Seçki senzi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Seçki senziseçki hüququndan istifadə etmək üçün konstitusiya və ya seçki qanunu ilə müəyyən olunmuş şərtlər. Senzlər hələ XVIII–XIX əsrlərdə tətbiq edilmişdir. Ən çox yayılmış seçki senzi aşaqıdakılar idi:[1]

  • Əmlak senzi — seçici müəyyən əmlaka sahib olmalıdır.
  • Təhsil senzi — seçkilərdə iştirak etmək ucun müəyyən təhsil tələb olunurdu.
  • Oturaqlıq senzi — bir ölkədə, yaxud şəhərdə müəyyən müddət yaşamaq tələbi.
  • Vətəndaşlıq senzi — seçki hüququ yalnız müəyyən müddət ərzində bir dövlətin vətəndaşı olan şəxslərə verilirdi.

Bir çox ölkədə cins senzi, yüksək yaş senzi və s. də tətbiq olunurdu. Zəhmətkeşlərin mübarizəsi nəticəsində müasir burjua dövlətlərində ümumi seçki huququ elan olunmuş, seçki senzinin çoxu ləğv edilmişdir. Buna baxmayaraq, seçkilərdə iştirak etmək üçün müxtəlif maneələr saxlanılmaqdadır.[1]

  1. 1 2 Сечки сензи // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VIII ҹилд: ПрадоСпринт. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1984. С. 365.Сечки сензи&rft.btitle=Азәрбајҹан Совет Енсиклопедијасы: ['"`UNIQ--templatestyles-00000005-QINU`"'10 ҹилддә]&rft.place='"`UNIQ--templatestyles-00000009-QINU`"'Бакы&rft.pages='"`UNIQ--templatestyles-0000000E-QINU`"'С. 365&rft.pub='"`UNIQ--templatestyles-0000000A-QINU`"'Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы&rft.date=1984&rfr_id=info:sid/az.wikipedia.org:Seçki senzi" class="Z3988">