Sefer Yetsir
Sefer Yetsir | |
---|---|
Müəllif | İbrahim |
Orijinalın dili | ivrit dili |
Vikianbarda əlaqəli mediafayllar |
Sefer Yetsir (ibranicə "Yaradılış Kitabı") — Kabbalanın ən qədim kitabıdır. Bu haqda ilk məlumat eramızın 120-ci ilinə təsadüf edir. Kabbalistlərə görə onun müəllifi İbrahim peyğəmbərdir (ə). Tarixçilər bununla razı deyillər. Onlar düşünürlər ki, bu əsər eramızın II əsrində ravvin Akkiva tərəfindən yazılmışdır.
Əsərdə on mistik rəqəmin (sfirot) və yəhudi əlifbasının iyirmi iki hərfi vasitəsilə dünya, zaman və insanın yaradılışı izah olunur. Kitabda hərflər üç qrupa bölünmüşdür: üç ana hərf, yeddi ikili hərf və on iki sadə hərf. Əsərin müəllifinə görə, üç ana hərfin köməyilə dünyada hava, su, atəş, ilin üç fəsli, insan bədəninin üç üzvü – baş, qarın və sinə yaradılmışdır.
Bəziləri hesab edir ki, "Sefer Yetsir" əl-kimya elmi üzrə ən qədim dərslikdir və buradakı hərflər, saylar, əslində, kimyəvi birləşmələr və reaksiyalar barədə kodlaşdırılmış məlumatlardır; zaman keçdikcə onların mənaları unudulmuşdur. "Sefer Yetsir" kitabında bürclər ilk dəfə bizə məlum olan adlarla göstərilmişdir.