Sevda Ələkbərzadə
Sevda Ələkbərzadə | |
---|---|
Sevda Çingiz qızı Ələkbərzadə | |
Ümumi məlumatlar | |
Doğum adı | Sevda Ələkbərzadə |
Doğum tarixi | 4 iyul 1977 (47 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Çingiz Ələkbərzadə |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, cazmen, mahnı yazarı[d] |
Fəaliyyət illəri | 1991-ci ildən |
Janrlar | caz, xalq mahnısı, muğam, pop musiqisi |
Təhsili | |
Mükafatları |
Sevda Ələkbərzadə (4 iyul 1977, Bakı) — Azərbaycan müğənnisi, caz, xalq musiqisi və muğam janrlarında ifa edir.
Həyatı
[redaktə | mənbəni redaktə et]Sevda Ələkbərzadə 1998-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Musiqili komediya aktyorluğu" fakültəsini bitirmişdir. 1991-ci ildə o, "Aypara" qrupunda ifaçı kimi fəaliyyətə başlamış, bir il "Aypara" qrupunda çalışdıqdan sonra fərdi ifaçılıqla məşğul olmuşdur. 1993-cü ildə RAST qrupunda solist-ifaçı kimi fəaliyyətə başlamışdır.
Bu dövrdə "Rast" musiqiçilərinin önəmli yeniliyi ondan ibarət idi ki, milli xalq musiqilərini dünya musiqiləri ilə sintez edərək, dinləyicilərə yeni bir üslub təqdim etmişdilər. S. Ələkbərzadə həmin ildə görkəmli muğam ustası Alim Qasımovdan fərdi muğam dərsləri almışdır. 2001-ci ildə "Rast" qrupunun tərkibindən çıxaraq fərdi ifaçılıq fəaliyyətinə başlayan S. Ələkbərzadə bəstəkar Cəmil Əmirovla birlikdə "Demə ki, sevirəm" adlı ilk layihəsi ilə çıxış etmişdir.
- Yazıçı Əbülhəsən Ələkbərzadənin nəvəsidir.
- Müğənni Elmira Ələkbərzadənin bacısıdır.
- Ailəlidir.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]O, 2002-ci ildə dünyanın məşhur caz ustalarının da iştirak etdiyi beynəlxalq caz festivalında iştirak edərək Azərbaycanı layiqincə təmsil etmişdir.
S. Ələkbərzadə ilk klipi [1] Cəmil Əmirov bəstəsi ''Demə ki, sevirəm'' mahnısı olmuşdur. Ardınca, Salman Qəmbərov aranjımanında 'Əlvida'' mahnısıni klip şəklində təqdim etmişdir.[2]
S. Ələkbərzadə 2004-cü ildə yaradıcılığında yeni bir mərhələ olan "Şəbi-Hicran" layihəsi ilə Dövlət Filarmoniyasının səhnəsində solo konsert ilə çıxış etmişdir.
2005-ci ildə Avropa Şurasına Azərbaycanın hədiyyəsi kimi Bethovenin "Sevinc odası" əsəri S. Ələkbərzadənin ifasında muğam caz stilində ilk dəfə təqdim edildi. Həmçinin bu əsərin sinql-diski də buraxıldı.
S. Ələkbərzadə 2005-ci ilin noyabr ayında İtaliyanın Florensiya şəhərində "İnstituto İtalyano" vokal kurslarında təcrübə keçmiş, Roma şəhərinin "Teatro-centrale" salonunda solo konsert ilə çıxış etmişdir.
Fransada keçirilən "Şərqin pop və rok musiqisi", "Radio France İnternational" müsabiqəsində iştirak edərək 350 iştirakçı qrup arasından seçilmiş 11 ən yaxşı qrup adına layiq görülmüşdür.
Sevda Ələkbərzadə İsveçrənin Bazel Konservatoriyasından təklif alıb. Belə ki, müğənni bir həftə ərzində sözügedən təhsil ocagında ustad dərsləri keçirəcək. Noyabr ayında nəzərdə tutulan səfər zamanı o, konservatoriyanın tələbələrinə müəllim edəcək.
Mügənninin tədris edəcəyi dərslər etnik caz musiqisinə həsr ediləcək. Daha sonra isə Sevda Ələkbərzadə İsveçrədə bir günlük konsert verməyi planına daxil edib.[1]
Sevda Ələkbərzadə 2010-cu ilin 25–27 mart tarixlərində Fransanın Marsel şəhərində keçirilən "Babel Med Music" dünya festivalında Azərbaycanı təmsil edib.[2][3]
Sevda Ələkbərzadə həmçinin 2012-ci ilin sentyabrında İsrailin Qüds şəhərində keçirilən beynəlxalq ''Jerusalem Sacred Music Festival'' musiqi festivalında Azərbaycanı təmsil etmişdir.[4]
Albom
[redaktə | mənbəni redaktə et]2005 Şəbi-Hicran [3]
2006 Get [4]
2007 Gül açdı [5]
2009 Sevdalı dünya [6]
2011 Intro [7]
Videoqrafiya
[redaktə | mənbəni redaktə et]Say | Klip | Tarix |
---|---|---|
01 | Demə Ki, Sevirəm | 2001 |
02 | Əlvida | 2002 |
03 | Məhəbbət Ki Dəb Deyil | 2003 |
04 | Ulu Vətən | 2003 |
05 | Mənimləsən | 2005 |
06 | Dəli Arzular | 2006 |
07 | Mən Səni Gözlədim | 2006 |
08 | Gündüz-Gece | 2009 |
09 | Arazbarı Zərbi-Muğam | 2014 |
10 | Sev Məni Bu Payız | 2014 |
11 | Sən Yadıma Düşəndə | 2017 |
12 | Şahzadə (Gəl, Yarım) | 2017 |
13 | Qal, Sənə Qurban | 2018 |
14 | Viranə | 2019 |
15 | İstəmirəm | 2019 |
16 | Demə | 2020 |
17 | Ulu Vətən ft. Ferman Akgül | 2020 |
18 | Əsgər Marşı ft. Brilliant Dadaşova, Tünzalə Ağayeva | 2020 |
19 | Hisslərim Dumanda | 2021 |
20 | Sən Yoluna | 2021 |
21 | Söylə Yadındamı | 2021 |
22 | Bilmirəm | 2022 |
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Sevda Ələkbərzadə müəllimlik edəcək Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Anspress. tarixi:2009.10.22
- ↑ Sevda Ələkbərzadə növbəti festivala hazırlaşır
- ↑ Sevda Ələkbərzadə beynəlxalq festivaldan qayıdıb
- ↑ "Azərbaycanın əməkdar artisti beynəlxalq festivalda böyük uğur qazanıb". 2014-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-06.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Sevda Ələkbərzadə Arxivləşdirilib 2008-07-03 at the Wayback Machine