Sirius

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ulduz
Sirius
Müşahidə məlumatları
(Dövr J2000.0)
Birbaşa çıxma 6s 45d 8,92s[1]
Meyl 6s 45d 8,92s[1]
Məsafə 8,6 ± 0,04 işıq ili
Görünən ulduz ölçüsü (V) −1,46[2]
Bürc Böyük Köpək
Astrometriya
Radial sürət (Rv) −5,5 ± 0,4 km/san[3]
Parallaks (π) 379,21 ± 1,58 mas[1][4]
Mütləq böyüklük (V) 11,8
Xüsusiyyətləri
Ulduz təsnifatı A1Vm/DA2, A1V DA[5]
Fiziki xüsusiyyətləri
Radius 1,711 R☉
İşıqlandırma gücü 25,4 L☉
Metallığı 0,5[6]
Orbit elementləri
Digər təyinatlar
LHS 219k, NSV 17173, RAFGL 1007, TD1 8027, UBV 6709, WDS J06451-1643A,BC, ADS 5423 A, CCDM J06451-1643A, CEL 1368, FK5 257, GCRV 4392, GJ 244 A, HD 48915A, IDS 06408-1635 A, JP11 1425, LFT 486, LPM 243, LTT 2638, N30 1470, NLTT 16953, PLX 1577, PMC 90-93 186, PPM 217626, ROT 1088, UBV M 12413, uvby98 100048915 A, Zkh 91, BD-16 1591A, TYC 8639-2777-1, SBC7 288, PM 06430-1639A, HGAM 556, Ci 20 396, CSI-16 1591 1, SBC9 416, WEB 6525
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Sirius-A və Sirius-B
Sirius-A və Sirius-B
Sirius-A və Günəş

Sirius ulduzu — Gecə səmasında görünən ən parlaq ulduzdur. Və Yer üzünə yaxın ən böyük ulduzdur. Sirius ulduzu parlaqlığına görə yalnız GünəşAydan geri qalır.

Sirius ulduzu iki ulduzdan ibarətdir: böyük və parlaq ulduza Sirius-A və digərinə Sirius-B adı verilmişdir.

Sirius-A nın diametri 2335000 km olan bir ulduz növüdür, Sirius-B nin diametri isə 12000 km olan bir ağ cırtdan ulduzdur.

Sirius-A Günəşdən 2.4 dəfə böyükdür, Sirius-B isə yer kürəsindən balaca və təxminən Venera planeti ölçüsündədir.

Sirius-A və Sirius-B bir-birinin ətrafında dönərlər və onların dönmə periodu 50 ildir.

Sirius-A ulduzu və Sirius-B ağ cırtdanı, yer kürəsindən 8.6 ışıq ili uzaqlıqdadır və yer kürəsinə ən yaxın ulduzlardan birisidir.

Sirius-A bu parlaq görünüşünü əslində işıqlandırma gücünün yanında Günəş Sisteminə yaxınlığına borcludur. Günəşə 2.6 parsek (8.47 işıq ili) uzaqlıqda oluşundan ötəri, Sirius Sistemi kosmosdakı yaxın qonşularımızdan biridir. . İşıqlandırma gücü Günəşin 25 qatı olmaqla birlikdə, Kanopus və ya Rigel kimi digər parlaq ulduzlara nisbətlə aşağıda qalır. Sirius Sisteminin yaşı 200 milyon — 300 milyon ildir. Sistemin yaranma başlanğıcında baş rolu oynayan iki göy rəngə çalan ulduzdur.

Tarixi məlumat

[redaktə | mənbəni redaktə et]

Ən köhnə astronomik qeydlərdə adı keçən Sirius, köhnə Misirdə Sopdet olaraq bilinərdi. Bir çox köhnə Misir məbədi, daxili otaqları Siriusu görəcək şəkildə inşa edilmişdi. Məsələn, Keops Piramidasının Kraliça otağının divarında açılan bir kanal ulduz Siriusu görmək üçün edilmişdi.

