (Российская академия наук. Сибирское отделение) — Новосибирск: Наука, 2006 — 677 с.
- ↑ "Мастерица Талкана". 2021-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-25.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Başqırdıstan mətbəxi (rus.)
- Kaşa Talkan Arxivləşdirilib 2016-11-10 at the Wayback Machine (rus.)
- Başqırdıstan ensiklopediyasından məqalə (rus.)
- Талкан — xakas milli yeməyi (rus.)