Sofiko Çiaureli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sofiko Çiaureli
gürc. სოფიკო ჭიაურელი
Doğum adı Sofiko Mixaylovna Çiaureli
Digər adı Sofiya Çiaureli
Doğum tarixi
Doğum yeri Tbilisi, Gürcüstan SSR, SSRİ
Vəfat tarixi (70 yaşında)
Vəfat yeri Tbilisi, Gürcüstan
Vəfat səbəbi xərçəng xəstəliyi
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİGürcüstan Gürcüstan
Həyat yoldaşı Georgi Şengelaya
Kote Maxaradze
Uşaqları Nikolay (Niko)
Aleksandr
Atası Mixail Çiaureli
Anası Veriko Ancaparidze
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1956-2008
Təhsili
İstiqamət teatr
kino
Mükafatları SSRİ Dövlət mükafatı
IMDb ID0157105

Sofiko Mixaylovna Çiaureli (gürc. სოფიკო ჭიაურელი; 21 may 1937, Tbilisi - 2 mart 2008, Tbilisi) — SovetGürcüstan aktrisası, Gürcüstan SSR-in xalq artisti (1976), Ermənistan SSR-in xalq artisti (1979). 100-dən artıq filmdə çəkilmişdir. Sovet aktrisaları arasında yeganə şəxsdir ki, yeddi dəfə "Ən yaxşı qadın roluna görə" beynəlxalq müsabiqələrdə mükafata layiq görülüb.[1]

Sofiko Çiaureli Tbilisidə aktrisa Veriko Ancaparidze və kinorejissor Mixail Çiaurelinin ailəsində anadan olmuşdur.

1960-cı ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda Boris Bibikovun emalatxanasını əla qiymətlərlə bitirmiş və vətənə geri dönmüşdür.[2] 1960-1964-cü illərdə və 1968-ci ildən başlayaraq Marcanişvili adına Tbilisi Akademik Teatrının aktrisası olmuşdur. 1964-1968-ci illərdə isə Şota Rustaveli adına Gürcü Dövlət Akademik Teatrında çalışmışdır.

9-cu çağırış SSRİ Ali Sovetinin deputatı olmuşdur.

Sofiko Çiaureli 2 mart 2008-ci ildə, 71 yaşında uzun sürən xəstəlikdən vəfat etmişdir. Tbilisidə yerləşən Didube panteonunda həyat yoldaşı Kote Maxaradzenin yanında dəfn olunmuşdur.

5 mart 2008-ci ildə Tbilisi küçələrindən birinin aktrisanın adını daşıması barədə qərar qəbul edilmişdir.[3] 2009-cu ildə Tbilisinin Sioni Skver adlı ərazisində Çiaurelinin büstü qoyulmuşdur. Büstün müəllifi heykəltaraş Levan Vardosanidzedir.[4][5]