Köhnə Yunanlar, Siriusu bu itdiyi dövrdən sonra təkrar səmada görünməsinin isti və quraq yazı xəbər verdiyinə inanırlar və ayrıca bunun canlılar üzərində bitkiləri solduran, kişiləri güçsüzləşdirən, qadınları təhrik edən bəzi təsirləri olduğunu sanaraq qayğılanırdılar.

Köhnə qeydlərdə, yaz başlanğıcındakı hava şərtlərinin pozulduğu hallarda Siriusu daha çox parladığının müşahidə olunmuşdur ki, köhnə Yunan müşahidəçilərə görə bu, həmin ulduzdan mənfi təsir yaradan bəzi təsirlər yayıldığı mənasını daşıyırdı. Beləcə Sirius Qərb ədəbiyyatında "yandıran" ya da "alovlar saçan" olaraq qeydə alınmışdı. Bu ulduzun görünməsindən sonra gələn mövsüm dövrü də "yaz itinin günləri" olaraq bilinir. Vaxtilə Ege dənizindəki Ceos (Kea) adasında yaşayanlar, soyuqların azalması üçün Sirius və Zeusa qurban kəsərlər və yaz mövsümündəki təməl rolunu oynamaq üzrə təkrar meydana çıxmasına gözləyərdilər. Ulduzun parlaqlığı halına baxaraq özlərini yaxşı bir talehin gözləyib gözləmədiyini qərar verərdilər; məsələn ulduzun sisli, puslu halda və ya işığı zəif şəkildə görünməsi vəba xəbər verir mənasında başa düşülürdü. Bu adada olan e.ə. 3. əsrə aid pullardan şüalar yayan it və ulduz təsvirlərinin olması Siriusu bu adadakı əhəmiyyətini vurğulayır.

1844-cü ildə Alman astronomu Friedrich Bessel Sirius-ANın hərəkətindəki dəyişikliklərdən (azmalardan) Sirius-nın görünməyən bir yoldaşı (komponenti) olması lazım olduğu nəticəsinə vardı. Bu, bir başqa deyişlə, Sirius-nın yoldaşı Sirius-B nin vasitəsilə müşahidələnmədiği halda, Sirius-A nın hərəkətlərindəki dəyişikliklər müşahidələnərək, riyazi olaraq əldə olunan bir nəticə idi. 31 dekabr 1862-ci ildə Amerikalı Alvan Graham Clark o dövrün ən güclü teleskoplarından biri olan 47 sm-lik Refractor teleskopuyla ilk dəfə müşahidə edərək, Sirius-un indiki vaxtda Sirius-B olan zəif işıqlı yoldaşını müşahidə edərək beləcə, Siriusu realda cüt ulduz olduğunu ortaya çıxardı. Bu cüt ulduzdan çılpaq gözlə görüləbiləni indiki vaxtda Sirius-A olaraq adlandırılar. 1894dən bəri Sirius Sistemində müşahidədə orbit nizamsızlıqları, sistemdə üçüncü bir komponentin olduğunu ortaya qoymaqdadır; ancaq üçüncü komponentin varlığı bu günə qədər qəti olaraq (müşahidə) sübut edilməyib. Üçüncü mürəkkəb varlığı mövzusundakı görüş 1995-ci ildə ortaya qoyulmuşdur. Məlumatlara ən uyğun təxminə görə, bu üçüncü komponent 0.06 günəş kütləsinə sahib olub Sirius-nın ətrafındakı orbitini 6 ildə tamamlaması olmalıdır.

