Təyyarə
Təyyarə,[1] uçaq[2] və ya aeroplan[3] — havadan ağır, atmosferdə mühərriklərin və tərpənməz qanadların yardımıyla uçuş etmək üçün uçuş vasitəsi.
Təyyarə qanadların qaldırıcılıq qüvvəsindən istifadə edərək özünü havada böyük sürətlə hərəkət etdirmək qabiliyyətinə malikdir. Tərpənməz qanadlar və mühərrikləri onları yelpəkciklərlə uçaqlardan və planerlərdən fərqləndirirlər. Təyyarələr müxtəlif konstruksiyalara malik olsalar da onların bir ümumi cəhətləri vardır. Onlar dinamik qaldırma qüvvəsindən istifadə edirlər. Havadan yüngül uçaqlardan (hava balonları, hava gəmiləri) fərqli olaraq təyyarələrdə qalxma, hava qanadların səthi üzrə axmağa başlayandan sonra baş verir.
Tipləri
[redaktə | mənbəni redaktə et]Təyyarələr müxtəlif göstəriçilərinə görə (məs. təyinatı, konstruksiyası, mühərrikin növünə görə, üçüş-texniki parametrləri və s.) səciyyələnirlər.
- Təyinatına görə
- Sərnişin
- Hərbi
- Qırıcı
- Qırıcı-bombardmançı
- Bombardmançı
- Raketdaşıyıcılar
- Hücumçular
- Kəşfiyyat
- Korrektəçilər
- Çoxməqsədli və xüsusi
- Nəqliyyat
- Desant
- Havada yanacaq dolduranlar
- Hava təyyarə daşıyıcısı
- Mülki təyyarələr
- Sərnişin nəql edənlər
- Nəqliyyat (yüklərin daşınması)
- Poçt
- Kənd təsərrüfatında kübrələrin işlənməsi
- Tədris-təlim
- İdman
- Sanitar
- Geoloji-kəşfiyyat
- Yanğısəndürmə
- Mühərriklərin tipinə görə
- Porşenli
- Turbinli
- Turbinreaktorlu
- Mühərriklərin sayına görə
- bir mühərrikli
- iki mühərrikli
- üç mühərrikli
- dörd mühərrikli
- altı mühərrikli
- səkkiz mühərrikli
- Sürətinə görə
- Səs sürətinə qədər
- Səs sürətindən yuxarı
- Hipersəs
- Eniş orqanlarına görə
- Quruda
- Gəmidə
- Hidrotəyyarələr
- Uçan gəmilər
- Uçuş və enişə görə
- Şaquli
- Qısa
- Adi
- Çəkmə mənbəyinə görə
- Vintli
- Reaktiv
- İdarəetmə növünə görə
- Pilotlu
- Avtomatlaşdırılmış, Pilotsuz
Yaranma tarixi haqqında
[redaktə | mənbəni redaktə et]Daxili yanma mühərriklərinin yaranması aviasiyanın da yaranmasında əsas rol oynamışdır. Öncə fikirləşirdilər ki, mühərrikin qanadlı apparata quraşdırılması nəticəsində uçmaq mümkün olar. 1894-cü ildə Maksim adlı rus ixtiraçısı qanadlarının açılışı 32 m və çəkisi 3,5t olan nəhəng bir təyyarə düzəldir. Bu maşın elə ilk sınaq zamanı sınmışdır. Sonra məlum olur ki, əsas problem uçuş zamanı stabilliyin yaradılmasından ibarətdir. 1870-ci ildə fransız mühəndisi Peno sınaq məqsədilə bir neçə kiçik təyyarə modelləri düzəldir. Onun apardığı tədqiqatlarda təyyarənin hərəkətinin quyruq hissəsi ilə stabilləşdirməyin mümkünlüyü araşdırılır. 1890-cı ildə alman mühəndisi Otto Liliental düzəltdiyi planerdə 2 mindən artıq uçuş keçirmişdir. O, planeri öz bədəni ilə tənzim edərək havada 30 saniyə ərzində 100 m yol qət edir. Öz sonuncu uçuşu zamanı əsən külək Lilenthalın tarazlığını pozaraq onun qəzaya düçar olmasına səbəb olmuşdur. Sonralar planerlərin düzəldilməsi ilə amerikalı Rayt qardaşları məşğul olmuşlar. Onlar ilk dəfə olaraq vertikal və eninə idarə sistemləri tətbiq etmiş, qanadları süni verilən havanın köməyi ilə yükləmiş və düşən yükü ölçmüşlər. Rayt qardaşlarının düzəltdiyi planer stabil idarə olunaraq havada bir dəqiqə qala bilirdi. 1903-cü ildə Rayt qardaşları planerə benzinlə işləyən mühərrik qoşurlar.
