Sungun Babacan
Sungun Babacan | |
---|---|
Doğum tarixi | 5 oktyabr 1958 |
Doğum yeri | |
Vəfat tarixi | 6 avqust 2022 (63 yaşında) |
Vətəndaşlığı | |
Fəaliyyəti | səsləndirmə aktyoru[d] |
IMDb | ID7692092 |
Vikianbarda əlaqəli mediafayllar |
Sungun Babacan (5 oktyabr 1958, Ankara – 6 avqust 2022) – Türkiyədən olan səsləndirmə aktyoru.
1958-ci ildə Türkiyənin Ankara şəhərində doğulmuşdur. Hacettepe Universitetinin iqtisadiyyat və idarəçilik fakültəsindən məzun olmuşdur.
Dublaj sənətinə TRT kanalında başlamışdır.[1] 1980-ci illərin ortalarında TRT kanalında yayımlanan "Şənbədən şənbəyə" verilişinin aparıcısı olmuşdur.[1] Bir çox film və serialın aktoyorlarının dublajını edən Babacan tərcümə və dublaj rejissorluğu da etmişdir.[2] Televiziya filmləri və reklamlar üçün səsləndirmələrdə iştirak etmişdir. "League of Legends" video oyununun türkcə versiyasında Lyuşian personajını səsləndirmişdir.[2] "Keçmişdən evim möhtəşəm" və "Gülə-gülə oturun" verilişlərinin səsləndirilməsində iştirak etmişdir.[2] Paytaxt Kommunikasiya Elmləri Akademiyasında dublaj mövzusunda dərslər vermişdir.[2]
Kristofer Nolanın "Qara cəngavər" trilogiyasında Betmeni, "Forrest Qamp" filmində baş personajı, "Kriminal qiraət" filmində Con Travoltanın personajını səsləndirmişdir.[2]
Səhhətində problem olduğu üçün bir müddət müalicə alan Babacan 6 avqust 2022-ci ildə ölmüşdür.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "Hollywood yıldızlarının Türkiye'deki sesi Sungun Babacan hayatını kaybetti". NTV (türkcə). 6 avqust 2022. 2022-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 avqust 2022.
- ↑ 1 2 3 4 5 6 "SUNGUN BABACAN kimdir, kaç yaşındaydı? Sungun Babacan neden öldü? İşte seslendirmeleri". Milliyet (türkcə). 2022-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 avqust 2022.