Səmadakı ən parlaq ulduz olan Sirius-A −1.47 ən parlaq ikinci ulduz olan Canopus'a nisbətlə onun iki qatı parlaqlıqdadır. Bununla birlikdə, Ay, Yupiter və ya Venera qədər parlaq görülməz. Merkuri və Mars-da bəzən Sirius'dan daha parlaq görünürlər. Sirius yer kürəsinin demək olarki hər bölgəsindən müşahidə edilə bilər.; tək fərq, yer kürəsinin İslandiya və Grönlandın bəzi bölgələri kimi, şimal qütbünə yaxın ən şimalındakı yaşayış bölgələrində (ən şimaldakı məskunlaşma vahidləri) 73 ° 'dən sonra görülməsinin qeyri-mümkün hala gəlməsidir. Buna qarşılıq bəzi şimal şəhərlərində görülməyə başlandıqdan sonra daha yuxarı çıxmaz, məsələn St. Peterburqda üfüqün üzərində yalnız 13 ° 'ye çatır. Şimal yarımkürədə ən yaxşı görüldüyü dövr qış aylarıdır.

Sirius şərtlərə uyğun olduğunda gündüz belə çılpaq gözlə görülə bilər. Şərtlərin ən uyğun olduğu vəziyyət, səmanın açıq olduğu, müşahidəçinin yüksək bir hündürlükdə səviyyəsində olduğu, ulduzun tam təpədən keçdiyi zamandır . Sirius cüt ulduz sistemindəki orbit hərəkəti iki ulduzun bucaq uzaqlıqda minimum olaraq 3 "'də, maksimum olaraq 11"' də olmalarını təmin edər. Bir-birlərinə ən çox yaxınlaşdıqlarında, ağ cırtdanın parlaq yoldaşından ayırd edə bilmək son dərəcə çətinləşər; bu ən yaxın mövqedə Sirius-B'yi Sirius-A'dan ayırd edə bilmək üçün ən az 300 mm. açıqlıqda bir Teleskopun və ən əlverişli görüş şərtlərinin olması lazımdır .

2.6 parsek (8.6 işıq ili) uzaqlıqda olan Sirius Sistemi Günəş Sistemi'mize ən yaxın 8 ulduzdan ikisini ehtiva edən və ən yaxın beşinci sistemdir. Digər yaxın ulduzlardan Alpha Centauri, Canopus, Rigel ya da Betelgeuse kimi, parlaq görünməsinin əsas səbəbi bizə yaxınlığındandır.. , lakin işıqlandırma gücünün Günəş'imizin 25 qatı olduğunu da unutmamaq lazımdır. Siriusu ən yaxın böyük qonşusu 1.61 parsek ya da 5.24 işıq ili uzaqlıqda olan Procyon ulduzudur .. Yupiterin dörd peykini araşdırmaq üzrə 1977-ci ildə atılan Voyager 2 kosmos vasitəsinin təxminən 296.000 il sonra Siriusu 4.3 işıq ili uzağından keçəcəyi təxmin edilməkdədir .

Sirius bir-birlərindən 20 astronomik vahid uzaqlığında (təxminən Günəş ilə Uranus arasındakı uzaqlıqda), bir-birləri ətrafında tam olaraq 49.9 ildə dönən iki ağ ulduzdan ibarət olan bir cüt ulduzdur. Yoldaşı Sirius-B isə ulduz təkamülünü tamamlayaraq ağ cırtdan halına gəlmiş bir anakol ulduzudur. Kütləsi bir zamanlar Sirius-dan Z daha böyük olan Sirius-B vizual 10.000 dəfə daha az parlaqdır. Sistemin yaşının 230 milyon il olduğu təxmin edilməkdədir. Həyat proseslərinin erkən dövrlərində eliptik orbitləri 9.1 il olan iki göy rəngə çalan ağ ulduz olduqları sanılmaqdadır. 1983-cü ildə kosmosa atılan IRAS (Infrared Astronomical Satellite) rəsədxana peykində ölçüldüyündə, infraqırmızı şüa yayma səviyyəsinin sanılandan çox daha yüksək olduğu ortaya çıxmışdır. Bu, sistemə toz tapıldığının əlaməti ola bilər və cüt ulduzlarda görülməyən, qəribə bir fakt olaraq qəbul edilmişdir.

