Türk xalqları tarixinin xronologiyası (500-1300)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Gültigin abidəsi
Gültigin abidəsi
Türk tarixi
XIV əsrə qədər
Göytürk xaqanlığı 552–744
  Qərbi Göytürk
  Şərqi Göytürk
Avar xaqanlığı 564–804
Xəzər xaqanlığı 618–1048
Böyük Bolqar xanlığı 632–668
  Dunay Bolqariyası
  İdil Bolqariyası
Türkeş xaqanlığı 699–766
Uyğur xaqanlığı 744–840
Qaraxanlılar dövləti 840–1212
  Qərbi Qaraxanlılar
  Şərqi Qaraxanlılar
Peçeneq xaqanlığı
860–1091
Kimək xaqanlığı
743–1035
Dəşt-i Qıpçaq
1067–1239
Oğuz dövləti
750–1055
Şato sülalələri 923–979
  Sonrakı Tan
  Sonrakı Tszin
  Sonrakı Xan (Şimali Xan)
Qəznəvilər dövləti 963–1186
Böyük Səlcuq İmperiyası 1037–1194
Xarəzmşahlar dövləti 1077–1231
Rum sultanlığı 1092–1307
Dehli sultanlığı 1206–1526
  Müəzzilər sülaləsi
  Xələclər sülaləsi
  Tuğluqoğulları sülaləsi
Məmlük dövləti 1250–1517
  Bəhri sülaləsi

Aşağıda VI-XIV əsrlər arasındakı Türk xalqları tarixinin müəyyən edilmiş zaman xronologiyası verilmişdir. Anadolu Səlcuqlu dövlətinin xronologiyası bu zaman xronologiyasında yer alsa da, Səlcuqlu Rum sultanlığı üçün daha ətraflı xronologiyaı üçün Anadolu Səlcuqlu dövlətinin xronologiyasına baxın. Çağdaş Türkiyə Respublikasının və qanuni sələfinin xronologiyası üçün Osmanlı imperiyasının xronologiyasıTürkiyə tarixinin xronologiyasına baxın. Bu zaman xronologiyasında qeyd olunanların xaricində, türk xalqları Azərbaycan və Orta Asiya respublikaları ilə yanaşı Rusiya, Çinİran kimi Osmanlı imperiyası və Türkiyə ərazisindən kənarda yaşamışlar.

İl Hadisələr
545 Altay dağlarına Qərbi Vey elçisi. Aşina soyunun (türk aristokratları) lideri kimi Bumın xaqan haqqında ilk xatırlatma.
551 Bumın xaqan, Altay dağları ətrafındakı türklərin müstəqilliyini elan edir, Monqol yaylasında Ötükəni fəth edir və xaqan (q.türk 𐰴𐰍𐰣) (qağan) titulunu alır. İmparatorluğu Türk xaqanlığı və ya daha populyar olan Göytürk xaqanlığı (q.türk 𐱅𐰇𐰼𐰰) olaraq bilinir.
552 Bumın xaqan qardaşı İstəmi xaqanı(vassal) olaraq Qərb bölgələrinə göndərdikdən bir müddət sonra vəfat etdi. Böyük oğlu Qara İssıq xaqan olur.
554 Bumın xaqanın ikinci oğlu Muğan xaqan taxta çıxır. Bir sıra uğurlu yürüşlərdən sonra Göytürklər Böyük ipək yoluna nəzarəti ələ keçirirlər.
558 Sasanilər imperiyası ilə ittifaqda İstəmi xaqan Eftalitləri məğlub etdi və Mavəraünnəhri fəth etdi.
568 II Yustinianın dövründə Bizans imperiyası ilə ittifaq, Soqdiananın rəhbərlik etdiyi türklərdən ibarət heyətin bizanslılarla ipək ticarəti etmək üçün Konstantinopola gəlişindən sonra meydana gəlir.
