Skeptisizm

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm  • Homer  • Hesiod  • Ferekid  • Yeddi yunan müdriki  • Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit  • Anaksaqor  • Empedokl
Qədim yunan atomçuları
Levkipp  • Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor  • Prodikus  • Qorqias  • Hippias

"Kiçik" sofistlərTrasimaxus  • Likofron  • Kritius  • Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka  • Epiktet  • Mark Avreli  • Siseron

Orta platonizm
Alkinous  • Apuleyus  • Qalen  • Plutarx  • Maksim  • Filon  • Selsus  • Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas  • Plotin  • Porfirius  • Amelius
Apameya məktəbi → Yamblix  • Sopater
Perqama məktəbi → Sallustius  • Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx  • Proklus  • Marinus  • Simplikius  • Damaskius

İskəndəriyyə məktəbi → Hierokles  • Hipatiya  • İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm  • Hermetizm  • Mitraizm
NeopifaqorçuluqApollonius  • Nikomaxus  • Numenius  • Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement  • Origen  • Avqustin Avrelius  • Boesius  • Saxta Dionisius Areopagit

Skeptisizm (yun. σκεπτικός – araşdıran) — e.ə. IV əsrin axırında yunan fəlsəfəsində formalaşmış cərəyan. Onun əsasını Pirron qoymuşdur.

Skeptisizmin günümüzdə bir neçə növə ayrıldığını görə bilərik, amma əsas olaraq 3 yerə bölünür: fəlsəfi skeptisizm, elmi skeptisizm, dini skeptisizm.

Elmi skeptiklər o adamlardır ki, onlar elmi biliklərə şübhə ilə yanaşır və hər zaman onları tənqid etməyə hazırdırlar.

Antik skeptisizm

[redaktə | mənbəni redaktə et]

Şübhəçilik Ellinizm və Roma dövrünün ən çox yayılmış fəlsəfi məktəblərindən biri idi. Onun ardıcılları obyektiv həqiqətin dərk olunmasının mümkünlüyünü şübhə altına alırdılar[1]. Skeptiklər hesab edirdilər ki, iki iddia yetərincə dəlillərlə əsaslandırılırsa, onda onlardan hansısa birinə üstünlük verərək onu qəbul etmək olmaz. Bu fikir də onların təliminin əsasını təşkil edirdi. İfrat şübhəçilik aqnostisizmənihilizmə (cəmiyyətdə qəbul edilmiş hər bir dəyərin inkar edilməsidir) yaxınlaşır, hətta onu onların bir növü kimi dəyərləndirmək də mümkündür.

Skeptisizm fəlsəfəsi ellinizm dövründə quldarlıq quruluşunun böhranı sonrası yaranmışdır. Onun iki böyük qolu olmuşdur. Onlardan biri m. ö. IVIII yüzilliklərdə Yunanıstanda Pirron, başqası isə miladi II yüzillikdə Roma imperiyasında Sekstus Empirikus tərəfindən yaradılmışdır. Skeptisizmin ideoloji əsasları daha da qədim təlimlərə əsaslanır. Məsələn, hələ ilk yunan məktəblərinin nümayəndələri hər şeyin nisbi, keçici və axıcı olduğunu iddia edirdilər. Bu kimi ideyalar sofistlərin, eleaçıların, eləcə də PlatonDemokritin fəlsəfəsində öz əksini tapmışdır. Ancaq, o zaman bu ideyalar tam formalaşmamış, təlim kimi yalnız ellinizm dövründə yaranmış və "skeptisizm" adlandırılmışdır[2].

Antik skeptisizmin ən tanınmış nümayəndələri aşağıdakılardır:

Orta əsrlər fəlsəfəsi və müasir fəlsəfədə skeptisizm

[redaktə | mənbəni redaktə et]

XVI–XVII əsrlərdə antik skeptiklərin əsərlərinə marağın artması ilə birlikdə skeptisizm yenidən meydana gəlmiş, inkişaf etdirilmiş ("yeni pirronizm) və Avropada aqnostisizmin yaranması ilə nəticələnmiş. Həmin dövrdə istənilən sahədəki ehkamçılığın tənqid edilməsi ilə bağlı olan skeptisizm azad düşüncənin simvolu çevrilmişdir.[1][3].

Əsas nümayəndəli:

  • F. Sançez
  • M. Monden
  • P. Beyl
  • D. Yum

Skeptisizmin tənqidi

[redaktə | mənbəni redaktə et]

Skeptiklər hesab edirlər ki, bilik əminlik tələb edir. Lakin bunu necə müəyyən etmək olar? Teodor Şik və Luiz Von bu haqda yazırlar: "Əgər skeptiklər hesab edirlərsə ki, bilik əminlik tələb edir, bu zaman onlar bunun nə olduğunu bilə bilməzlər." Bu isə öz növbəsində "bilik əminlik tələb edir" ifadəsinin doğruluğunu şübhə altına salır. Məntiq qaydalarına uyğun olaraq, bu ifadəyə əsaslansaq, bütövlüklə skeptisizmi şübhə altına almaq mümkündür. Buna baxmayaq reallıq yalnız məntiqdən (həllolunmaz paradokslarla dolu və yuxarıda sadalanan fikirləri alt-üst edə bilən) ibarət deyil. Bu səbəbdən belə təndiqlərə ehtiyatla yanaşmaq tələb olunur(məsələn, mütləq skeptik olmur. Ona görə də skeptiklərin açıq-aşkar olanlara şübhəli ilə yanaşacağını gözləmək vacib deyil). Bundan başqa formal məntiqin skeptisizmə tətbiq edilməsi, özü-özlüyündə skeptisizmi inkar etmir, əksinə onun həqiqi və ya saxta olması ilə bağlı sualları cavabsız qoyur. Skeptisizmin və relyativizmin təndiqçiləri Yumun "radikal Skeptisizmini" məntiqi cəhətdən iknar olunmaz hesab edirlər[5].

Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 122-123. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.("Antik skeptisizm" bölümü)

  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi. Bakı: 3 saylı Bakı Mətbəəsi ASC, 2016, s. 122–123.
  • Wilson, Richard (2009–01-01). Don't Get Fooled Again: A Sceptic's Handbook. Icon. ISBN 9781848310520.
  • Popkin, St Louis University (Emeritus) Professor of Philosophy Richard H. (2003–02-21). The History of Scepticism : From Savonarola to Bayle. Oxford University Press, USA. ISBN 9780198026716.
  • Bury, Robert Gregg (1933–01-01). Sextus Empiricus: Outlines of Pyrrhonism. Harvard University Press. ISBN 9780674993013.
  • Empiricus, Sextus; Annas, Julia; Barnes, Jonathan (2000–07-20). Sextus Empiricus: Outlines of Scepticism. Cambridge University Press. ISBN 9780521778091.
  • Burnyeat, Myles (1983–01-01). The Skeptical Tradition. University of California Press. ISBN 9780520037472.
  • В. П. Лега. Секст Эмпирик: Скептицизм как образ жизни // Mathesis. Из истории античной науки и философии. М., 1991, с. 210–219.

Xarici bağlantılar

[redaktə | mənbəni redaktə et]
  1. Софисты // Философия: Энциклопедический словарь Arxivləşdirilib 2022-04-07 at the Wayback Machine / Под ред. А. А. Ивина. М.: Гардарики. 2004.
  2. Long, A. A., 2006, From Epicurus to Epictetus Arxivləşdirilib 2015-12-11 at the Wayback Machine: Studies in Hellenistic and Roman Philosophy, Oxford: Oxford University Press, pp. 5–6.