Sirius cüt ulduz Sistemində iki ulduzdan böyük olanı Sirius-A'dır. Sirius, Dünyaya ən yaxın ulduzlardan biridir və yaxınlıq baxımından 7. sırada yer alır. Bəzi qaynaqlar Alfa Centauri ulduz sistemində iştirak edən üç ulduzu tək bir ulduz saydıqlarından, Siriusu Dünyaya 5. ən yaxın ulduz olduğunu yazırlar.

Sirius-A Günəşimizin 2.02 misli bir kütləyə malikdir. Astronomik "cəhd vasitəsi" (interferometer) ilə aparılan hesablamalara görə bu ulduzun bucağının 5.936 ± 0.016 olduğu təxmin edilməkdədir. Hər şey göz önündə tutulsa nəzərdə tutulan fırlanma sürəti 16 km / saniyədən aşağı olub oxu ətrafındakı bu fırlanma sürəti dairəvi formasında ekvatora doğru bir yol açacaq qədər böyük bir sürət deyil.

Yıldız nümunələrinin araşdırılması ulduzların kosmosdakı molekul buludlarının öz kütləçəkim qüvvəti altında çökməyə başlamasıyla meydana gəlməyə başladıqlarını ortaya qoymaqdadır. Bu meydana gəlmə hərəkətindən 10 milyon il sonra daxili enerji istehsalı tamamilə nüvə reaksiyalardan doğuldu. Ulduzun nüvə qismi yayılma xüsusiyyəti qazanmış hala gəldi və enerji istehsalı üçün KAO dövrü nü istifadə etdi. Sirius-nın yaranmasından milyard il sonra hidrogen ehtiyatlarını tamamilə istehlak etmiş olacağı nəzərdə tutulur və o zaman ulduz, təkamül prosesində qırmızı nəhəng mərhələsinə keçəcək, daha sonra da ağ cırtdana çevrilərək sabit halını alacaq. Sirius-A'nın spektri dərin metal xəttlər göstərməkdədir ki bu, dəmir kimi, heliumdan daha ağır elementlərin çoxluğuna işarə edir. Sirius-ANın atmosferindeki dəmir nisbəti ilə Güneş'imizin atmosferindeki dəmir nisbəti qarşılaşdırılarsa Siriusu atmosferində dəmir Günəş'imizinkinə nisbətlə üç qat çoxdur (% 316), lakin xarici təbəqənin məzmunu, ulduzun bütününün məzmunu haqqında bir göstərici sayıla bilməz. Bununla birlikdə bəzi astronomlara görə, Sirius-A Sirius-B'den ağır elementlər almış olub Günəşə nisbətən 7 qat çox dəmir ehtiva etməkdədir.

2.366.400 km-lik diametrə sahib Sirius-A təxminən 10 min Kelvin (9.727 santigrat) dərəcəsindəki səth istiliyiylə Günəşdən 4.000 Kelvin dərəcə daha istidir, Günəşin 23 qatı bir işıqlandırma gücünə malikdir, Günəşdən 23 qat daha böyük enerji ortaya çıxarmaqdadır.

Sirius A, hidrogen yanacağını istehlak edərək ömrünü tamamlamış və artıq "sönmüş" bir günəş olan yoldaşından 10.000 dəfə daha parlaqdır.