  • Həyat yoldaşları — Georgi Şengelaya və Kote Maxaradze.
  • Qardaşları — Otar Çiaureli (19151964) və Ramaz Çiaureli.
  • Xalası oğlu — Georgi Daneliya, kinorejissor.
  • Uşaqları — Nikolay (Niko) və Aleksandr Şengelaya.
  • Nəvələri — Nataliya və Georgi.
  • 1966 — Gürcüstan SSR Lenin komsomolu Mükafatı ("Əllərinin istisi" filminə görə)
  • 1966 — "Aktyor mükafatları" nominasiyasında Ümumittifaq kinofestivalının laureatı
  • 1972 — "Aktyor işinə görə mükafatlar" nominasiyasında Ümumittifaq kinofestivalının laureatı
  • 1974 — "Aktyor işinə görə ilk mükafatlar" nominasiyasında Ümumittifaq kinofestivalının laureatı
  • 1974 — Bakıda keçirilən Ümumittifaq kinofestivalında "Vera məhəlləsinin melodiyaları" filminin Ən yaxşı qadın rolunun ifasına görə Birinci mükafat
  • 1975 — XXVI Çexoslovakiya Beynəlxalq Kinofestivalında "Vera məhəlləsinin melodiyaları" filminin Ən yaxşı qadın roluna görə mükafat
  • 1976 — Gürcüstan SSR-in xalq artisti
  • 1979 — Ermənistan SSR-in xalq artisti
  • 1980 — SSRİ Dövlət Mükafatı ("Şəxsi suallar əsasında müsahibə" filminə görə)
İl Azərbaycanca adı Orijinal adı Rol
1956 Bizim həyət gürc. ჩვენი ეზო Sisino
1958 Akvarel gürc. აკვარელი arvad
1960 Bir qız haqqında povest gürc. ამბავი ერთი ქალიშვილისა Lali Nikoladze
1961 İnquri sahillərində gürc. ენგურის ნაპირებზე Tamara
1963 General və qızçiçəyi gürc. გენერალი და ზიზილები Zosya
1965 İndi başqa zəmanədir gürc. რაც გინახავს, ვეღარ ნახავ Tasiya
1966 Xevsur balladası gürc. ხევსურული ბალადა Mzekala
1968 Təbəssümün qayıdışı gürc. ღიმილის დაბრუნება Yelena
1968 Narın rəngi erm. Նռան գույնը gənc şairə
şairin sevgisi
şairin ilham pərisi
mim
mələk
dəli rahibə
1969 Qəm yemə! gürc. არ იდარდო!
rus. Не горюй!
Sofiko
1970 Hüdudlar rus. Рубежи Sofiko
1970 Çermen gürc. ჩერმენი Çermenin gənc anası
1971 Əllərinin istisi gürc. წუთისოფელი Sidoniya
1973 Haray gürc. ძახილი musiqi müəllimi
1973 Vera məhəlləsinin melodiyaları gürc. ვერის უბნის მელოდიები Vardo
1974 Sireneva küçəsinin uşaqları gürc. ბიჭები იასამნის ქუჩიდან Zaurun qonşusu
1975 Çaxnaşma gürc. აურზაური სალხინეთში Tamro
1976 Arzu ağacı gürc. ნატვრის ხე Fufala
1977 Üzüm vadisinə gəl gürc. ქვიშანი დარჩებიან Eka
1977 Sahillər gürc. დათა თუთაშხია Nano Tavkelişvili
1978 Səhvlər komediyası rus. Комедия ошибок Liz
1978 Şəxsi suallar əsasında müsahibə gürc. რამდენიმე ინტერვიუ პირად საკითხებზე Sofiko
1978 Arevik erm. Արևիկ Arevik
1979 Əlibaba və qırx quldur hind. अलीबाबा और चलीस चोर
rus. Приключения Али-Бабы и сорока разбойников
Zamirə
1980 Qarışqa və birələrin yeni macərası gürc. რწყილი და ჭიანჭველა cəngavər
1980 Şillə erm. Կտոր մը երկինք Turvanta
1982 Qadını axtarın rus. Ищите женщину Alisa Postik
1984 Çoxbilmiş pilotun hekayəsi gürc. ქართველები ცაში sərnişin
1984 Suram qalası haqqında əfsanə gürc. ამბავი სურამის ციხისა Qulisvardi (Vardo)
1984 Petrov və Vaseçkinin adi və ağlasığmaz tətilləri ukr. Канікули Петрова і Васечкіна. Звичайні й неймовірні Manananın nənəsi
1985 Kəbin səbətində milyon ukr. Мільйон у шлюбному кошику Valeriya
1987 Qovulma rus. Загон prezidentin xanımı
1988 Aşıq Qərib gürc. აშიკ-ქერიბი ana
1991 Sərgərdan ulduzlar ukr. Блукаючі зірки Sora-Broxa
1992 Ada qaz. Арал
tac. ҷазира
nənə
1992 Gedəcəyimə söz vermişəm rus. Я обещала, я уйду Tamazın anası
1992 Gecə kəpənəyinin uçuşu rus. Полёт ночной бабочки
1997 Kamerqerskdə ulduzlu gecə rus. Звёздная ночь в Камергерском kələmliyin işçisi
2000 Xilas gürc. ნუცას სკოლა müəllim
2001 Yalnız bir dəfə rus. Только раз Vera Mixaylovna
2005 Aylı vadinin serenadası rus. Серенада лунной долины
2005 Bağ evi satılır rus. Продаётся дача Surenin nənəsi
2006 Mayak rus. Маяк qonşu
  1. Ивашкина, Дарья. "В Тбилиси осквернили памятник актрисе Софико Чиаурели". Комсомольская правда. 2014-02-01. 2022-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-09.
  2. Изгаршев, Игорь. Софико Чиаурели: мать маленького принца. АиФ Суперзвёзды (Russian). 21 (51). November 2, 2004. 2007-07-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-09.
  3. "Именем Софико Чиаурели назовут улицу в Тбилиси". Lenta.ru. 2008-03-04. 2022-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-09.
  4. "Памятник Софико Чиаурели". 2015-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-09.
  5. "Грузия. Тбилиси. Памятник Софико Чиаурели". 2019-04-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]