Skabioza
Skabioza | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Skabioza |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Skabioza (lat. Scabiosa) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinə aid bitki cinsi.
Keçmişdə skabiozanın yarpaqları ilə qoturluq xəstəliyini sağaldırdılar. Buna görə bu bitkinin adı yunancadan tərcümədə skabioza "qotur" deməkdir. Bitkinin təxminən 100-ə yaxın növü məlumdur ki, onlardan 12-si Azərbaycanda geniş yayılmışdır. Bu cinsə daxil olan növlər birillik, ikiillik və çoxillik qruplara bölünür. Bəzi növlər kolşəkillidir. Gülçülükdə əsasən 20 növdən istifadə olunur. Onların ikisindən parkların, bağların, ofis interyerlərinin bəzədilməsində geniş istifadə edilir. Tünd-qırmızı skabioza (S.atropurpurea) birillik növ kimi yetişdirir. Bu 60 sm hündürlüyü olan, dik dayanan bitkidir. Şarşəkilli hamaşçiçəkləri müxtəlif: çəhrayı, bənövşəyi, ağ, al-qırmızı rəngdə ola bilər. Hündür bitkilərdən əlavə alçaqboylu formaları da vardır. Yabanı halda bitki Cənubi Avropada bitir. Skabioza əsasən toxumla çoxaldılır. Cücərtiləri bir-birindən 30 sm məsafədə seyrəldilir. Skabiozanı gül açan müddətdə də köçürmək olar. Dərilmiş skabioza suda uzun müddət qalır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 43. doi:10.5962/BHL.TITLE.746
- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 98.