Senhime
Senhime | |
---|---|
yap. 千姫 | |
Doğum tarixi | 26 may 1597 |
Doğum yeri | |
Vəfat tarixi | 11 mart 1666 (69 yaşında) |
Həyat yoldaşları | |
Atası | Tokuqava Hidetada[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Senhime (千姫?, 26 may 1597, Yaponiya – 11 mart 1666) – şoqun Tokuqava Hidetadanın qızı və Toyotomi Hideyorinin həyat yoldaşı.[1] Anası Tatsuhime və Hideyorinin anası Yodoqimi bacı idilər.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Senhime 1597-ci ildə doğulmuşdur.[1] 4 sentyabr 1603-cü ildə Toyotomi Hideyori ilə evləndirilmişdir.[1] İki uşaq arasındakı bu birlik ölmüş Toyotomi Hideyoşinin vəsiyyəti əsasında baş versə də, əslində, Tokuqava və Toyotomi ailələri arasındakı pis münasibətləri yaxşılaşdırmaq məqsədi güdürdü.[2] Lakin Toyotomi klanı Tokuqavaya itaət etmək istəmədiyi üçün bu plan uğursuzluğa düçar olmuş və Tokuqavanın Osaka hərakatını (1614–15) başlatması ilə nəticələnmişdir.[2]
Osaka qəsrinin süqutundan sonra Senhime həyat yoldaşının həyatını xilas etmək üçün atasının yanına göndərilmiş, lakin xahişi qəbul edilməmiş və Hideyori intihar etmişdir.[2] Növbəti il Kuvana daymyosunun oğlu Honda Tadatoki ilə evlənmişdir.[2] Hondanın 1626-cı ildəki ölümündən sonra həyatının qalan hissəsini Edoda dul keçirmişdir.[2]
Mədəniyyətdə
[redaktə | mənbəni redaktə et]Senhimenin həyatı bir çox əfsanə və rəvayətin yaranmasına gətirib çıxarmışdır.[2] Ən məşhur rəvayətə görə Sakazaki Naomori onu Osaka qəsrindəki yanğından xilas edərək onunla evlənmək istəmiş və onu qaçırmağa cəhd etmişdir.[2] Hətta Senhimenin Honda ilə evliliyinə qarışmışdır.[2] Bəzi hekayələr Senhimeni acgöz, kişiləri yoldan çıxaran gənc dul kimi təqdim edir.[2] Takeşiba Kenci onun həyatından bəhs edən "Yoşida qoten maneku furisode" (1891) adlı kabuki tamaşası yazmışdır.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha. 1983. səh. 64–65. ISBN 0-87011-627-4. İstifadə tarixi: 2 yanvar 2023.