572 Bumın xaqanın kiçik oğlu Taspar xaqan, qardaşının ölümündən sonra xaqan oldu.
576 Bizanslılar (razılaşmalarının əksinə olaraq) göytürklərin düşmənləri olan avarlarla müqavilə imzaladıqdan sonra Bizansla ittifaq kəsilir. Göytürklər Krımdakı Bizans qalasını ələ keçirdi.
580 Aqafiy, türk kutriqurlarutiqurlar ilə birlikdə hun tayfa birliklərinə burqundları (alman tayfası) və ultizurları da daxil edir.[1][2]
581 Tardu xaqan, qərbdəki ikinci yabqu Krımı mühasirəyə aldı.
581 Çindəki iki rəqib dövlət, Türk Xaqanlığına illik xərac verməyə başlayır.
584 Taspar xaqan ölür, vətəndaş müharibəsi başlayır. (İşbara xaqan Apa xaqana qarşı) Tardu xaqan qarşısını alır.
587 Tardu xaqan faktiki qərb hökmdarı idi. İkili xaqanlıqlar dövrü. Bundan sonra qərb xaqanlığına Qərbi Göytürk xaqanlığı (Onok) da deyilir.
588 Birinci fars-türk müharibəsi. Türk xaqanlığının Əfqanıstanı işğal etmək cəhdi. Bəhram Çubin Türk xaqanlığını məğlub etdi.
593 Türk xaqanlarının biri-birinin əvəz etməsinin sonu.
İl Hadisələr
609 Şibi xaqan Şərqi Göytürk xaqanlığının xaqanı olur.
615 Şibi xaqanın məsləhətçisi Pey Ju tərəfindən Mayıdakı (Şoçjou) danışıqda edam edilir; xan, imperator Yanın oraya səfəri zamanı Yanmen əmirliyinə hücum edib,mühasirəyə alaraq qisasını alır (indiki Daysyan,Şansi). Həyat yoldaşı Sui şahzadəsi Yiçen tərəfindən xaqanlığın şimaldan hücum məruz qaldığı barədə yalan xəbərdarlıq edərək mühasirəni qaldırır.
618 Tonq Yabqu xaqan Qərbi Göytürk xaqanlığının xaqanı olur. Qərbi Göytürk xaqanlığının bir hissəsi olaraq Qafqazda Xəzər xaqanlığının (və ya Xəzəriyanın) qurucusu Zibel kimi tanınır.
619 İkinci fars-türk müharibəsi. Tonq Yabqu xaqan İsfahana qədər hücum edir,lakin qarşısı alınır.
625 Imperator Tonq Yabqu xaqanın rəhbərliyindəki türklərdən hərbi yardım istədiyi zaman I İraklinin rəhbərlik etdiyi Bizans imperiyası ilə ittifaq
626 İllig xaqan Syuanu qala qapıları qarşısında hadisədən istifadə edərək,Veyhe çayına qədər hücum etdi.
627 Üçüncü fars-türk müharibəsi. Börü Şad Dərbəndi fəth edir və Azərbaycana hücum edir.
628 Seyanto xaqanlığı (Yinanın başçılığı altında) and Doqquz Oğuz türk tayfası Qərbi Göytürk xaqanlığının Yükük şad (qərb xaqanı) və Aşina Şeer xaqanlıqlarını (qərb xaqanı) məğlub edirlər.
630 Tan sülaləsi, şərq xaqanlığının vassallarının qiyamını dəstəkləyir. Li Jin (Yaoşi) rəhbərliyi ilə Tan ordusu, Yinşan döyüşündə Şərqi Türk xaqanlığını məğlub etdi. İmperator Tay-tszun (Li Şmin) deyir ki,Veyhe çayındakı çayındakı rüsvayçılığımı kompensasiya etməyim kifayətdir (626).[3] Şərqi Türk xaqanlığı Çinin vassalı olur.
