Təmizlik

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Lələklərini təmizləyən quş
təmizliklə məşğul olan həşərat

Təmizlikinsanın sağlamlığı və təbiətin mühafizəsi üçün lazım olan vacib amil. Böyük alimlər təmizliyi aşağıdakı mövzularla tədqiq etmişdir:

  1. A. Y. E(bədən-paltar-qida) təmizlik
  2. Ev (mətbəx-hamam-ayaqyolu) təmizliyi
  3. Ətraf mühit (tullantıların uyğun şəkildə uzaqlaşdırılması) təmizliyi
  4. Kifayət qədər təmiz suyun təmin edilməsi.

Fərdi təmizlik

[redaktə | mənbəni redaktə et]

Fərdi təmizlik deyiləndə bədən təmizliyi nəzərdə tutulur. Buradan da cilt, əl, ağız, burun, göz təmizliyi, saç, dırnaq, qoltuqaltı, üz, dişayaq baxımı nəzərdə tutulur. Dünya Səhiyyə Təşkilatının bədən təmizliyi, əl təmizliyi, ağız və diş baxımının əhəmiyyəti və mühafizəsi yollarına aid materiallar mövcuddur. Ancaq Dünya Səhiyyə Təşkilatının dırnaqların yoluxucu xəstəliklərdəki təsirinə, tüklərin təmizliyinə və yoluxucu xəstəliklərdəki roluna aid ciddi nəşrləri yoxdur.

Fərdi təmizliyə baxmayaraq insan ətrafdan xəstəlik tapa bilər. İnsan nə qədər təmiz olursa olsun, ətraf mühiti təmiz olmasa, heç bir şeyə toxunmasa belə hava, külək, böcəklər və digər daşıyıcılar üzündən xəstələnə bilər.

Ətraf mühitin təmizliyi

[redaktə | mənbəni redaktə et]

Ətraf mühitin təmizliyini bu başlıqlar altında toplaya bilərik:

  1. Paltarın təmizliyi
  2. Qidanın təmizliyi (yaxın ətraf mühit)
  3. Ev təmizliyi
  4. Küçə, həyət, məhəllə, şəhərin təmizliyi (uzaq ətraf mühit)
  5. Kifayət qədər su təmini


Dünya Səhiyyə Təşkilatı təmiz və yetərli suya çatma haqqını əsas insan haqqı qəbul etmişdir: "Bütün insanların sosial və iqtisadi vəziyyəti nə olursa olsun, təməl ehtiyaclarını qarşılayacaq təmiz və yetərli miqdarda içməli su əldə etməyə haqqı vardır." (Birləşmiş Millətlər Konfransı, 1977)