Sosial Yeniliklər Düşərgəsi
Sosial Yeniliklər Düşərgəsi və ya qısaca SYD (ing. Social Innovation Camp və ya qısaca SICamp) — sahibkarları, proqramçıları, veb-developerləri, koderləri, dizaynerləri, bloqçuları, marketoloqları və internet məkanında bütün növ sosial internet ideya sahiblərini bir araya gətirir və onların köməyi ilə yeni internet əsaslı layihələr yaradılması müsabiqəsidir.[1] Bu sosial innovasiya üçün bir metoddur.[2] Sosial Yenilik Düşərgəsi mütərəqqi gənclərə stimul vermək üçün təşkil edilir.[3]
Necə baş verir?
[redaktə | vikimətni redaktə et]Düşərgənin ilk günündə iştirakçılar arasında qısa tanışlıq olur, sonra isə seçilmiş ideyalar [4] iştirakçılara təqdim olunur, iştirakçılar xoşladıqları ideyanı seçirlər və qrup şəklində işləməyə başlayırlar.[1] Düşərgənin ikinci günündə isə ideyalları reallaşdırma prosesi bitdikdən sonra iştirakçılar hamısı konfrans zalına gəlir və qruplar bir-bir öz yaratdıqları ideyaları nümayiş etdirirlər. Sonda isə ekspertlər tərəfindən qalib təyin olunur. Qalib gəlmiş ideyaya mükafat olaraq pul köməkliyi göstərilir və ideya həyata keçrilir. Başqa sözlə, SYD internetlə bağlı sosial ideyaların düşərgəyə qədər qəbulu, onlar içindən seçilən 4-8 layihənin düşərgədə reallaşdırılması və sonda ən yaxşısının mükafatlandırılması müsabiqəsidir.[5]
İştirak
[redaktə | vikimətni redaktə et]Düşərgəyə yaş, cins, peşə və s. məhdudiyyətindən asılı olmayaraq iki formada qatılmaq mümkündür:
- İdeya müəllifi kimi. Bu insanların hər hansı bir sosial problemin həlli üçün internetdə reallaşdırılacaq hazır ideyaları var, amma bunun üçün şəxsi imkanları məhduddur. Bu kateqoriyadan olan insanlar müvafiq forma vasitəsilə öz ideyalarını münsiflərə təqdim edə bilərlər. İdeyalar "açıq" (ideya müəllifi tərəfindən düşərgənin saytında yerləşdirilməsinə icazə verilən) və "qapalı" (ideya müəllifi tərəfindən düşərgənin saytında yerləşdirilməsinə icazə verilməyən) ola bilər.
- Təqdim olunmuş ideyaları reallaşdırmağa kömək edən iştirakçı kimi. Bu insanlar proqramçılar, veb-developerlər, koderlər, dizaynerlər, jurnalistlər, bloqçular, marketoloqlar və brend mütəxəssisləri, biznes beyinlər, mediatorlar, layihələrin idarə edilməsi üzrə mütəxəssislər, eləcə də bu sahələrlə əlaqəli hər kəs ola bilər və bu tədbirdə onlara ən azı ideya sahibləri qədər ehtiyac duyulur. İştirakçı kimi qeydiyyatdan keçmək istəyənlər fərqli ərizə formasını doldurub göndərirlər.[1]
Tarix
[redaktə | vikimətni redaktə et]SYD ilk dəfə 2008-ci ilin əvvəllərində Yanq Fondunun dəstəyi ilə Londonda keçirilib.[6]
İndiyədək bir neçə Sosial Yeniliklər Düşərgəsi (Social Innovation Camp) keçirilib:
- Aprel 2008, Yanq Fondu, London.[7]
- Dekabr 2008, Yanq Fondu, London.[8]
- İyun 2009, Qlazqo, Şotlandiya.[9]
- Sentyabr 18-19, 2010, Bakı, Azərbaycan.[10]
- İyul 23-24, 2011, Bakı, Azərbaycan.[11]
Qaliblər
[redaktə | vikimətni redaktə et]- Birinci tədbirin qalibi "Enabled By Design";
- İkinci tədbirin qalibi "The Good Gym";
- Üçüncü düşərgənin qalibi "MyPolice";
- Dördüncü düşərgənin qalibi "Yollar.info" və "Temizsaxlayaq.com" ideyası oldu.[12]
Keçirilmiş düşərgələr
[redaktə | vikimətni redaktə et]Sosial Yeniliklər Düşərgələri Cənubi Koreya, Çexiya, Nigeriya, Avstraliya, Slovakiya, Qırğızıstan, Bosniya və Herseqovina, Gürcüstanda da keçirilib.[13][14] Hazırkı dövrə qədər keçirilmiş bütün SYD-lər, iştirak etmiş və qalib gəlmiş ideyalar haqqında SYD-nin rəsmi saytında məlumat yerləşdirilib.[6]