632 Kubrat xan Böyük Bolqar xanlığının əsasını qoyur.
638 Qərbi Göytürk xaqanlığını iki qola (NuşibilərDulo) ayrıldı, sərhədi İli çayı oldu.
639 Aşina Cieşeşuayın Cieşeşuay sarayına qarşı uğursuz basqını. (Məşhur türk mədəniyyətində Aşina Cieşeşuay Kür Şad olaraq tanınır).
640 Yükük şad Onok qəbilələrini birləşdirməyə çalışır, lakin qısa müddətdə Əfqanıstandakı Künduzə qaçır.
642 Qərbi Göytürk əsgərləri Qaraxocadan geri çəkilir və səltənət Tan sülaləsi qüvvələri tərəfindən tutulur. Tan sülaləsinə qarşı hərbi qarşıdurmalar yaxın bir neçə on il də, davam edir.
644 Qərbi Göytürk xaqanlığı Qaraşəhərdə Tan sülaləsinə qarşı döyüşdə məğlub oldular.
648 Qərbi Göytürk xaqanlığı Kuçarda Tan sülaləsinə qarşı döyüşdə məğlub olurlar.
650 Xəzərlər Dörd xəlifələrdən Əbdürrəhman ibn Rəbiəni Qafqazda məğlub etdilər.
657 Çin Qərbi Göytürk xaqanlığını məğlubiyyətə məruz qoyduğu hərbi yürüşə başlayır. Qərbi Göytürk xaqanlığı Çinin vassalı olur. Bu zaman Türgiş xaqanlığı meydandakı zəiflikdən istifadə edərək Onokun ən güclü varisi kimi ortaya çıxır.
664 Qafqaz Albaniyası hökmdarı Cavanşir (636-669) ilə Şimali Qafqaz hunları Elteber Alp İlitver arasında imzalanmış sülh müqaviləsinə görə, sülalə evlilik birliyi şərtləri ilə, hunların bütün Alban qalalarını ələ keçirməsi, hunlara illik xərac və hunların Albaniyanı ərəb təcavüzündən qorumaq öhdəliyi alınır.[4]
679 Danyu Da Duhufunun türk liderləri olan Aşide Venfu və Aşide Fenzhi Ashina Nişu Beini Türk xaqanı elan etdilər və Tan sülaləsinə üsyan qaldırdılar.[5]
680 Pey Sintszyan Aşina Nişu Be və ordusunu məğlub etdi. Aşina Nişu Be öz adamları tərəfindən öldürüldü.[5]
680 Aşide Venfu (çin. 阿史德溫傅) Aşina Funianı xaqan etdi və Tan sülaləsinə qarşı üsyan qaldırdı..[5]
681 681-ci il müqaviləsi Bulqar xanı Asparux xan və Bizans imperatoru IV Konstantin arasında bağlanmışdır. Sülh müqaviləsi Asparux xanın ələ keçirilmiş Bizans əraziləri üzərində nəzarətini tanıyırdı.
681 Aşide Venfu (çin. 阿史德溫傅) və Açina Funian Pey Xincjiana təslim oldular. 54 türk (Aşide Venfu, Aşina Funian daxil olmaqla) Şərqi Çanan bazarında edam edildi.[5]
681 Aşina Qutluq, Aşina Funianın adamları ilə üsyan qaldırır.
682 Aşina Qutluq İkinci Şərqi Göytürk xaqanlığını qurur.
685 İltəriş xaqan, Hin Çuda çinliləri məğlub etdi.
694 İltəriş xaqanın ölümü. Qapağan xaqan ikinci xaqan olur.
698 Qapağan Türküstanı (On Oq ərazisi) Türgiş xaqanlığına qarşı birləşdirir.[6]
İl Hadisələr
704 Əməvi sərkərdəsi Quteybə bin Müslüm Mavəraünnəhri istila etdi.
