Təzə evlənənlər üçün çətir
Təzə evlənənlər üçün çətir | |
---|---|
rus. Зонтик для новобрачных | |
Janr | melodram |
Rejissor | Rodion Naxapetov |
Prodüser | Vladimir Klimenko |
Ssenari müəllifi | Ramiz Fətəliyev |
Baş rollarda |
Aleksey Batalov Niyole Ojelite Vera Qlaqolyeva Nikita Mixaylovski |
Operator | Vladimir Şevsik |
Bəstəkar | İsaak Şvars |
Rəssam | Yuri Kladiyenko |
İstehsalçı | Mosfilm |
İlk baxış tarixi | 13 oktyabr 1986, SSRİ |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 84 dəqiqə |
Ölkə | SSRİ |
Dil | rus dili |
İl | 1986 |
Texniki məlumatlar |
"Svema" kinolenti (Şostka kimya kombinatı) |
Rəng | rəngli |
IMDb | ID0092300 |
"Təzə evlənənlər üçün çətir" (rus. Зонтик для новобрачных) — rejissor Rodion Naxapetovun Ramiz Fətəliyevin ssenarisi əsasında çəkdiyi sovet bədii filmi. Film "Mosfilm" kinostudiyasının Üçüncü Yaradıcılıq Birliyində istehsal olunmuşdur.
Məzmun
[redaktə | mənbəni redaktə et]Filmdəki hadisələr Sudak şəhərində,[1] Krım sahillərinin payız aylarında başlanır. Sonra Moskvada baş verən əhvalatlar Yeni ilin ilk günü başa çatır.
Zoya və Tolya – iki gənc aşiq dincəlməyə gəldikləri dəniz kənarında bir ailə cütlüyü ilə tanış olurlar. Bu, həkim-narkoloq Dmitri Pavloviç və laborant Vera İvanovnadır. Gənclər bu ailədən gecələmək üçün bir yer xahiş edirlər. Kraskov və İvanovna bu cavan aşiqlər üçün ən gözəl nümunədirlər: xoşbəxt ailə, üç uşaq və artıq neçə il davam edən evlilik həyatında tamamilə anlaşıqlı münasibət.
Tətil başa çatır. Zoya və Tolya çıxıb gedirlər. Bu məqamda məlum olur ki, Dmitrinin asudə və dinc ailə həyatı gerçək deyil. Əslində o, başqa bir qadınla nikahdadır və uzun illər ərzində xəlvəti əsl sevgilisi ilə görüşür.
Bir neçə ay keçir. Vera istirahətdə tanış olduqları həmin gənclərdən teleqram alır. Zoya və Tolya Yeni il bayramını birlikdə qarşılamaq üçün onlara qonaq gəlməyə hazırlaşırlar. Vera gənclərin gözündə yaranmış idealı dağıtmaq istəmir və onların qarşısında yenidən xoşbəxt ailə rolunu oynamaq üçün Dmitrini razı salır.
Filmin heyəti
[redaktə | mənbəni redaktə et]Film üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]- Ssenari müəllifi : Ramiz Fətəliyev
- Quruluşçu rejissor : Rodion Naxapetov
- Quruluşçu operator : Vladimir Şevsik
- Quruluşçu rəssam : Yuri Kladiyenko
- Bəstəkar : İsaak Şvars
- Geyim rəssamı : N. İvanova
- Montaj edən : Polina Skaçkova
- Qrim rəssamı : İ. Morozova
- Filmin direktoru : Vladimir Klimenko
Rollarda
[redaktə | mənbəni redaktə et]Aktyor | Rol |
---|---|
Aleksey Batalov | Dmitri Pavloviç Kraskov |
Niyole Ojelite | Vera İvanovna |
Vera Qlaqolyeva | Zoya |
Nikita Mixaylovski | Tolya |
Vyaçeslav Yezyepov | Yuri Daniloviç |
İqor Nefyodov | Qoşa |
Alla Meşşeryakova | Kraskovun arvadı |
Qalina Petrova | Lida (Veranın rəfiqəsi) |
Qalina Demina | Veranın anası |
Vladimir Nosik | Frolikov |
Epizodlarda
[redaktə | mənbəni redaktə et]- Valentina Berezuskaya – qatar bələdçisi
- Anatoli Vedenkin – Gena
- Lidiya Starokolseva – laborant
- L. Seridova
- Vasili Funtikov – yol polisi
- Larisa Husnulina – qatar bələdçisi
- Yuri Şumilo – milis
- Dima Yepişin – Styopa
- Paşa Sanayev – Dima
- Petya Yanqlyayev – Lyoşa
Filmi səsləndirənlər
[redaktə | mənbəni redaktə et]- İnna Çurikova – Vera İvanovna (Niyole Ojelite) (titrlərdə yoxdur)
Prokat
[redaktə | mənbəni redaktə et]- 13 oktyabr 1986 — SSRİ premyerası [2]
- 30 oktyabr 1987 — Finlandiya premyerası: Sateenvarjo kahdelle [2]
- 8 yanvar 1988 — Almaniya Demokratik Respublikası premyerası: Ein Regenschirm für Verliebte [3]
- 19 fevral 1989 — Deutscher Fernsehfunk televiziya şirkətində premyera nümayişi [3]
- 26 iyun 1991 — ProSieben ümummilli televiziya kanalında nümayiş [3]
- 12 iyun 2012 — Hamburqda Altonale festivalı çərçivəsində nümayiş [4]
Buraxılış
- 1999 — "Mosfilmin ən məşhur filmləri" (rus. Популярные ленты «Мосфильма») seriyasından VHS. "Крупный план"
- 2005 — "Rus klassikləri" (alm. Russische Klassiker) seriyasından DVD. Icestorm
- 2006 — "XX əsr sovet kinosu" (rus. Отечественное кино XX века) seriyasından DVD. "Крупный план"
Azərbaycan dilinə dublyajı
[redaktə | mənbəni redaktə et]Film 1987-ci ildə "Azərbaycanfilm" kinostudiyasında Azərbaycan dilində dublyaj edilmişdir.[5]
- Dublyajın rejissoru : Elxan Qasımov
- Səs operatoru : Paşa İbrahimov
- Azərbaycan dilinə tərcümə : Mailə Muradxanlı
- Dublyajın redaktoru : Həsən Əliyev
- Filmi səsləndirənlər : Rasim Balayev (Dmitri Kraskov), Nəcibə Hüseynova (Vera İvanovna), Sona Mikayılova (Zoya), Ramiz Əzizbəyli (Tolya)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Список фильмов[ölü keçid] снимавшихся в Судакской крепости
- ↑ 1 2 IMDb.com Arxivləşdirilib 2012-11-14 at the Wayback Machine: Zontik dlya novobrachnykh
- ↑ 1 2 3 Zweitausendeins.de Arxivləşdirilib 2016-01-09 at the Wayback Machine: Ein Regenschirm für Verliebte
- ↑ Bei uns in Hamburg Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine: Фестиваль Altonale в Гамбурге под флагом России
- ↑ Kino arxivi. ""Təzə evlənənlər üçün çətir" filminin dublyajı" (az.). Azerikino.com. 30.05.2015. 2016-10-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-09-01.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- tt0092300 — IMDb səhifəsi
- «Зонтик для новобрачных[ölü keçid]» "Mosfilm"in saytında
- «Зонтик для новобрачных[ölü keçid]» "Культура" telekanalının saytında
- Filmi izlə (Azərbaycan dilində) Arxivləşdirilib 2016-10-31 at the Wayback Machine
- Filmi izlə (rus dilində)