39°31′15″ şm. e. 45°28′56″ ş. u.HGYO

Sultanbəy (Dərələyəz)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
kənd
Sultanbəy
39°31′15″ şm. e. 45°28′56″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Dərələyəz mahalı
Rayon Paşalı rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.950 m
Saat qurşağı UTC 4
Əhalisi
Əhalisi
  • 361 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Sultanbəy xəritədə
Sultanbəy
Sultanbəy
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sultanbəy - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov , Vayk) rayonunda kənd.[2]

Rayon mərkəzindən 20 km cənub-şərqdə yerləşir.

Kənd Sultan adlı bəy tərəfindən salındığı üçün «Sultanbəy kəndi» adlanmışdır. Toponim şəxs adı əsasında əmələ gələn antropotoponimdir. Quruluşca sadə toponimdir. 1920-ci ildə Azərbaycanda bolşevik hakimiyyəti qurulduqdan sonra 1921-ci ildə təsis edilmiş inzibati ərazi bölgüsünə görə Naxçıvan qəzasının Cəhri rayonunun tərkibində olan 20 kənddən biri də Sultanbəy kəndi olmuşdur[3]. ZSFSR MİK-nin qərarı ilə 1929-cu il fevralın 18-də Naxçıvana məxsus bir sıra torpaqlar - Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Naxçıvan qəzası Şahbuz nahiyəsinin Oğbin, Ağxəç, Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəza¬sının Qarçevan kəndi və Kilit kənd torpaqlarının bir hissəsi, həmçinin həmin vaxt Zəngilan rayonunun Nüvədi, Ernəzir, Tuqut kəndləri, Sovet hökumətinin məqsədyönlü siyasəti sayəsində Ermənistan SSR-ə verildi[4] Erm. SSR AS RH-nin 3.l. 1935-ci il fərmanı ilə adı dəyişdirilib Bartsiruni qoyulmuşdur.

1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra (1828-ci il) azərbaycanlılar sıxışdırılaraq çıxarılmış və 1829 - cu ildə İranın Salmas vilayətindən köçürülən ermənilər burada yerləşdirilmişdir[5].

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  3. "Arxivlənmiş surət" (PDF). 2021-05-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-01-24.
  4. 40. Əliyev V.H. Zəngəzurda qalan izimiz. Bakı: Nurlan, 2004, s. 251; Əliyev İ.N. Naxçıvan bölgəsi Səfəvilər dövründə. Bakı: Elm və təhsil, 2014, s. 187
  5. Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.932