Birpartiyalı sistem

Vikipediya, azad ensiklopediya
(Tək partiyalı rejim səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
  Parlamentar prezident respublikası
  Parlamentli konstitusiyalı monarxiya (monarx şəxsi səlahiyyətlərə malik deyildir).
  Qarışıq konstitusiyalı monarxiya (monarx şəxsi səlahiyyətlərə malikdir və əsasən parlament ondan asılıdır).
  İdarəçilik ilə əlaqədar olan konstitusiya qaydalarının ləğv edildiyi ölkələr. (Nümunə olaraq hərbi çevrilişdən sonra yaradılmış olan hərbi diktaturalar).
  Yuxarıdakı sistemlərin heç birinə uyğun gəlməyən ölkələr

Tək partiyalı rejimdövlət idarəsi ilə qaynayıb-qarışmış olan bir siyasi partiyanın tək başına qanunvericilik orqanı və hökuməti formalaşdırdığı rejimlərə verilən addır. Ölkədə digər siyasi partiyaların yaradılmasına icazə verildiyi, ancaq dövlətin tək partiya sistemi ilə idarə edildiyi de-fakto vəziyyətlərə tək partiyalı idarəetmə deyilir.[1]

Partiya-dövlət inteqrasiyasına əsaslanan təkpartiyalı rejim müasir diktaturalara xas olan idarəetmə formasıdır. Keçmiş diktatorlar tez-tez rəqiblərini susdurmaq və cəmiyyəti siyasətdən kənarlaşdırmaqla kifayətlənirdilər. 20-ci əsrin populist diktatorları isə, əksinə, hakimiyyətin "xalqdan güc alması" mifini qorumağa çalışmış, referendum və digər səsvermə üsulları ilə xalqın səsini qazanmağa çalışmış və siyasi xəbərdarlıq və təbliğat funksiyalarını ən kiçik sosial birliyə qədər təşkil etməyi hədəfləmişdilər. Cəmiyyəti stimullaşdırmaq və istiqamətləndirmək vəzifəsini öz üzərinə götürən Partiya fövqəladə əhəmiyyət kəsb etmişdir və bəzən hətta dövlətin əsas institutlarından (ordu, polis və bürokratiya) üstün tutulmuşdur.

Tək partiyalı sistemlər öz daxillərində hüquqi statuslarına görə üç yerə bölünürlər.

  • Real (Vahid) Tək Partiya Sistemləri: Yalnız bir partiya qanuni və de-fakto siyasi həyatda üstünlük təşkil edir. Bu partiyadan başqa partiyaların qurulmasına heç vaxt icazə verilmir. Digər partiyalar qadağandır və əgər yaradılarsa qanunsuz hesab olunur. Tək partiyalı sistemin müvəqqəti deyil, daimi olmağı düşünülür.
  1. Avtoritar vahid partiyalar: Çox vaxt milli inteqrasiyanı və bütövləşməni, iqtisadi inkişafın və ya modernləşmənin reallaşdırılması kimi konkret hədəflərə müraciət edirlər. İdeoloji cəhətdən təzyiqdən istifadə etmirlər. Bəzən bir liderin legitimliyini və nüfuzunu dəstəkləməyi hədəfləyirlər. Məsələn, bəzi ərəb ölkələrindəki BƏƏS partiyaları kimi.
  2. Totalitar vahid partiyalar: Bunlar inklüziv bir ideologiyaya əsaslanırlar. Partiya, ideologiyanın tələblərinə uyğun olaraq cəmiyyətin yeni bir modelini yaratmağı hədəfləyir. Bu məqsədə çatmaq üçün ictimai həyatı tamamilə idarə etmək hüquqununa malik olduğunu zənn edir. Hər cür iqtisadi, sosial və siyasi fəaliyyətlərə müdaxilə edir. Kommunist və faşist rejimlərdəki tək partiyalar totalitar vahid partiyaların ən məşhur nümunələridir və bu ölkələrdə başqa partiyaların yaradılmasına icazə verilmədiyi kimi bütün cəmiyyəti vahid bir ideologiya ətrafında birləşdirməyə çalışırlar.
  • Dominant Tək Partiyalı Sistemlər: Görünüşdə birdən çox partiya vardır, ancaq bu forma bir tətbiqdən daha irəli getmir. Bunun səbəbi, mütləq üstün olan partiyadan başqa partiyaların mövcud olmasına icazə verilsə də, bunlar əsla müxalifət partiyaları deyildirlər. Buna görə digər partiyalara "peyk partiyaları" deyilir. Bu kiçik peyk partiyalarının hakim güc olan hegemon partiyaya qarşı mübarizə aparması və hakimiyyətdə əl dəyişdirməsi qeyri-mümkündür. Məsələn, Çin Xalq Respublikasında əsas Çin Kommunist Partiyasından başqa partiyaların qurulmasına icazə verilmişdir. Bununla birlikdə, onlar plüralist/demokratik sistemlərdə mövcud olan müxalifət partiyalarından fərqlidirlər. Çünki buradakı peyk partiyaları hakim partiyaya qarşı deyil, tərəfdar kimi onun yanında qərar tutmuşdurlar. Buna görə reallıqda çoxpartiyalı bir sistemin mövcud olması düşüncəsi yaradılmış olsa belə, əslində vahid bir partiya sistemi mövcuddur. Bəzi görüşlərə görə, həqiqi plüralizm demokratiyaya keçidin bir ara formasıdır.[2]

