Subotiça sinaqoqu
İudaizm | |
Subotiça sinaqoqu | |
---|---|
Xeyir-duası | 1901 |
Ölkə | |
Memarlıq | |
İnşa tarixi | ? – 1903 |
Memarı | Komor Marsell və Yakab Dezsö |
Üslubu | Modern memarlığı |
Materialı | kərpic |
Hündürlüyü | 40 m[1], 23 m[1] |
suboticasinagoga.rs suboticasinagoga.rs/en suboticasinagoga.rs/hu |
|
Vikianbarda əlaqəli mediafayllar |
Subotiça sinaqoqu ― Serbiyanın Subotiça şəhərində yerləşən macar modern tərzində sinaqoq. Bura Avropada ikinci ən böyük sinaqoqdur.[2] Sinaqoq Macarıstan krallığının (Avstriya-Macarıstanın bir hissəsi) rəhbərliyi dövründə, 1901–1902-ci illərdə Marsell Komor və Dezsö Yakabın daha kiçik və daha az işlənmiş köhnə sinaqoqun əvəz edilməsi ilə bağlı hazırladıqları plana əsasən tikilmişdir. Subotiça sinaqoqu modern üslubda tikilmiş ən yaxşı dini memarlıq nümunələrindən biridir.[3]
Sinaqoq 1974-cü ildə "mədəniyyət abidəsi", 1990-cı ildə isə "müstəsna əhəmiyyətə malik mədəniyyət abidəsi" təyin edilmişdir və Serbiya Respublikası tərəfindən qorunur.
Subotiça sinaqoqu dünyada qalan yeganə Macar modern üslublu Yəhudi ibadətgahıdır. 1901–1903-cü illər arasında 3000-ə yaxın şəxsdən ibarət olan firavan bir Yəhudi icması tərəfindən inşa edilən bu sinaqoq krallıqdakı macar-yəhudi kimliyini vurğulayır.
Sinaqoq əsasən Macarıstan və Serbiya hökuməti tərəfindən maliyyələşdirilən çox milyonluq təmir layihəsi ilə tam təmir edilmiş və 2018-ci ilin mart ayında açılmışdır.[4]
Memarlıq
[redaktə | vikimətni redaktə et]Yakab və Komor Subotiça sinaqoqunun inşası ilə Macarıstanda yeni bir sinaqoq memarlığı konsepsiyası yaratdılar. Əsasən günbəzi olan və ya günbəzsiz bir nef və iki koridorun yer aldığı bazilikaya bənzəyən dövr sinaqoqlarından fərqli olaraq, bu sinaqoq günbəzin zirvə nöqtəsində qızıl rəngə boyanmış, çadır formalı mərkəzi məkana sahibdir.
Bir çox digər sinaqoqlar yüngül quruluşlardan istifadə etsələr də, adətən ənənəvi tağları və sərdabələri təqlid edirlər. Bu sinaqoqun yeni üslubu yəhudilərin müasir quruluşunu və ümumilikdə müasirliyi nümayiş etdirir.
Qalereya
[redaktə | vikimətni redaktə et]-
The main entrance
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 https://srbija-projektieu.rs/en/subotica-synagogue/.
- ↑ "Arxivlənmiş surət". 2021-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-27.
- ↑ "Archived copy". 2008-05-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-05-14.
- ↑ "Arxivlənmiş surət". 2022-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-27.