Türkü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Türkü — Bütün müstəvilərdə mahnı ilə sinonimləşir. Xalq ədəbiyyatında çox geniş şəkildə yayılmış şeir nümunələridir. Qəhrəmanlıq, məhəbbət, təbiət gözəlliklərinin təsviri və s. mövzularda olur.[1]

Türkülər xalq ədəbiyyatının çox qədim nümunələri sırasında həmişə mühüm əhəmiyyət kəsb etmişdir. Tarixi prosesdə dəyişikliklərə uğramasına baxmayaraq, həmişə xalq ruhunun ifadəsi türkülərdə əsas və başlıca amil kimi görünmüşdür. Ölçü və qafiyələnmə baxımından gəraylı və qoşmaya bənzəyən türkülər daha çox bəstə baxımından seçilir. Bölgə özəllikləri ilə fərqlənir. Özəlliklərinə görə Urfa ağzı, Egin ağzı, Kayabaşı, Türkməni və s. kimi sıralamalar vardır. Türkülər şəkil baxımından sözləri dəyişən və dəyişməyib təkrarlanan (nəqərat) misralardan yaranır. Türk ədəbi-nəzəri fikrində dəyişənlər "bənd", təkrarlananlar "bağlama" adlanır. Heca vəznində gəraylı (səmayi) və qoşma qəliblərində nizamlanır.

  1. Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (az.). Elm və təhsil. 2018. 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-13.