1903-cü il martın 14-də Uilbur Rayt ilk motorlu uçuş həyata keçirərək, 32 m məsafə qət edir. Həmin ilin 17 dekabr tarixindəki uçuşda o, 260 m yol qət edir. Bu, dünyada aparılan ilk təyyarə uçuşunun sınağı idi. Tədricən mühərriklərin gücünü artıraraq Rayt qardaşları öz təyyarələrini təkmilləşdirirlər. 1905-ci ildə onlar havada 38 dəqiqə qalaraq 39 km yol qət edirlər. Buna baxmayaraq Rayt qardaşlarının nailiyyətləri dövlət tərəfindən diqqətsiz qalır. Buna görə də, onların sınaqlarını yarımçıq saxlayırlar.
1907-ci ildə Fransa Rayt qardaşlarının işlərinə maraq göstərir. Bu işdən xəbər tutan Amerika dövləti Rayt qardaşlarına 100 min dollar məbləğində sifariş verir. 1908-ci ildə onların düzəltdikləri təyyarə 2,5 saat havada qalır. Verilən sifarişləri yerinə yetirmək üçün Nyu-Yorkda "Wright" təyyarə fabriki yaradılır. Ancaq Rayt təyyarələrinin quyruq hissəsində qanadların olmaması səbəbindən onlar geniş tətbiq tapa bilmir. Bu təyyarələrlə bir sıra qəzalar baş verir. Təyyarədə quyruq idarə sisteminin vacibliyinə Penonun işlərindən bələd olan fransızlar Rayt qardaşlarının təyyarələrinin bazasında yeni təyyarə düzəldərək böyük nailiyyətlər əldə edirlər. 1908-ci ildə fransız mühəndisi Lui Blerua (fr. Louis Bleroit) uzun sürən tədqiqatlardan sonra praktikada tətbiq oluna buləcək təyyarəni "Bleroit XI"-i düzəldir. O, 1909-cu ildə La–Manş üzərindən uçaraq keçir. Sonralar fransız təyyarə konstruktoru Anri Faman (fr. Henri Faman) 1912-ci ildə təyyarə layihələndirmə firmasını yaradır. Burada o, ilk aeroplanı düzəldir və onun kütləvi istehsalını təşkil edir.
Onu da qeyd etmək lazımdır ki, bu təyyarələrin hamısı qeyri metaldan hazırlanırdı. Yalnız alman mühəndisi Huqo Yunkersin səyləri nəticəsində 1915-ci ildə ilk tam metaldan hazırlanmış təyyarəni "Junker J1"-i düzəltmək olur. Yunkers təyyarələrinin konstruksiyaları təyyarəqayırmada yeni mərhələnin başlanğıcını qoyur. Bundan sonra təyyarələr metaldan hazırlanır.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Bölkow, Ludwig (Hrsg.) – Ein Jahrhundert Flugzeuge. Geschichte und Technik des Fliegens, VDI-Verlag, Düsseldorf 1990, ISBN 3-18-400816-9
- R. G. Grant – Fliegen. Die Geschichte der Luftfahrt, Dorling Kindersley, Starnberg 2003, ISBN 3-8310-0474-9
- Götsch, Ernst – Einführung in die Flugzeugtechnik, Deutscher Fachverlag, Frankfurt 1971, ISBN 3-87234-041-7
- Götsch, Ernst – Luftfahrzeugtechnik, Motorbuchverlag, Stuttgart 2003, ISBN 3-613-02006-8
- mənim adım sadiq
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Təyyarə". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-26.
- ↑ "Uçaq". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-26.
- ↑ Аероплан // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 129.Аероплан&rft.btitle=Азәрбајҹан Совет Енсиклопедијасы: ['"`UNIQ--templatestyles-00000009-QINU`"'10 ҹилддә]&rft.place='"`UNIQ--templatestyles-0000000D-QINU`"'Бакы&rft.pages='"`UNIQ--templatestyles-00000011-QINU`"'С. 129&rft.pub='"`UNIQ--templatestyles-0000000E-QINU`"'Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы&rft.date=1976&rfr_id=info:sid/az.wikipedia.org:Təyyarə" class="Z3988">