711 Bolçu döyüşündə Türk ordusu Türgişi məğlub etdi.
713 Ərəblərin Mavəraünnəhri fəthi. Ərəblərin qələbəsi Türküstandakı gücün yenidən Türk Xaqanlığından Türgiş xaqanlığına keçməsinə gətirib çıxarır.
716 Bizans imperatoru III Feodosiy və Dunay Bolqar dövlətinin xanı Tervel arasında sərhədləri müəyyənləşdirən, Bizansın Xana illik xəracının ölçüsünü 30 lb qızıl olaraq təyin edən, əsirlərin dəyişdirilməsi, qaçqınların qaytarılması və iki ölkə arasındakı maneəsiz ticarəti möhkəmləndirən ilk müqavilə.
716 Qapağan Qağan Toquz Oğuza qarşı yürütdüyü kampaniyada öldürüldü və başı Çanana göndərildi.[7] Kültigin çevriliş etdi. Qapağanın oğlunu və qardaşlarını öldürdülər və Bilgə xaqan xaqan etdilər.
716 (?) Qədim türk dilində ilk yazılı qeydlər. Tonyukukun Tonyukuk abidəsi. (Bu abidələr ölümündən bir neçə il əvvəl özü tərəfindən qoyulmuşdur.)
717 İnel xaqan Kültigin tərəfindən devrilir. Bilgə xaqan taxta çıxır.
717 Suluk xan Türgiş xaqanı olur.
718 Türk İmperiyasındakı qısa sabitlik dövrü. Bilgə xaqan və onun triumviratı (KültiginTonyukuk) bütün qiyamları yatırır.
723 Əməvi Ərəblərinin qubernatoru Əl-Xaraşi, ikinci dəfə Xücənd türkləri və Soqdiana qaçqınlarını qırdırdı.
724 Mavəraünnəhrdən keçən Sırdərya çayının sahillərində, indiki Tacikistan ərazisində, Türgiş xaqanlığı ilə Əməvilər xilafəti arasında baş vermiş Susuzluq günü döyüşü.[8]
728 Türgiş xaqanı Suluk xan Əməvi Ərəb ordularını ikinci dəfə məğlub etdi.
730 Xəzərlər Cənubi Qafqazda Əməvi Ərəb ordularını məğlub etdilər. Lakin Xəzər xaqanının oğlu, sərkərdə Barcil döyüşdə öldü.
734 Bilgə xaqanın ölümü.
735 Orxon abidələrində Bilgə xaqanın və qardaşı Kültiginin abidələri. (Bilgə Kültiginin abidəsini, Bilgənin oğlu isə Bilgənin abidəsini ucaltmışdır.) Tonyukuk abidəsinə də (Bain Tsokto kitabələri) Orxon abidələri deyilir. (2004-cü ildə abidələr Asiya və Avstraliyadakı YUNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısına daxil edilmişdir.)
737 Ərəblər xəzərləri məğlub edərək Xəzərin paytaxtı Bələncəri ələ keçirtdilər. Tezliklə xəzərlər ərəbləri geri çəkilməyə məcbur edirlər. Ancaq paytaxt İdilə köçürülür.
738 Suluk xan öldürülür.
740 Xəzər xanı Bulan yəhudiliyi qəbul edir. Lakin,təbəələr öz dinlərini seçməkdə sərbəst idilər.
744 Aşina soyuna üzv olmayan basmıl, uyğurqarluq kimi türk boyları çevriliş edirlər. Aşina soyunun sonu.
745 İlk Uyğur xanı Qutluq Bilgə xaqan. Şərqdə Türk xaqanlığını əvəz edən uyğurlar və onların vassalı qarluqlar qərbdəki keçmiş On Oq ərazisini fəth etməyə başlayırlar.
747 İkinci Uyğur xaqanı Bayan Çur xaqan tərəfindən uyğurların ən böyük qala şəhəri Ordu-Balığın inşasına başlanması.