Kəşf edilən ilk ağ cırtdandır. Kütləsi Günəş'imizinkinə təxminəna l də yoldaş olan Sirius-B, bilinənırtdanlarc eler içində kütləsi ən böyük olanlardan biridir. Kütləsi 0.5–06 günəş kütləsi olan sıravi birırtdanaü cəyə nisbətlə iki qat böyük bir kütləyə malikdir. Kiçik olmasına qarşı çox ağırdır, bir kub santimetr maddəsi 33 ton gəlir. Yer üzündə bu qədər ağır bir element yoxdur. Sirius-B nin meydana gəldiyi maddə ya da elementin ağırlığı, yer üzündəki ən ağır element olan osmiyum'un 1.500.000 qatıdır, lakin bu böyük kütlə, Dünya planetinin həcminə bərabər bir həcmdə, deyim yerindədirsə, "sıxışıb qalmış" dır. Səth istiliyi 25.200 Kdirlvinə, lakin artıq enerji istehsal edən daxili qaynaqlarının olmamasından ötəri get-geyuqlaşmadadırtadır. Bicırtdan cücə, təkamül müddətində, ancaq bir anakol uluşdan çıxdıqdan sonra və qırmızı nəhəng mərhələsini tamamladıqdan sonra meydana gələr. Bu hadisəni Sirius-B, təxminən 120 milyon il əvvəl, yəni indiki yaşının yarısı yaşındaykən keçirdi. Sirius- B bu hadisəni keçirmədən əvvəl, hələ bir anakol ulduzu olduğu sıralarda, kütləsi 5 günəş küt[58] olan B tipi (təxminən B4–5 n [60] bir ulduzdur. Sirius-B qırmızı nəhəng mərhələsini keçirdiyi sıralarda yoldaşı Sirius-ANın metallığını zənginləşdirə bilmişdir.

Sirius-B nin, əsas olaraq, ulduzun erkən dövrlərindəki helium füzyonuyla çıxarılmış karbon-oksigen qarışığından meydana gəldiyi sanılmaqdadır. Ulduz, daha yüngül elementlərdən ibarət olan və kütlələri fərqli olduğundan yüksək səth çəkilişi səbəbiylə ayrılmış halda yer tutan maddələrdən meydana gəlmiş bir layla qablı vəziyyətdədir, lakin bəzi astronomlara görə də Sirius-B tamamilə təkamül keçirmiş bir elementdən və ya bir növ "sıx dəmir" dən ibarətdir. Sirius-B nin səthi Dünyadakı ən sərt obyekt qəbul edilən almazdan 300 dəfə daha sərtdir. Sirius-A'dan 10.000 dəfə daha az parlaq bir "sönmüş ulduz" olduğundan və digər ulduzlara nisbətən son dərəcə kiçik olduğundan Sirius əksinə, parlaq görülməz, Dünyadan ən müasir teleskoplarla belə görülməsi çox çətindir. Diametri 12.000 km. olmaqla birlikdə çəkiliş sahəsi Yerinkindən 350.000 dəfə daha güclüdür.

  1. 1 2 3 Leeuwen F. v. Validation of the new Hipparcos reduction (ing.). // Astron. Astrophys. / T. Forveille EDP Sciences, 2007. Vol. 474, Iss. 2. P. 653–664. ISSN 0004-6361; 0365-0138; 1432-0746; 1286-4846 doi:10.1051/0004-6361:20078357 arXiv:0708.1752
  2. Ducati J. R. Catalogue of Stellar Photometry in Johnson's 11-color system (ing.). 2002. Vol. 2237.
  3. Gontcharov G. A. Pulkovo Compilation of Radial Velocities for 35 495 Hipparcos stars in a common system (ing.). // Ast. Lett. / R. Sunyaev Nauka, Springer Science Business Media, 2006. Vol. 32, Iss. 11. P. 759–771. ISSN 1063-7737; 1562-6873; 0320-0108; 0360-0327 doi:10.1134/S1063773706110065 arXiv:1606.08053
  4. Perryman, M. A. C., Lindegren L., Kovalevsky J., Hoeg E., Bastian U., Bernacca P. L., Crézé M., Donati F., Grenon M., Grewing M. et al. The HIPPARCOS Catalogue (ing.). // Astron. Astrophys. / T. Forveille EDP Sciences, 1997. Vol. 323. P. L49–L52. ISSN 0004-6361; 0365-0138; 1432-0746; 1286-4846
  5. Skiff B. A. General Catalogue of Stellar Spectral Classifications. 2013. C. 1. S. 2023.
  6. Qiu H. M., Zhao G., Chen Y. Q., Li Z. W. The Abundance Patterns of Sirius and Vega (ing.). // Astrophys. J. / E. Vishniac IOP Publishing, 2001. Vol. 548, Iss. 2. P. 953–965. ISSN 0004-637X; 1538-4357 doi:10.1086/319500


Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]