Stoqovo
Stoqovo | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 2273 m |
Uzunluğu |
|
Eni | 15 km |
Hündür nöqtəsi | Qolem-Rid dağı |
Yerləşməsi | |
41°29′ şm. e. 20°39′ ş. u.HGYO | |
Ölkə | Şimali Makedoniya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Stoqovo (mak. Стогово) — Makedoniya Respublikasının qərb hissəsində yerləşən dağ massivi. Onun ən hündür zirvəsi Qolem-Rid dağıdır. Zirvənin maksimal hündürlüyü 2273 metrdir. Digər zirvələr: Banın-Sırt (2241 m), Stoqovo (2218 m), Kaneş (2216) və hündürlüyü 2000 metrdən yuxarı olan 7 zirvə[1]. Dağlar qərbdə Qara Drin, şərqdə isə Sateska çayları arasında yerləşir. Şimaldan Bıstra-planina dağları ilə sərhədlənir. Stoqovo cənubda Qaraorman dağları ilə birləşərəK vahid dağ massivi əmələ gətirir. Bu massivin ümumi sahəsi 522 km² təşkil edir.
Atoqovo massivi cavan dağlardan hesab edilir. Belə ki, massiv alp qırışıqlığı zonasında yerləşir[2]. Pleystosen dönəmində dağlar bir-birindən ayrı olmuşdur. Hazırda burada müxtəlif növ buzlaq mənşəlli relyef formaları vardır:morenlər, buzlaq vadiləri və s. Burada üç buzlaQ mənşəlli göl vardır: Yuxarı, Aşağı və Maruşa gölləri. Dağ massvi ərazisində dəmir filizi aşkarlanmışdır. Bu isə ərazinin ordovik dövründə belə formalaşdığını deməyə əsas verir[3].
Massivin bitki örtüyü zolaqvaridir. Belə ki, əvvəlcə enliyarpaqlı meşələr yerləşir. Bu meşələr əsasən palıd ağaclarından ibarətdir. Bundan yuxarıda isə iynəyarpaqlı meşələr uzanır. Daha sonra isə alp çəmənlikləri yayılmışdır. Bu çəmənliklər otlaq sahəsi kimi istifadə edilir. 2012-ci ildə Stoqovo dağlarının şərq ətəklərində vaşaqların nadir yarımnövü olan Balkan vaşaqı müşahidə edilmişdir.
Stoqovo massivinə asanlıqla Makedoniyanın paytaxtı olan Skopyedən Debara gedən avrobusda getmək olar. Bölgənin təbiəti demək olar ki, olduğu kimi qorunmuşdur. Buna səbəb isə ərazinin iri yaşayış məntəqələrindən uzaqda yerləşməsidir. Ərazini əsasən alpinistlər ziyarət edir. Silsilənin şimal hissəsi Myaçiyata və Rostuşo-Marovo rayonları arasına sərhədi təşkil edir. Silsilənin qərbi Jula vilayətinə daxildir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Стојмилов, Александар (2011). Географија на Република Македонија. Универзитет за туризам и менаџмент. стр. 56. (maked.)
- ↑ Стојмилов, Александар (2011). Географија на Република Македонија. Универзитет за туризам и менаџмент. стр. 64. (maked.)
- ↑ Реферативный журнал, Выпуск 1;Выпуски 3–12. 1969