Sofulu məscidi
Sofulu məscidi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Gəncə |
Yerləşir | Nizami Küçəsi və Qəmbər Hüseyinli küç kəsişməsi |
Tikilmə tarixi | XIX əsr |
Üslubu | Arran memarlıq məktəbi |
Sofulu məscidi — Azərbaycanın Gəncə şəhərində Nizami və Qəmbər Hüseyinli küçələrinin kəsişməsində yerləşən məscid və memarlıq abidəsi.[1] Sofulu məhəlləsində tikilən məscid XIX əsrə aiddir.[2] Məscid məhəllənin sakini Hacı Qədimin vəsaiti hesabına tikildiyinə görə məhəllə sakinləri məscidə Hacı Qədim məscidi də deyirlər.[2] Məscid günbəzsizdir.[3]
Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar.[4] Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi.[5] Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi.[5][6] Sofulu məscidi də bu dövrdə ibadətə bağlanıb.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Gəncə şəhəri Sofulu məscidi". sirat.az (az.). 2021-09-11. 2023-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-28.
- ↑ 1 2 Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası (PDF) (az.). Bakı: Beynəlxalq Əlhuda. 2001. səh. 169. ISBN 964-8121-59-1. 2021-07-23 tarixində arxivləşdirilib (PDF).
- ↑ Əhmədov, Fərrux. Gəncənin tarix yaddaşı (az.). Bakı: Şirvannəşr. 1998. 140. 2024-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-18.
- ↑ Yunusov, Arif. Azərbaycanda İslam (PDF) (az.). Bakı: Zaman. 2004. səh. 140. ISBN 9952-8052-2-5. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
- ↑ 1 2 Yunusov, Arif. Azərbaycanda İslam (PDF) (az.). Bakı: Zaman. 2004. səh. 141. ISBN 9952-8052-2-5. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
- ↑ Ələsgərova, Nəsrin. "Ислам в Азербайджане: история и современность | Heinrich Böll Stiftung | Tbilisi - South Caucasus Region". ge.boell.org (rus). 2005-01-15. 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-04.