T-84

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
T-84
T-84 tankının ilkin modellərindən biri. Sonrakı modellər reaktiv zirehə sahibdir.
T-84 tankının ilkin modellərindən biri. Sonrakı modellər reaktiv zirehə sahibdir.
Tipi Əsas döyüş tankı
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 1999-davam edir
İstismara başlanması 1999
İstismar edənlər Ukrayna, Tailand, Gürcüstan
İstifadə edilən döyüşlər Donbass müharibəsi
İstehsal tarixçəsi
Konstruktor KMDB
Konstruksiya tarixi 1993-1994
İstehsalçı Malişev zavodu
İstehsal illəri 1994-davam edir
Variantları T-84U, T-84 Oplot, T-84 Oplot-M, T-84-120 Yatagan
Xüsusiyyətləri
Ağırlığı 46 ton
Zireh polad, ERA
Sürət 65 km/s
Güc nisbəti 26 AG/ton
Əsas silah 125 mm yivsiz KBA-3 topu
Köməkçi silah

7.62 mm PKT pulemyotu

12.7 mm NSV pulemyotu (hava hədəfləri üçün)
Uzunluğu 7.086 m
Eni 3.775 m
Hündürlüyü 2.215 m
Ekipaj 3
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

T-84Ukrayna istehsalı olan əsas döyüş tankı. Sovet istehsalı T-80 tankının daha inkişaf etdirilmiş variantdır. Tank ilk dəfə 1994-cü ildə hazırlanıb və 1999-cu ildən Ukrayna Silahlı Qüvvələrində silahlanmaya qəbul olunub. Yüksək performanslı mühərriki onu dünyanın ən sürətli tanklarından biri edir. Güc-çəki nisbəti hər tona 26 at gücü düşür (19 kW/t). Ən qabaqcıl versiyası olan Oplot tankından 2001-ci ildə Ukrayna ordusuna 10 ədəd qəbul olunub. T-84-120 Yatagan isə tankın ixrac versiyasının prototipidir. Bu versiyanın üzərində quraşdırılmış 120 mm-lik top standart NATO sursatı ilə yanaşı həm də, idarəolunan mərmilərdən atəş açmaq qabiliyyətinə malikdir.

T-84-120 Yatagan
T-84-120 Yatagan

Ukrayna istehsalı tank "T-84" Oplot tankı 46 ton ağırlığındadır və saatda 65 km sürətlə hərəkət edir. Sovet İttifaqının dağılmasından sonra Ukrayna T-80 tankını modernləşdirmək qərarına gəldi. Oplot-M bu yenilənmənin məhsuludur. Oplot-M-də yeni növ reaktiv zirehdən istifadə olunur. T-90-da olduğu kimi bu tankda da sursat əsas kabinədə yerləşir. Ukrayna tankı Qərb modelləri kimi sərrast deyil, amma düşmənin tanklarını effektiv vura bilər. Əksər cizgiləri T-90 tankına oxşardır.

Ukraynaya məxsus olan T-84 Oplot M tankı 2012-ci ildə Eurosatory tank sərgisində
Üzərində T-84 Oplot M tanklarının təsviri olan poçt markası

Tankın ilk prototipi 1994-cü ildə hazırlanıb və elə həmin il daha bir neçə ədəd istehsal etmək qərara alınıb. 90-cı illərin sonunda sınaq proqramını uğurla keçməsindən sonra, bu tanklar 1999-cu ildə Ukrayna ordusuna qəbul olunub.

T-84 Oplot M tankları Ukraynanın paytaxtı Kiyev şəhərində

2011-ci ilin sentyabrında Xarkovda yerləşən Malişev zavodu ilin sonuna qədər bu tankların ilk partiyasının Tailanda təhvil veriləcəyini bildirdi. 200 milyon USD dəyərində olan müqaviləyə əsasən Ukrayna şirkəti Tailandı 49 ədəd T-84 “Oplot-M” tankı ilə təchiz etməli idi.

T-84 Oplot M istifadəçiləri

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 Sitat səhvi: Yanlış <ref> teqi; ref841 adlı istinad üçün mətn göstərilməyib