Sirri adası
Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Sirri adası | |
---|---|
fars. جزیره سیری | |
Ümumi məlumatlar | |
Sahəsi | 17 km² |
Yerləşməsi | |
25°54′34″ şm. e. 54°32′22″ ş. u.HGYO | |
Ölkə | İran |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Sirri adası (fars. جزیره سیری) — Fars körfəzində İrana məxsus adalardan biri. Əbumusa adasından bir qədər qərbdə yerləşir. Hündürlük baxımından da ondan hündürdür. Ada trapesiya formasına malikdir. Onun sahəsi 17 km² təşkil edir. Farorv adası ondan şimalda yerləşir.
Uzun zaman Sirri adası ilə əlaqədar olaraq Fars körfəzinin ərəb ölkələrilə İran arasında konflikt yaşanmışdır. Ancaq hazırda ada rəsmən İran ərazisi kimi tanınır.
Adı
[redaktə | mənbəni redaktə et]Adanın farsca adı Razdır. Bu isə farcadan tərcümədə «sirr» deməkdir. Ancaq adanın ərəbcə adı olan «Sari» tərcümədə eyni kəlməni sirri bildirir. Hazırda isə sirr sözü fars dilində də işlədilir. Adanın adı isə ərəbcədən qalmadır.
Ada digər adlarla tanınırdı. Əvvəllər ada «sari» və ya «suri» olaraq adlanırdı. Suri adı adada bitən bitkilərin qırmızı çiçəkləri və ya qırmızı torpaqları ilə əlaqədardır[1].
Coğrafi yerləşməsi
[redaktə | mənbəni redaktə et]Sirri adası inzibati baxımından İranın Hörmüzgan ostanı ərazisinə daxildir. Ada Fars körfəzinin suları ilə əhatələnmişdir. Vilayətin mərkəzi olan Bəndər-abbasa qədər olan məsafə təqribi olaraq 152 dəniz milidir. Ada nəzərə çarpacaq hündürlüyə sahib deyildir. Ərazisi əsasən hamardır. Adanın ən hündür nöqtəsi dəniz səviyyəsindən 24 metr yüksəklikdə yerləşir. Adanın sahəsi 17 km² təşkil edir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Adanın şimal hissəsində yaşayış məntəqəsi və digər obyetlər yerləşir. Burada əvvəllər adanın yerli əhalisi yaşayırdı. Sonradan isə onlar adanı tərk etmişlər. Hazırda ada hərbi obyekt kimi istifadə edilir. Adada ancaq hərbiçilər yaşayır. Hərbiçilərdən başqa adada neftçilərdə vardır ki, onlar neft hasilatını təşkil edir. Burada hərbi aerodrom vardır.
Flora və fauna
[redaktə | mənbəni redaktə et]Ada bitki örtüyü baxımından olduqca kasıbdır. Onun ərazisində bir necə palma ağacından başqa iri bitki yoxdur. Adada qırmızı gil ehtiyatları vardır. Heyvanlar aləmindən isə ada ancaq qağayı və ceyranlar görülür.
İqlimi
[redaktə | mənbəni redaktə et]Adanın iqlimi quraqdır. Tropik qurşaqda yerləşir. Sirri adasında yay ayları (əsasən iyul və avqust aylarında) temperatur 28 °C-dən (82 °F) daim yuxarı olur. Nəticədə istilik indeksləri ümumiyyətlə yay dövründə ən çox günlərdə 50 °C (122 °F) səviyyəsindədir. Burada böyük rütubət yay mövsümünün normal çöl iqlimlərindən daha aşağı olmasına səbəb olur. Buna səbəb isə Fars körfəzinin isti sularından hava axınının təsiridir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2017-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-03.