Sevgi tuneli
Dəmiryolu xətti | |
Sevgi tuneli | |
---|---|
Ölkə | Ukrayna |
Vilayət | |
Rayon | |
Uzunluğu | 5 km |
Başlayır | Klevan |
Bitir | Orjev |
Sahibi | Ukrayna Dəmir Yolları |
Vikianbarda əlaqəli mediafayllar |
Sevgi tuneli (ukr. Туне́ль Коха́ння) — yerli əhəmiyyətli dəmiryol xətti üzərində olan təbiət abidəsi. Tunel Rivne vilayətininin Rivne rayonda yerləşən Klevan qəsəbəsi ərazisində yerləşir. Tuneldən keçən dəmiryol xətti Klevan və Orjev qəsəbələrini birləşdirir.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Meşə bitkiləri ilə əhatələnmiş bu yaşıl tunel bir botanika fenomenidir. Uzunluğu 5 km olan, ağaclardan və kollardan ibarət olan bu tunel arka formasını xatırladır[1][2]. Yük qatarı sutkada bu tuneldən üç dəfə keçir[3].
Tunelin belə şəkil almasında həm təbiətin, həm də, insanın rolu olmuşdur. Məhz Orejev ağac emalı kombinatına gedən yolun burdan keçməsi tunelin formalaşmasında böyük rol oynamışdır. Meşə ərazisindən keçən bu yolda əvvəllər qatarların hərəkəti daha çox idi. O üzdən meşənin bu yolu əhatə etməsi mümkünsüz idi. Sonradan gediş-gəlişin azalması nəticəsində yol artıq özünə məxsus formaya düşdü və müasir formasını aldı[4]
Tunel turistlərin və sevgililərin sevimli məkanıdır. Turistlər arasında söylənilən əfsanəyə görə əgər sevgililər bu tuneldən birgə keçərək ürəklərində arzu tutarlarsa, arzuları mütləq həyata keçəcək[3]. Bəzi gənclər hətta tuneldə gül-çiçək əkərək hislərini simvolizə edirlər.
Kinomotoqrafiyada
[redaktə | mənbəni redaktə et]- Yapon rejisor Akiyoşi İmazaki 2014-cü ildə "Klevan: Sevgi tuneli" adlı romantik dram filmi çəkmiş və filmin ilk nümayişi 23 noyabr 2014-cü ildə baş vermişdir. Beynəlxalq Hanoy kinofestivalında göstərilən bu filmin süjet xətti birbaşa Sevgi tuneli ilə bağlıdır.
- Qısametrajlı "Mina" filmi.
Şəkillər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ ""Тоннель любви". Клевань, Украина. — журнал об архитектуре и дизайне интерьеров". 2012-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-24.
- ↑ "Тунель кохання — ILoveUkraine: поділіться любов'ю до України". 2011-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-24.
- ↑ 1 2 Tunnel of Love in Klevan, Ukraine, a Fairytale Train Track Arxivləşdirilib 2015-10-20 at the Wayback Machine (ing.)
- ↑ "Тоннель любви в Ровно: романтика made in Ukraine". 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-24.