750 Ərəb imperiyasında Əməvilər sülaləsi hakimiyyəti bitir. Abbasilər türklərə qarşı daha tolerant siyasət yürüdürlər.
751 20.000-lik qarluq muzdlularının döyüşün ortasında ərəblərin tərəfinə keçdiyi Talas döyüşündə ərəblər çinliləri məğlub etdi.
753 Uyğur xaqanı Bayan Çur xaqanın Yaryat abidələri (təxmini vaxt)
755 Çindəki Talas döyüşündən sonra daxili müharibə. Bayan Çur xaqan Çin imperatorunu üsyançı general An Luşana qarşı dəstəkləyir.
756 Bizans imperatoru V Konstantin ilə Dunay Bolqar dövləti arasındakı sülh müqaviləsinə görə Bolqarıstan xanı Kormisoş xan uzun müddətli hərbi qarşıdurmaya son qoyur.[9]
765 Üçüncü Uyğur xanı Boğu Manixeizmi qəbul edir.
766 Qarluqlar Türgişi məğlub etdi. Türkistanın (keçmiş Onak ərazisinin) çox hissəsi qarluqların hakimiyyəti altına keçdi. Aral gölünün qərbində Oğuz Yabqu dövləti adında konfederasiya meydana çıxır.
789 Ediz sülaləsi Uyğur xaqanlığındakı Yağlaqar sülaləsini əvəz edir.
İl Hadisələr
815 Konstantinopolda Birinci Bulqar dövlətinin xanı Omurtaq xan ilə Bizans imperatoru V Leo arasında 30 illik sülh müqaviləsi imzalandı.
821 Uyğurlar Tibetliləri dəf edir
836 Xilafətin (Ərəb İmperiyası) paytaxtı, Türk məmlüklərinin iğtişaşı üzündən Xəlifə Əl-Mötəsim tərəfindən Bağdaddan yeni Samərra şəhərinə köçürülür. (Məmlüklərin köçü Talas döyüşündən az sonra başladı.)
840 Yenisey qırğızları (şimal) uyğurları məğlub etdi. Xaqanlığın sonu. Ancaq uyğurlar cənub qərbə qaçırlar.
848 Qovulmuş bəzi uyğurlar Çinin şimalında, Qansuda kiçik dövlət qururlar.
850 Uyğur qaçqınları tərəfindən dəstəklənən qarluqlar, Mavəraünnəhrdə Qaraxanilər dövlətini qurdular.
856 Üçüncü qrup uyğur qaçqınları, indiki Çinin qərbindəki indiki Sintszyan-Uyğur Muxtar Rayonunda, Turfanda başqa dövlət qurdular.
868 Ərəb ordusundakı türk məmlük generalı Əhməd ibn Tulun Misirdə Tulunoğulları dövlətini qurdu.
881 Xəzərlərin tərkibinə daxil olan türkdilli tayfalar olan kəbərlər əsas bədəndən ayrılır və yeddi macar tayfası ilə birlikdə qərbə doğru irəliləyir.
892 Xəzərlər peçeneqləri qərbə doğru sıxışdırırlar, onlar da macarları Macarıstana sıxışdırırlar.
898 Birinci Bulqar dövlətinin çarı I Simeon ilə Bizans imperatoru VI Leon arasında Birinci Bulqar dövlətinə qarşı dağıdıcı səbəbsiz müharibədən sonra 898-ci il müqaviləsi imzalandı və bulqarların qələbəsinin nəticəsi olaraq Bizansın Dunay Bolqar dövlətinə illik xərac ödəməsini davam etdirir.[10][11]
İl Hadisələr
914 914-cü il müqaviləsi peçeneqlər ilə Rus knyazlığı şahzadəsi İqor arasında bağlanan barış müqaviləsi idi.
924 Kidan monqolları qırğızları Monqolustandan qovur. Bəzi qırğızlar Yenisey bölgəsinə qayıdır, bəziləri isə indiki Qırğızıstana qaçırlar.
