Seyid Hüseyn Kuhkəməri
Seyid Hüseyn Türk Kuhkəməri | |
---|---|
Seyid Hüseyn Kuhkəməri | |
Doğum tarixi | |
Doğum yeri | Mərənd mahalının Kuhkəmər kəndi |
Vəfat tarixi |
Seyid Hüseyn Kuhkəməri, Seyid Hüseyn Türk-ə(سیدحسین کوه کمری)[1][2] məşhur olan, (1813-1881)—müctəhid[2], arif
Həyatı
[redaktə | vikimətni redaktə et]Ağa Seyid Hüseyn 1813-cü ildə Mərənd mahalının Kuhkəmər kəndində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra Şeyx Mürtəza Ənsarinin yanında oxumuşdu.
Seyid Hüseyn Kuhkəməri 1881-ci ildə İraqi-Ərəbdə vəfat etmişdir.
Şəcərəsi
[redaktə | vikimətni redaktə et]Ağa Seyid Hüseynin əsil-nəcabəti Kuhkəməri seyidlərindəndir. Bu barədə dövrün “Naqibəs-sadat” ləqəbi ilə tanınmiş alimi Əllamə Mərəşi-Nəcəfi belə qeyd edir: “Təbrizin Kuhkəməri seyidləri Hüseyni seyidləri hesab olunur. Ayətullah Höccət də həmin seyidlərdən sayılır. Anamın ata və babaları bu seyidlərdəndir. Şöhrət və paklıqda bu nəcib nəsil camaat arasında özünə məxsus yer tutur.”
Bu tanınmış nəslin ulu babası Seyid Məhəmməd Misridir. O öz dövründə “Hicazi” ləqəbi ilə tanınırdı. Seyid Hicazi 4-cü imam həzrət Səccadın (ə) nəvələrindən sayılan imamzadə Əliəsğər ibn Əli ibn Hüseynin (ə) nəvələrindəndir. Ayətullah Höccət 25 vasitə ilə həzrət Hüseynin (ə) nəvələrindən sayılır.
Əsərləri
[redaktə | vikimətni redaktə et]- Risaleyi-İstishab (Həmsöhbətlik risaləsi)
- Risaleyi-müqəddiməri-vacib (Vacib işlərə hazırlıq üçün risalə)
Əhvalat
[redaktə | vikimətni redaktə et]Deyirlər ki, «Cəvahirul-kəlam» kitabının müəllifinin şagirdlərindən olmuş və sonralar məşhur müctəhid kimi tanınmış ayətullah Seyyid Hüseyn Kuhkəməri hər gün həmişə olduğu kimi Nəcəf məscidlərindən birinə gələr və orada dərs keçərdi. Bildiyimiz kimi, fiqh və üsul elmlərinin xaric dərsininin tədrisi, müctəhidliyə hazırlıq kimidir və müctəhid olmaq tələbə üçün sonsuz bir məqama çatmaq deməkdir. Çünki tələbə müctəhid olmayınca heç nə sayılmır və onun rəy və əqidəsinə etina edilmir. Buna görə də müctəhid olmaq ehtimalı olan tələbə həssas bir mərhələ keçir. Mərhum Seyyid Hüseyn Kuhkəməri belə bir mərhələdə olub.
O, bir gün hardansa, məsələn kiminsə görüşündən qayıdırmış. Tədrisinin vaxtına yarım saatdan artıq vaxt qalmayıbmış. Buna görə də özlüyündə fikirləşir ki, bu məhdud vaxtda evə getsə heç nə edə bilməyəcək, ona görə də həmişəki yerdə oturub şagirdləri gözləmək yaxşı olar. O, məscidə gedir və görür ki, şagirdlərindən hələ heç kəs gəlməyib, amma məscidin küncündə köhnə-külə geyinmiş bir qoca və bir neçə şagird oturub və həmin qoca şeyx onlara dərs keçir. Mərhum Kuhkəməri onun sözlərinə qulaq asır və çox maraqlı halda həmin köhnə-külə geyimli şeyxin ondan daha dəqiq dərs keçdiyini hiss edir. O, səhərisi gün bilərəkdən tez gəlir və həmin şeyxin sözlərinə qulaq asır və dünənki əqidəsinə olan inamı bir az da artır. Bu hadisəni bir neçə gün təkrar etdikdən sonra Kuhkəməriyə tam yəqinliklə məlum olur ki, həmin şeyx ondan üstündür və özü də, şagirdləri də onun dərsindən bəhrələnsələr daha yaxşı olar. Bəli o, burada özünü təslimlə inad, imanla küfr və dünya ilə axirət arasında görür.
Səhəri gün şagirdləri gələndən sonra onlara deyir ki, dostlar bu gün sizə yeni bir mətləb demək istəyirəm və o budur ki, kənarında bir neçə şagird oturmuş bu şeyx dərs deməyə məndən daha layiqlidir və mənim özüm də onun dərsindən bəhrələnirəm, hamımız gedib onun dərsində iştirak edək. O, həmin gündən gözlərində bir az xəstəlik olan və onda yoxsulluq nişanələri görünən həmin şeyxin şagirdləri sırasına qoşulur. Bu köhnə-külə geyimli şeyx sonralar Şeyx Mürtəza Ənsari adı ilə tanınan məşhur alim idi. O, Şuştərdən olub və «ustadul-mütəəxxirin» (müasir alimlərin ustadı) ləqəbini alıb. Şeyx həmin vaxt Məşhəd, İsfahan və Kaşan səfərindən təzə qayıdıbmış və həmin səfərdə Kaşanda Molla Əhməd Nəraqidən çoxlu elmi azuqə əldə edibmiş.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "aftabir.com". 2015-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-06.
- ↑ 1 2 Məhəmməd Əlvansaz Xoyi,Məsnəd Nişini Quds, Homaye Qədir nəşri,s. 16, ISBN 978-964-8493-17-7