Təhsin Dəmiray
Təhsin Dəmiray | |
---|---|
türk. Tahsin Demiray | |
Doğum tarixi | 1903 |
Doğum yeri | |
Vəfat tarixi | 25 iyun 1971 |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | siyasətçi |
Təhsin Dəmiray (türk. ːTahsin Demiray 1903, İstanbul – 25 iyun 1971, İstanbul) — Türk naşiri, yazıçısı və siyasi xadimi, Türkiyə Köylü Partisinin qurucusu.
Həyatı və fəaliyyəti
[redaktə | vikimətni redaktə et]Təhsin Dəmiray 1903-cü ildə İstanbulda dünyaya gəlmişdir. 1919-cu ildə Kadıköy Sultanisini bitirdikdən sonra milli mücadiləyə qatılmışdır. 1923-cü ildə İstanbul Müəllim Məktəbini bitirmişdir. İstanbul Universitetinin Fənn fakültəsində təhsilini davam etdirmiş, eyni zamanda Bolu liseyində müəllimlik etmişdir. Fənn fakültəsini ikinci kursdan tərk etmişdir.[1]
Türkiyə Cümhuriyyətinin ilk və ən önəmli naşirlərindən biridir. Yeni dövlətin quruluşundan sonra 1925-ci ildə fəaliyyətə başlayan ilk nəşriyyatlardan biri olan Türkiyə Yayınevini qurmuş, Əlifba inqilabının ardından yeni əlifbanı yayınlama imtiyazını almışdır. Latın əlifbasıyla basılmış ilk "Əlifba"nı yayınlamışdır.
Ölkədə uşaq dərgiçiliyinin gəlişməsində ciddi rol oynamışdır. "Yeni Yol" və "Resimli Mecmua" adlı ilk uşaq dərgilərinin naşiridir. Daha sonra "Yavrutürk" (1936), "Binbir Roman" (1939), "Ateş" (1936), "Cumhuriyet Çocuğu" (1938), "Çocuk Haftası" (1942), "Yıldız, Büyük Ateş" (1960), "Altın Işık" (1965) kimi dərgilərlə Türkiyədə uşaq dərgilərinin inkişafına təkan vermişdir.
Türk millətçisi kimi tanınan Təhsin Dəmiray, 1950-ci ildən sonra Türkiyə Köylü Partisinin qurucusu olaraq aktiv siyasətin içərisində yer almış, partiyanın başqanı seçilmişdir. 27 May ixtilalından sonra Ədalət Partiyası (AP) qurucuları arasında yer alan siyasətçi, XII dönəm TBMM-də AP İstanbul millət vəkili seçilmişdir. Millət vəkilliyi dönəmini tamamladıqdan sonra bir müddət xaricdə yaşamış, təkrar Türkiyəyə dönmüşdür.[2]
O, bir naşir kimi Nihal Atsızın, Abdullah Ziya Kozanoğlunun tarixi romanlarını, Kazım Karabekirin xatirələrindən ibarət "İstiklal Harbimiz" adlı kitabını, İsmail Hami Danişmendin "Osmanlı Tarihi Kronolojisi"ni yayınlamışdır. Özü də yaradıcılıqla məşğul olmuş, Türk Qurtuluş Savaşı və sosioloji problemlər haqqında çeşidli kitablar yazmışdır.[3]
Vəfatı
[redaktə | vikimətni redaktə et]25 iyul 1971-ci ildə İstanbulda vəfat etmişdir.[1]
Əsərləri
[redaktə | vikimətni redaktə et]- İlkokullar İçin İlk Türk Alfabesi (1928)
- Büyük Dünya Hava Savaşı (1936)
- Dokuz Yıldız Münasebetiyle (1945)
- İlkokullar İçin Temel Bilgiler (Küçük ansiklopedik kitaplar, 1949–1950)
- Arkada Bıraktığım Küçük İşaret Taşları (1955)
- Toplum Yapımıza Tarih İçinde Bir Bakış (1955)
- Fiske Taşları (1955)
- Hindistan Mücahidi Ahmet Âzad ve İngiliz Mahkemesi Önünde Nutku (1956)
- Eğitimimize Sol Akımların Girişi ve Öncüleri (1967)
- İstiklâl Harbimizin Müdafaası (1969)
- Buhranlarımızın Temel Sebepleri (1970)
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 "Tahsin Demiray — biyografiya". 2020-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-04.
- ↑ "İskender Özsoy, "Çocuk Haftası"'nın çocukları dede oldu, Mizahvecizgi.com sitesi, Erişim tarihi, 08.03.2012". 2 Aralık 2011 tarixində arxivləşdirilib.
- ↑ "TBMM Milletvekilleri Albümü, 2. Cilt,". 2015-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-04.