932 Qaraxanlıların hökmdarı Satıq Buğra xan islamı qəbul edir. Tarixdəki ilk müsəlman Türk xaqanı.
940 Bizans-Kiyev Rus dövlətinin xəzərlərə qarşı ittifaqı. Xəzər xanlığı Krımı itirir.
941 Qansu dövləti (Sarı uyğurlar) Çindən vassal asılılığına düşdü.
960 Hasday ibn Şaprut (Kordova) ilə Xəzər xaqanı Yusif arasındakı Xəzər yazışmaları.
963 Türk generalı Alp Təkin Samanilər dövlətindən vassal asılı olan Qəznəvilər dövlətini qurur.
969 Kiyev Rus dövləti Xəzərin paytaxtı İdili ələ keçirdi.
977 Səbuk Təkinin dövründə Qəznəvilər müsəlman sultanlığına (imperiya) çevrildi.
985 Səlcuq bəyin rəhbərliyi altında böyük türk tayfası (Kınık) Xəzər (Oğuz?) ərazisindən Cənd şəhərinin ətrafına (indi Cənubi Qazaxıstandadır) köç etdi.
999 Oğuz Yabqu dövlətinin qıpçaqlar tərəfindən süquta uğradılması.
İl Hadisələr
1016 Xəzər xaqanlığı Rus-Kiyev və qıpçaqların nəzarəti altına keçir.
1037 Kiyev Rus dövləti peçeneqləri məğlub etdi.
1038 Səlcuqlu nəvələri Toğrul və Çağrı bəy indiki Türkmənistanda tarixi Mərv şəhərini fəth edir və müstəqilliklərini elan edirlər. Böyük Səlcuq İmperiyasının qurulması.
1040 Səlcuqlu Toğrul və Çağrı bəy, Dəndənəkan döyüşündə bir Qəznəvi ordusunu məğlub edərək İranın şərqində yerləşməyə başladılar.
1042 Qaraxanlılar ərazisindəki vətəndaş müharibəsi. Şərqi və Qərbi Qaraxanlılar.
1048 Səlcuqlu türklərindən olan İbrahim Yınal (Toğrulun süd qardaşı) Pasinlər döyüşündə (Kapetron döyüşü də deyilir) Bizans-Gürcü ordusunu məğlub etdi. Şərqi Anadoludakı türklər.
1050 Peçeneqlər Bizans ərazilərinə basqın etdilər.
1055 Bir sıra zəfərlərdən sonra Toğrul bəy xəlifə tərəfindən sultan elan edildi (Böyük Səlcuq dövlətinin).
1065 Oğuz türkləri Bizans imperiyasına ehtiramını göstərdi.
1071 Səlcuqlu dövlətinin başçısı Alp Arslan, Malazgird döyüşündə Bizans imperatoru IV Roman Diogeni məğlub etdi.
1072 Alp Arslanın ölümü. I Məlikşahın taxta çıxması.
1072 Epik nağılların qəhrəmanı olan Danişmənd qazi, Anadolunun mərkəzi Sivas ətrafında bəylik qurdu (yəni bugünkü Türkiyənin Asiya tərəfi).
1072 Qaraxanlı Mahmud Kaşğari tərəfindən Abbasilər xilafətinə təqdim etmək üçün Divanü Lüğat-it-Türkün yazılması.
1077 Süleyman şah Səlcuqlu (I Melikşahın əmisi oğlu) indiki Türkiyənin qərbində dövlət qurdu. Böyük Səlcuq imperiyasının vassalı olsa da, tezliklə tamamilə müstəqil olur. (Rum Səlcuqları, Səlcuqlu Rum sultanlığı, Rum sultanlığı, Türkiyə Səlcuqluları, Anadolu Səlcuqları, İkonium sultanlığı bu dövlət üçün istifadə olunan bir çox adlar arasındadır).