Mərkəzi Praqada yerləşən "Transitions"-ın təşkilatçılığı ilə Azərbaycanda ilk Sosial Yeniliklər Düşərgəsi 2010-cu ilin sentyabrın 18-19-da keçirildi.[10][15] İlk düşərgənin təşkilatçıları Emin Hüseynzadə, Rəşad Mehbaliyev, Fərahim Əlili və Ülviyyə Quliyeva olublar.[16] Azərbaycanda növbəti Sosial Yeniliklər Düşərgəsi 2011-ci ilin iyul ayının 23-24-də yenidən “Transitions” təşkilatı tərəfindən keçirildi.[11]
Medianın diqqəti
[redaktə | vikimətni redaktə et]Sosial Yeniliklər Düşərgələri bir çox media nəhənglərinin diqqətindədir. Məsələn, The Guardian kimi nüfuzlu mətbu orqanı bu düşərgədən yazıb.[17]
Azərbaycanda da bu tədbir medianın diqqətindədir.[18][19]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 "Arxivlənmiş surət". 2011-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-05-10.
- ↑ "Arxivlənmiş surət". 2010-06-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-24.
- ↑ "Rəşad Mehbalıyev: "Sosial Yenilik Düşərgəsi mütərəqqi gənclərə stimul vermək üçün təşkil edilir"". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-24.
- ↑ "Arxivlənmiş surət". 2011-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-05-10.
- ↑ "Arxivlənmiş surət". 2010-08-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-25.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2011-08-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-05-10.
- ↑ http://www.sicamp.org/?page_id=159[ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2013-04-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-24.
- ↑ http://www.sicamp.org/?page_id=357[ölü keçid]
- ↑ 1 2 "Arxivlənmiş surət". 2010-08-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-24.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2011-05-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-10.
- ↑ "Arxivlənmiş surət". 2011-07-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-10.
- ↑ "Arxivlənmiş surət". 2015-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-24.
- ↑ "Sosial Yeniliklər Düşərgəsinin Layihə Koordinatoru Rəşad Mehbaliyevin Gun.az-a müsahibəsi". 2011-07-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-15.
- ↑ "Arxivlənmiş surət". 2011-07-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-15.
- ↑ "Azərbaycanda ilk Sosial Yeniliklər Düşərgəsinin təşkilatçıları". 2010-08-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-14.
- ↑ "The Guardian: Social Innovation Camp". 2013-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-24.
- ↑ ""Sosial Yeniliklər Düşərgəsi 2010" haqqında yazanlar". 2010-08-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-24.
- ↑ ""Sosial Yeniliklər Düşərgəsi 2011" haqqında yazanlar". 2011-05-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-05-10.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Sosial Yeniliklər Düşərgəsinin əsas saytı
- Sosial Yeniliklər Düşərgəsi Azərbaycan Arxivləşdirilib 2010-07-26 at the Wayback Machine
- Sosial Yeniliklər Düşərgəsi Mərkəzi Şərqi Avropa Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine
- Sosial Yeniliklər Düşərgəsi Avstraliya Arxivləşdirilib 2010-02-10 at the Wayback Machine
- Sosial Yeniliklər Düşərgəsi Qafqaz Arxivləşdirilib 2011-01-07 at the Wayback Machine
- Sosial Yeniliklər Düşərgəsi Koreya
- Yanq Fondu
- The Good Gym
- Enabled by Design Arxivləşdirilib 2010-08-31 at the Wayback Machine
- MyPolice
- Transitions