Splin
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Splin | |
---|---|
Əsas məlumatlar | |
Üslub | alternativ rok, proqressiv rok, psixodelik rok, art-rok, folk-rok, indi-rok, pop-rok, Postpank, elektronik-rok[d], eksperimental rok |
Vikianbarda əlaqəli mediafayllar |
Splin — Rusiyanın rok qrupudur.
Yaranma tarixi
[redaktə | mənbəni redaktə et]1994-cü ildə Vasilyev-Morozov-Rostovskiy triosuna 2 musiqiçicinin də — Stas Berezovskiy və Andrey Lısov`un da daxil olması ilə SPLİN qrupu rəsmi olaraq yaranır. 1987-ci ildə Vasilyev ləqəbi Morris olan Morozovla tanış olur.. İlk zamanlar Morozovun evində çox da peşəkar olmayan mikrofon və maqnitofondan istifadə edərək mahnılar yazmağa başlayırlar.. Beləliklə, "Mitra" qrupu yaranır. Qrupun tərkibində Vasilyev və Morozovdan başqa bir neçə musiqiçi də olur. Onlar Piter rok-klubuna daxil olmaq istəyirdilər, lakin dinləməni keçmədilər.[1]
1988-ci ildə Splin qrupunun lideri əsgərliyə gedir. Orada da mahnılar yazmağa davam edir. Bu mahnıların da bəziləri "Pılnaya Bıl" albomunda yer alıb. 1993-cü ildə Vasilyevlə Morris Buff teatrında işləməyə başlayır, məhz burada da onlar pianist Nikolay Rostovskiy ilə 10000 tirajla yox olan "Pılnaya Bıl" albomunu doldururlar. Bu zaman da Splin qrupu yaranmağa başlayır.
Bu zamanlar da elə gitarist Stas Berezovskiy və zərbçi Andrey Lısov tərkibə daxil olur. Bu heyətlə onlar 3 albom doldururlar : Коллекционер Оружия (1996), Фонарь Под Глазом (1997), Гранатовый Альбом (1998)…
1998-ci ildə qrup heyətində dəyişikliklər baş verir. Qrupa zərbçi Sergey və fleytist Yan gəlir. Bu heyətlə də bir albom yazılır: Альтависта (1999)… 2000-ci ildə seçmə mahnılardan ibarət Знаменатель albomu ərsəyə gəlir. Köhnə mahnılarla yanaşı, yeni mahnılar da bu alboma daxil olur.. Həmin il də Линия жизни mahnısı Брат-2 filminin soundtrack-i seçilir.
2001-ci ildə 25-й кадр albomu işıq üzü görür.
Rus müxbirlərdən biri belə deyib: "Bu musiqi haqqında yazmaq istəmirəm…Onu dinləmək lazımdır.. Daha dəqiq, hiss etmək…Çünki bu musiqi deyil, bu emosiyadır". 2001-ci ildə БИ-2 qrupu ilə əməkdaşlıq da qrupun məşhurlaşmasında az rol oynamadı. Onlar birlikdə Феллини mahnısını yazır və eyni adlı turne təşkil edirlər. Hətta Belorus prezidenti də mahnını dinləyib, onu yerli radiolarda qadağan etmişdi. Daha sonra bu Rusiya və ətrafı bölgələrə də yayılmağa başladı. Vasilyev isə kinayə ilə bu cavabı verdi: "Mənə elə gəlir ki, bu əladır, prezidentin gənc musiqisini dinləməyə də vaxtı tapılır".
Qrupun indiki tərkibi:
- Morris – bass-gitara,
- Stas – gitara,
- Yan – fleyta, vokal,
- Sergey – vokal, akustik gitara,
- Saşa – vokal, akustik gitara,