Bu təsnifata əlavə olaraq, sistemin müvəqqəti və ya demokratikləşməsinə baxaraq digər alt tiplər də əlavə edilə bilər.

  1. Müvəqqəti tək partiyalı sistemlər: Məqsəd çoxpartiyalı siyasi sistemə keçməkdir. Tək partiyanın fəaliyyətinin müvəqqəti olacağı nəzərdə tutulur. Bilinən ən dəqiq nümunəsi Türkiyə Respublikasının ilk quruluş illərindəki Cümhuriyyət Xalq Partiyasının iqtidarda olduğu tək partiyalı dövrdür. Həqiqətən, müxtəlif cəhdlərdən (uğursuz olsa da) aydın olur ki, bu dövrün məqsədi çoxpartiyalı sistemə keçmək idi.
  2. Dominant Birpartiyalı Sistemlər: Reallıqda çoxpartiyalı və plüralist bir tətbiqin təcrübəsi mövcuddur və bunu təkpartiyalı rejim kimi təsnif etmək düzgün deyildir. Çünki birdən çox tərəf qanuni şəkildə mövcuddur və bərabər (və ya balanslı) şərtlərdə fəaliyyət göstərirlər. Ancaq onlardan biri, müntəzəm olaraq aldığı səslər və parlamentdəki çoxluq baxımından digərlərindən daha güclü və üstündür. Məsələn Hindistan Milli Konqresi Partiyası. Sistem demokratik olduğundan digər (və ya kiçik) partiyalar müxalifət vəzifələrini (dominant sistemdən fərqli olaraq) sərbəst şəkildə həyata keçirə bilərlər
  1. Yrd. Doç. Dr. Ahmet Kuyaş; Prof. Dr. Feroz Ahmad; Yrd. Doç. Dr. Ahmet Ersoy; Prof. Dr. Cemal Kafadar; Doç. Dr. M. Asım Karaömerlioğlu; Prof. Dr. Şevket Pamuk; Prof. Dr. Zafer Toprak; Prof. Dr. Mete Tunçay; Özgür Türesay; Jean-Michel Lambin; Annette Becker; Odile Louage; Marie-Anne Matard-Bonucci; Jean-François Sirinelli; Jean Vassort; Jean-Luc Villette; Nicolas Werth; José Zimniak (Aralık 2006). Tarih 1839–1939 [Histoire Première] (1. bas.). İstanbul: TÜSİAD. s. 362. ISBN 9944-405-03-5.
  2. TEZİÇ, Erdoğan, Anayasa, s. 341. "Ara Sistem"