1077 Böyük Səlcuq imperiyasından vassal asılılığı olan Xarəzm sülaləsinin yaranması.
1081 İlk türk admiralı Çaka bəy, İzmir, Qərbi Anadoluda bəylik qurdu və Türk tarixində ilk Türk dənizçi dövlətidir.
1085 I Məlikşahın qardaşı I Tutuş Suriyada qısa müddətlik bəylik qurdu.
1089 Macarlar qıpçaqları məğlub etdi.
1091 Qıpçaqlar pençeqləri məğlub etdi.
1093 Qıpçaqlar, Stuqne çayı döyüşündə Kiyev Rus dövlətinin başçısı II Sviatopolku məğlub etdi.
1096 I Qılınc Arslan Birinci səlib yürüşünü dəf etdi.
1097 Birinci səlib yürüşləri zamanı Dorileon döyüşündə Səlcuqluların məğlub edilməsi. Paytaxt İznikin tutulması (yeni paytaxt Konya).
İl Hadisələr
1101 Rum Səlcuqlu dövlətinin sultanı I Qılınc Arslan, I Səlib yürüşlərinin ikinci dalğası zamanı Stefen Henri və Boyük Huqonu məğlub etdi
1104 Dəməşq atabəyi Tuğtəkin, Suriyada qısa ömür sürdü. Səlcuqlu atabəylər sülaləsinin ilk nümunəsi.
1121 Artuqlu bəyliyindən Mardinli İlqazinin rəhbərlik etdiyi Səlcuqlu ordusu Tiflis yaxınlığında gürcülər tərəfindən məğlub edilir.
1128 I İmadəddin Zəngi Mosul, Hələb, HəmaEdessa qraflıqlarını birləşdirərək Zəngilər sülaləsinin əsasını qoydu.
1141 Xitay monqolları, Katvan döyüşündə Böyük Səlcuqlu sultanı Səncəri məğlub etdi.
1146 Azərbaycanın I böyük atabəyi olan Şəmsəddin Eldəniz, Azərbaycanın ilk müstəqil türk sülaləsinin xanədanını qurdu.
1147 İkinci Səlib yürüşü zamanı Səlcuqlu Rum sultanı I Məsud , Dorileon döyüşündə Müqəddəs Roma imparatoru III Konradı və Laodikeya döyüşündə Fransız kralı VII Ludoviki məğlub etdi.
1153 Böyük Səlcuq sultanı Səncər Oğuz vassalları tərəfindən məğlub olur.
1154 Oğuz türkləri Nişapur kitabxanasını dağıtdılar.[12]
1176 Səlcuq sultanı II Qılınc Arslan, Miryokefalon döyüşündə Bizans imperatoru I Manuil Komninosu məğlub etdi.
1178 Danişməndlilər sülaləsinin sonu. Onların əraziləri II Qılınc Arslan tərəfindən birləşdirilir.
1190 Müqəddəs Roma imperiyasının ikinci imperatoru I Fridrix Barbarossa Üçüncü Səlib yürüşündə Cənubi Anadoluda Konya döyüşündə (İkonium) türkləri məğlub etdi. Daha sonra Silifke yaxınlığındakı Göksu çayını keçərkən boğulur.
İl Hadisələr
1202 Anadolu Səlcuqlu dövləti, Saltuklu bəyliyini məğlub etdi və şimal-şərqi Anadolunu ilhaq etdi.
1205 Böyük Səlcuqlu Sultanlığının dağılmasından sonra Xarəzmşahlar müstəqillik qazanır və keçmiş Səlcuq ərazilərinin əksəriyyətini fəth edir.
1206 Hindistanda Sultan Qütbəddin Aybək tərəfindən qurulan Müəzzilər dövləti.
1209 Turfan Uyğurları Monqolların vassalı olurlar.
1209 Qərbi Anadolunun Akşehir şəhərində satirik sufi xadimi Molla Nəsrəddinin anadan olması. Onun lətifələri, xüsusilə 1243-cü ildən sonra Monqol hökmdarları ilə əlaqəli lətifələri, bütün türkdilli ölkələrdə həmişə çox populyardır.
