Sevinj Stories

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sevinj Stories
ing. Sevinj Stories
Miniserialın qeyri-rəsmi afişası.
Miniserialın qeyri-rəsmi afişası.
Janr tarixi dram
Əsaslanır Xocalı soyqırımı
Rejissor
  • Vüsal Əhmədzadə[d]
Operator Natiq Hüsiyev
Fərid İsmayılzadə
Prodüser
  • İbrahim Heydərov[d]
Yaradıcısı Əlixan Rəcəbov
Ssenarist
Rollarda Nəzakət Heydərova
Mirzə Ağabəyli
Şüar "Xocalı soyqırımı zamanı "Instagram" olsa idi"
Montajçı Natiq Hüsiyev
Rəssam Elturan Məmmədov
İstehsalçı ölkə
Dil Azərbaycan dili
İlk çıxış tarixi 2 fevral 2022
Növü miniserial
Rəng rəngli
Mövsüm sayı 1
Seriya sayı 25
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sevinj Stories (azərb. Sevincin hekayələri‎) — 2022-ci ildə Əlixan Rəcəbov tərəfindən Xocalı soyqırımı haqqında çəkilmiş Azərbaycan tarixi dram miniserialı.

Miniserialın əsas mövzusu Birinci Qarabağ müharibəsi dövründə, 1992-ci ilin fevralında, Xocalı soyqırımı ərəfəsində Xocalıda yaşayan 9 yaşlı "Instagram" bloqqeri Sevincin yaşadığı hadisələrdir.[1] Sevinc Xocalıda babası və nənəsi ilə yaşayıb günlük olaraq vloq çəkir. Həmin vaxt erməni qüvvələri şəhərə hücum edir, atəşlər zamanı qızın qorxmaması üçün babası Hikmət "qızım qorxma fişəng atılır" kimi cümlələrdən istifadə edir. Serialdakı personajlar xəyal məhsulu olsa da, çəkilişlərdə Xocalı soyqırımı qurbanlarının ifadələrinə əsaslanaraq real hadisələr canlandırılır.[2][3]

"Sevinj Stories" layihəsi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilən "Xocalıya ədalət" kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyilə ərsəyə gətirilmişdir.[4] Layihə rəhbərliyi serialın xarici və yerli auditoriya üçün nəzərdə tutulduğunu, əsas məqsədinin Xocalı soyqırımı barədə qlobal olaraq insanların məlumatlılığını artırmaq, soyqırımı qurbanlarının xatirəsini yad etmək və gənc nəsil tərəfindən unudulmasının qarşısını almağa nail olmaq olduğunu bildirmişdir.[5] Layihənin rəsmi sosial media hesablarında fevral ayının 1-dən başlayaraq faciənin anım gününədək hər gün qısa videoçarxlar paylaşılması nəzərdə tutulmuşdur.[6] Miniserial "Eva Stories" layihəsinin adaptasiyasıdır.[7]

Layihəni 8 nəfər icra etmişdir. Layihənin rəhbəri Əlixan Rəcəbov, rejissoru Vüsal Əhmədzadə, ssenaristləri Əlixan Rəcəbov, Toğrul Eminli və Vüsal Əhmədzadə, rəssamı Elturan Məmmədov, operator və montajçısı Natiq Hüsiyev, səs operatoru və texniki Fərid İsmayılzadə, prodüser və koordinatoru İbrahim Heydərov və qrimçisi Sevda Zeynalova olmuşdur. Miniserialın çəkilişləri Qəbələ rayonunun Vəndam kəndində, adətən həftəsonu və ya tətil günlərində aparılmışdır. Çəkilişlər gün ərzində 8 və ya 10 saat fasilələrlə davam etmişdir.[8]

Miniserialın baş rolu olan Sevinc personajı Nəzakət Heydərova tərəfindən canlandırılmışdır.[9] Sevincin dostu Asifi isə Kənan İkidağ canlandırmışdır. Sevincin babası rolunu Mirzə Ağabəyli ifa etmişdir.[10]

Miniserial yayımlanmazdan əvvəl bir treyler paylaşılmışdır.[11] Bundan sonra layihənin seriyaları 1 fevral tarixindən başlayaraq[6] "Instagram" platformasında,[12] "sevinj.stories" səhifəsində yayımlanmışdır.[13]

Miniserialın rejissoru Əlixan Rəcəbov 4 fevralda bildirmişdir ki, "Sevinj.stories" səhifəsinə qısa zamanda 400 mindən çox izləyici izləmişdir və onların sayı artmaqda davam edir.[11]

  1. Məmmədova, Leyla. "«Sevinj Stories»: в Instagram создали аккаунт девочки, погибшей в Ходжалинской резне". 1News (rus). 4 fevral 2022. 2022-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2022.
  2. "Ходжалинская трагедия на странице 9-летней Севиндж в Instagram". Media.az (rus). 2022-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2022.
  3. "Khojaly tragedy on the Instagram page of 9-year-old Sevinj". justiceforkhojaly.org. 2022-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-08.
  4. "Xocalı faciəsi 9 yaşlı Sevincin "Instagram" səhifəsində". Aqreqator.az (az.). 4 fevral 2022. 2022-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2022.
  5. "Ходжалинская трагедия на странице 9-летней Севиндж в Instagram". Yeni Müsavat (rus). 2022-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2022.
  6. 1 2 "Xocalı faciəsi 9 yaşlı Sevincin instagram səhifəsində" (rus). 4 fevral 2022. 2022-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2022.
  7. ""Kiçik qız Xocalı faciəsini "story"lərinə çəksəydi, nələri görərdik?!"". Olay.az (az.). 2022-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2022.
  8. Bəhruzi, Nərmin. "Doqquz yaşlı aktrisa: "Xocalını görməsəm də, çəkilişlər zamanı sanki o anları yaşayıram"". Report İnformasiya Agentliyi (az.). 2022-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2022.
  9. "Kiçik qız Xocalı faciəsini "story"lərinə çəksəydi, nələri görərdik?!"[ölü keçid]
  10. "Doqquz yaşlı aktrisa: "Xocalını görməsəm də, çəkilişlər zamanı sanki o anları yaşayıram" (FOTO)". Qaynarinfo.az (az.). 5 fevral 2022. 2022-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2022.
  11. 1 2 ""Sevinj Stories": Xocalı soyqırımında həlak olmuş qızın Instagram hesabı – FOTO – VİDEO". 1News (az.). 4 fevral 2022. 2022-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2022 – AzerForum vasitəsilə.
  12. "Xocalı faciəsi 9 yaşlı Sevincin "Instagram" səhifəsində". Oxu.az (az.). 4 fevral 2022. 2022-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2022.
  13. "1992 Yılında Hocalı'da Bir Kızın Instagram Hesabı Olsaydı". Tamga Türk (türk). 4 fevral 2022. 2022-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2022.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]