Sudoku

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sudoku siyahısı

Sudoku Yaponiyaya aid olan bir oyundur. Yapon dilindən tərcümədə "Saylar tək olmalıdır" mənası verən "Suuji wa dokishin ni kagiru" sözlərin qısaldılmış formasıdır. ABŞ-də "Number Place" yəni "Rəqəm yerləşdirmə" adı ilə bilinir. Bu oyunu oynamaq üçün riyazi məlumatlara ehtiyac yoxdur. Ən geniş yayılmış Sudoku oyunu 9x9 kvadratdan ibarət bir sahədə oynanılır. 9x9-luq sahənin içində 3x3-lük bölgələr olur. Sudoku təqdim edilərkən xanalardan bir neçəsində rəqəmlər yazılır və sizdən boş xanalara uyğun rəqəmləri yazmağınız istənir. Bu oyunda yalnız 1-dən 9-a qədər olan rəqəmlərdən istifadə olunur.