1211 Monqollar Xitaylar və Şərqi Qaraxaniləri süquta uğradırlar.
1212 Xarəzmşahlar Qərbi Qaraxaniləri süquta uğradırlar.
1220 I Əlaəddin Keyqubad Rum Səlcuqlu sultanı olur.
1220 Monqollar Xarəzmşahları sonlandırırlar.
1224 Bamyan və Kürraman Qarlugidləri öz səltənətlərini qururlar.
1230 Rum Səlcuqlu sultanı I Əlaəddin Keyqubad , Yastı Çəmən müharibəsində Cəlaləddin Mənguberdini məğlub etdi.
1236 İslam ölkələrində ilk qadın hökmdar Sultan Raziyə bəyim Müəzzilər dövlətinin sultanı olur.
1239 Baba İshaq qiyamı. Yaxınlarda Anadoluya gəlmiş Türkmənlər (Oğuz) və Xarəzmlilərin qiyamı. (Qiyam qanla yatırılır. Lakin sultanlıq hakimiyyəti itirir.)
1241 Monqollar qıpçaqları məğlub etdi.
1243 Monqollar Kösedağ döyüşündə Səlcuqlu Rum sultanlığını məğlub etdilər.
1250 Qıpçaq əsgərlərindən ibarət bir heyət üzvü olan Aybək, Misir Məmlük dövlətini qurur.
1260 Məmlük generalı (daha sonra sultanı) I Baybars Əyn Cəllud döyüşündə monqolları məğlub edir. Məmlük dövlətinin monqollar tərəfindən işğalına son qoyuldu.
1277 Məhəmməd bəy Qaramanoğlu Anadoluda yarı müstəqil bəyliyi (şahzadə) (eyni zamanda Səlcuqluların qısa müddətli vəziri) dövründə türk dilini rəsmi dil elan edir.
1293 Kodeks kumanikus — xristian missionerlər tərəfindən toplanmış və hazırlanmış Kuman-qıpçaq dilində əsər.
1299 I Osman Osmanlı bəyliyini qurdu.
  1. Agathias, Historiae, V,11,3-4
  2. Runciman S., A history of the First Bulgarian empire, London, G.Bell & Sons, 1930, p.7, & notes
  3. New Book of Tang, Vol. 93
  4. Gmyrya L. Hun Country At The Caspian Gate, Dagestan, Makhachkala 1995, pp. 29, 199, ISВN 5-297-01099-3 (Strana Gunnov u Kaspiyskix vorot, Dagestan, Makhachkala, 1995)
  5. 1 2 3 4 Sima Guang, Zizhi Tongjian, Vol. 202
  6. S.G. Klyashtorny-T.İ.Sultanov: Türkün Üçbin Yılı (trans:D.Ahsen batur), Selenge yayınları, İstanbul, 2003, ISBN 975-8839-03-9, p.108
  7. Runciman S., A history of the First Bulgarian empire, London, G.Bell & Sons, 1930, pp. 32-33
  8. Al-Tabarī, Tārīkh al-rusul wa-al-mulūk, The History of al-Tabari, Vol. XXVI: The waning of the Umayyad caliphate, SUNY Press, 1989, ISBN 978-0-88706-810-2, p. 27.
  9. Runciman S., A history of the First Bulgarian empire, London, G.Bell & Sons, 1930, pp. 37, 289
  10. Runciman S., A history of the First Bulgarian empire, London, G.Bell & Sons, 1930, p. 149
  11. Treadgold, Warren A History of the Byzantine State and Society. Stanford: Stanford University Press, 1997, p. 464, ISBN 0-8047-2630-2
  12. The Tomb of Omar Khayyâm, George Sarton, Isis, Vol. 29, No. 1 (July , 1938):16.