Somali dəniz quldurları
Somali dəniz quldurları — Somalidə müasir silah və gəmilərə sahib quldurlar.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Somali dəniz quldurlarına qarşı uzun müddət mübarizə ya aparılmadı, ya da onlara qarşı aparılan mübarizə bu piratların qanunsuz hərəkətlərini sona çatdırmaq üçün kifayət etmədi. Onların gəmiləri ələ keçirmək qaydası isə olduqca bəsit formada təşkil olunurdu. Belə ki, kiçik qayıqlara minən 10–15 nəfərdən ibarət quldur dəstələr Somali sahillərinə yaxın üzən bir gəmiyə (daha çox yük gəmilərinə üstünlük verirdilər) yaxınlaşır, əvvəlcə bir neçə əl havaya atəş açırdılar. Gəmi onların bu atəşinə cavab olaraq dayanmalı idi, əgər dayanmırdısa, bu zaman quldurlar daha ağır silahlarla birabaşa gəmiyə atəş açırdılar və kiçik qayıqlarını gəmiyə yaxınlaşdıraraq filmlərdə də gördüyümüz kimi ona ip ataraq bu yolla gəmiyə doluşurdular. Bundan sonrakı mərhələdə gəmi kapitanı və gəminin digər bütün şəxsi heyəti sərnişinlərlə birlikdə əsir götürülürdü və gəmi Somalinin sahillərində gizli yerlərdən birinə sürülüb aparılır və orada həftələrlə bəzən aylarla saxlanılırdı. Daha sonra isə gəminin aid olduğu şirkətdən, habelə gəmidə yaxın qohumları olan zəngin insanlardan yüksək miqdarda pul tələb olunurdu.
Əslində baş verənlərdən Somali hakimiyyət orqanlarının da sözsüz ki, xəbəri var idi, lakin onlar belə bu dəniz quldurlarına qarşı lazımı şəkildə mübarizə aparmaq üçün ölkədəki anarxiyanı bəhanə edərək qeyri-dəqiqlik nümayiş etdirirdilər, çünki böyük ehtimalla dəniz quldurları gəmilərin və sərnişinlərin geri qaytarılması zamanı əldə etdikləri yüksək məbləğdə pulların bir hissəsini rüşvət qismində hakimiyyət orqanlarına verirdilər və bununla da rahat qanunsuz fəaliyyətlərini həyata keçirmək şans əldə etmiş olurdular. Bəzi versiyalara görə isə, Somali dəniz quldurları mədəni cəhətdən olduqca geri qalmış insanlar idi və onların çox böyük hissəsi nəinki ingiliscə bilir, heç bu barədə anlayışları da yox idi. Meydana çıxan sual isə, bəs onların təhvil-təslim zamanı milyon dollarlarla pul əldə etməsi üçün tələb olunan xarici dil tələbatını kim təmin edirdi? Deyilənlərə görə, qeyri-qanuni şəkildə bəzi iri şirkətlər bu vasitəçiliyi müəyyən haqq qarşılığında edirdilər və təhvil-təslimdən əldə olunan pulun bir hissəsi də həmin şirkətə vasitəçilik haqqı kimi ödənilirdi. Göründüyü kimi, bu məsələ sadəcə dəniz quldurlarının ayrı-ayrı gəmilərə basqın edərək onu ələ keçirməsi ilə bitmir, ortada ayrı məqamlar da var. Bəlkə də hansısa super güclərin bu problemi xeyli vaxt keçdikdən sonra həll etməkdə müəyyən maraqları var idi.
Quldurların heyəti
[redaktə | mənbəni redaktə et]Quldurların taktikası
[redaktə | mənbəni redaktə et]Piratların hücumları qeydə alınan ərazidə həm də balıqçılıq fəaliyyəti var. Piratlar kimi kiçik qayıqlardan istifadə edən bu balıqçılar əsasən tunes adlanan yırtıcı balıq tuturlar. Tunes balığı isə bir qayda olaraq böyük gəmiləri şikar kimi qəbul edib bu gəmilərə tərəf üzür. Balıqçılar da öz növbəsində tunes balığını təqib edərək onun ardınca hərəkət edirlər. Ona görə də yük gəmilərinə yaxınlaşan piratları balıqçılardan ayırmaq çətindir. Lap son anda məlum olur ki, bunlar balıqçı deyil, dəniz quldurlarıdır.
Piratlar klassik dəniz quldurları kimi bir ucunda qarmaq olan kəndirləri gəminin gövdəsinə atır və bir göz qırpımında öz kiçik qayıqlarından böyük okean gəmilərinin göyərtəsinə dırmaşırlar. Əllərinə keçən ilk adamı əsir alandan sonra, onlarla mübarizə aparmaq mümkünsüzdür, çünki silahlı quldurlar girovu öldürməklə hədələyirlər.
Böyük gəmiləri ələ keçirmək üçün bəzən piratlara onun pərini sıradan çıxarırlar. Bunun üçün uzun zəncirin hər ucunu bir surətli qayıqda saxlayıb arxa tərəfdən gəmiyə yaxınlaşır, pirat qayıqlarından biri sağdan, birisi solda gəmini ötməyə başlayırlar. Ucu qayıqlarda olan zəncir gəminin pərinə dolaşaraq onun hərəkətini dayandırır. Bundan sonra gəminin göyərtəsinə çıxmaq nisbətən asanlaşır.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Современные пираты обходятся без "Весёлого Роджера" — директор Института Африки РАН А. Васильев в газете "Правда" № 54 26–27 мая 2009 года
- Морские пираты вновь напали на морское судно у берегов Сомали
- Триумфальное возвращение Веселого Роджера Arxivləşdirilib 2009-01-25 at the Wayback Machine — журнал "Эксперт" № 45 (634) 10 ноября 2008
- Почему пираты неуловимы
- Отряд кораблей ТОФ прибыл к берегам Сомали для борьбы с пиратами
- Сомалийские пираты орудуют у берегов Индии
- Hostis humani generis. Сомалийские пираты и транзит нефтепродуктов Arxivləşdirilib 2010-06-07 at the Wayback Machine
- Зам. Генерального прокурора России Александр Звягинцев: Пиратский Карфаген должен быть разрушен