Semasiologiya
Semasiologiya— dilin semantik sistemi haqqında linqvistik təlimdir.
Haqqında
[redaktə | mənbəni redaktə et]Semasiologiya termini yunan mənşəlidir. Yunan dilində semasio (semasia) "məna, fikir" anlayışını bildirir. Bu leksem "loqos" sözü ilə birləşərək dilçilik şöbəsinin adı olmuşdur. Dildə söz və ifadənin mənası, mənanın dəyişməsi: mənanın genişlənməsi, daralması, sözün məcazi məna bildirməsi, çoxmənalılıq, omonimlik, antonimlik və sair kimi semasioloji məsələlərin tədqiqi semasiologiya şöbəsinin mövzusunu təşkil edir. Semasiologiya mənanın tarixi ilə də məşğul olur.
Semasiologiya onomasiologiyanın əksidir. Onomasiologiya anlayış və ya obyektlə başlayır və onun adını soruşur, amma semasiologiya sözlə başlayır və onun mənasını soruşur.
Dilin semantik sistemi
[redaktə | mənbəni redaktə et]Nitqdə işlənən hər bir dil vahidi vacib və zəruridir. Bunların hər biri müəyyən məna daşıyır. Söz və ifadələrin əks etdirdiyi mənalar müxtəlif sahələri əhatə edir. Dilin ümumi semantikasında müəyyən qanunauyğunluqlar vardır. Burada ayrı-ayrı cəhətlərlə bağlı bir neçə sistem olur. Dilin semantika sahəsindəki həmin sistemlərin cəmi onun ümumi semantik sistemini təşkil edir. Dilin semantikası olduqca çoxcəhətli və mürəkkəbdir. Bununla təkcə dilçilik deyil, məntiq və fəlsəfə də məşğul olur.[1]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Afad Qurbanov. Ümumi dilçilik. 1. Bakı. 2019. səh. 210-212.
Dilçilik haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |