Taleh Şahsuvarlı
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Taleh Şahsuvarlı | |
---|---|
Doğum tarixi | 10 mart 1977 (47 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, jurnalist |
- Taleh Novruz oğlu Şahsuvarlı (10 mart 1977, Qazıqurdalı, Bərdə rayonu) — Azərbaycanlı jurnalist, yazıçı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Taleh Şahsuvarlı 10 mart 1977-ci ildə Bərdə rayonunun Qazıqurdalı kəndində anadan olub. Bakı Dövlət Universitetinin Tarix fakültəsinin və Yasamal rayonundakı 20 saylı orta məktəbin nəzdində təşkil olunmuş Respublika Tarix Liseyini bitirib. Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsində fəlsəfə üzrə bakalavr, fəlsəfə tarixi üzrə magistr pillələrində ali təhsil alıb. 2007-ci ildə ABŞ-nin San Dieqo şəhərində fəaliyyət göstərən Vətəndaş Diplomatiyası Akademiyasında ictimai siyasət üzrə xüsusi təhsil alıb.
"Seçki mübarizəsi" adlı elmi monoqrafiyanın, Qafqazda ilk tarixi metaroman olan[1] "Canlanma" əsərinin müəllifidir.[2]
İkinci Qarabağ müharibəsində baş leytenant rütbəsində taqım komandiri vəzifəsi tutaraq iştirak edib.
Jurnalist fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1995-ci ildən jurnalistika sahəsində çalışır. Azərbaycan mətbuatı tarixində ən gənc qəzet baş redaktoru olub. "Gündəlik Teleqraf" qəzetin şef-redaktoru vəzifəsində çalışıb. 2009-cu ildən Sosial İnformasiya Agentliyinin direktorudur. Hazırda AzNews.az analitik-informasiya portalının baş redaktorudur.
İctimai-siyasi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]"Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin və Hərbi Ovçuluq İttifaqının üzvüdür. İyun 2021 — iyun 2023-cü illərdə Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın üzvü olub.
2010-cu il parlament seçkilərində 94 saylı Bərdə kənd, 2015-ci parlament seçkilərində 16 saylı Yasamal ikinci,[3] 2020-ci parlament seçkilərində isə 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizəd olmuşdur.
Mükafatları
[redaktə | mənbəni redaktə et]Prezident İlham Əliyev tərəfindən "Ağdamın azadlığına görə",[4] Baş nazir tərəfindən "Vətən müharibəsi iştirakçısı" medalları ilə, Dövlət Səfərbərlik Xidməti tərəfindən xüsusi diplomla, Azərbaycan Mətbuat Şurası tərəfindən "Qələmdən süngüyə" mükafatı ilə təltif olunub.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Taleh Şahsuvarlı istefa verdi". Teleqraf.com (az.). 2015-10-08. 2024-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-14.
- ↑ "Canlanma". Goodreads (ingilis). 2023-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-02.
- ↑ "Taleh Şahsuvarlı "Gündəlik Teleqraf"dakı vəzifəsindən istefa verdi". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-08.
- ↑ "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2023-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-11.