Təndir çörəyi
Təndir çörəyi — yerdə açılan və ətrafı palçıqla suvanmış bir çuxurun içində bişirilən çörək. Çörək təndirin üzərinə yapışdırılaraq bişirilir. Naanın bir növü sayılır.
Çeşidləri
[redaktə | mənbəni redaktə et]Türkiyə
[redaktə | mənbəni redaktə et]Türkiyənin dörd bölgəyə aid olan təndir çörəyin növü TÜRKPATENT qeydiyyatından keçmiş və coğrafi göstərici əldə etmişdi: Malatya,[1] Midyat,[2] Elmadağ[3] və Konya.[4]
Azərbaycanda
[redaktə | mənbəni redaktə et]Orta əsrlərdə Bakı əhalisinin məişətində ən çox yayılmış tikililər sırasına çörək bişirmək üçün nəzərdə tutulan təndirləri də aid etmək olar. İçəri Şəhərin müxtəlif sahələrindəki arxeoloji qazıntılar nəticəsində orta əsrlərdə Bakıda çörək bişirməsi üsulunu öyrənməyə imkan verən çoxlu sayda təndir aşkar edilmişdir. Azərbaycanda çörək bişirilməsinin çox qədim tarixi vardır. Arxeoloji tədqiqatların nəticələri göstərir ki, Bakıdan aşkar edilmiş təndirlərin öyrənilməsi İçəri Səhərin qaranlıq səhifələrinin işıqlandırılmasına kömək edəcəkdir. Təndir çörəyi hazırlamaq üçün müxtəlif ərzaqlardan istifadə edilir. Xəmirin gəlməsi üçün əvəllər acıtmadan (bir kündə xəmiri saxlayıb qıcqırtmaq) istifadə edilirdi. Müasir dövrdə acıtmanın əvəzinə quru mayadan istifadə edilir.[mənbə göstərin]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2022-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-18.
- ↑ (PDF) https://ci.turkpatent.gov.tr/Files/GeographicalSigns/cb6c1901-b439-4cf8-9a4d-4b740e19e002.pdf (#bare_url_missing_title).
- ↑ "Arxivlənmiş surət". 2023-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-18.
- ↑ "Arxivlənmiş surət". 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-18.