Sveriges Riksbank
Sveriges Riksbank və ya Riksbanken — İsveçin mərkəzi bankı və dünyanın ən qədim mərkəzi bankı. [1] Bank,İsveç Milli Bankı və ya İsveç Bankışəklində də xatırlanmaqdadır.
Tarixi
[redaktə | mənbəni redaktə et]Riksbank 1668-ci ildə yaradılmışdır, qabaqcılı 1656-ci ildə Johan Palmstruch tərəfindən qurulan Stockholms Banco və ya digər bir deyişlə Bank of Palmstruchdır. Stockholms Banco bankının rəhbərliyi İsveç kralı seçilmiş, bununla birlikdə bank xüsusi idi; İsveç kralı, Palmstrucha bir məktub yazaraq bildirilən qaydalara görə fəaliyyətlərinə icazə verdiyini demişdir. Ancaq bank bir müddət sonra iflas etmiş, Palmstruch bundan özünü məsul tutaraq intihar etməyi belə düşünsə də sonradan imtina etmişdir. 17 sentyabr 1668-ci ildə Palmstruchın bank idarə imtiyazı, "Riksens Ständers Bank"a verilmiş və dövrün parlamentinin himayəsində idarə olunmağa başlanmışdır. Stokholm Banconun müvəffəqiyyətsiz olması üzündən, yeni bank Riksens Ständers Bank ( Riksdag of the Estates) quruluşunun birbaşa nəzarəti altında idarə edilmiş və bu sayədə kral ilə əlaqəsi qarşısı alınmışdır. 1866-cı ildə yeni bir Riksdag qurulduğunda, bankın adı Sveriges Riksbank olaraq dəyişdirilmiş və günümüzdəki adını almışdır.
İsveç pulu 1931-ci ilə qədər qızıl ilə dəstəkləndi və kağız-sertifikatlar qızıl pullar ilə dəyişdirilə bilərdi. 1975-ə qədər bank İsveç konstitusiyasına görə kağız-sertifikatları qızıla çevirmək məcburiyyətində idi. Amma 1931-ci ildə xüsusi keçici bir qanunla bank bu hökümlülüyündən azad buraxıldı. Bu qanun hər il yenilənərək etibarlılığını davam etdirdi, ta ki 1975-ci ildəki yeni konstitusiyada bank hökumətdən ayrılaraq müstəqil bir təşkilat halına gətirildi və kağız-sertifikat qarşılığında qızıl dəyişməsi bankın öhdəliklərindən biri deyildi.[2]
Noyabr 1992-ci ildə, İsveç kronu nun sabit məzənnə rejimi çökdü. Bir neçə ay sonra, yanvar 1993-cü ildə, Riksbank İdarə heyəti dalğalı məzənnə rejimini təməl alan yeni bir pul siyasəti rejimi inkişaf etdirdi və bir inflyasiya hədəfi qoydu. Bu siyasətlər, bənzər şəkildə, ağır məzənnə dəyişməsi təbii kiçik bir açıq iqtisadiyyat olarkən, hansı inflyasiya nəzarət əhatəli əvvəlki təcrübəsi vardı. Bənzər bir şəkildə ağır məzənnə dəyişməsi təbii kiçik açıq bir iqtisadiyyatda inflyasiya idarəsi mövzusundan geniş təcrübələri olan Kanada Bankının yardımlarından böyük ölçüdə təsirlənmişdir. [3]
İsveç 1991-1993 illərində, 1930-cu ildən bəri ən ciddi resesyonunu yaşadı. Bu resesyon, 1990-cı illərin baldan inflyasiyası 2% ətrafına saldı. İnflyasiya dərəcələri aşağı nisbətlərini 1990-cı illərin sonuna qədər davam etdirdi.
İqtisadiyyat üzrə Nobel mükafatı
[redaktə | mənbəni redaktə et]İqtisadiyyat üzrə Nobel mükafatı Sveriges Riksbank tərəfindən bankın 300-cü ildönümü olan 1968-ci ildə qurulmuş və maliyyə edilmiş; və o zamandan bəri hər il verilir.[4][5].Mükafat mərasimi; ənənəvi olaraq Stokholmdada, Alfred Nobelin ölüm ildönümü olan 10 dekabr tarixində keçrilməkdədir.[6]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Sveriges Riksbank/Riksbanken - History . Sveriges Riksbank, 2004-03-14 riksbank.com Arxivləşdirilib 2008-05-04 at the Wayback Machine giriş tarixi =2007-11-15
- ↑ "Frequently asked questions". 2010-10-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-23.
- ↑ Inflation Targeting - The Swedish Experience giriş tarixi May 26, 2007
- ↑ The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel. Nobel Foundation. Nobelprize.org/İqtisadiyyat Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine Giriş tarixi 29.12.2010 (ing.)
- ↑ The Nobel Prize. Nobel Foundation. Nobelprize.org/nobel ödülleri Arxivləşdirilib 2008-10-15 at the Wayback Machine Giriş tarixi 15.10.2008 (ing.)
- ↑ The Nobel Prize Award Ceremonies. Nobel Foundation. Nobelprize.org/Mükafat mərasimi Giriş tarixi 15.10.2008 (ing.)