Sarı şternbergiya
Sarı şternbergiya | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Sarı şternbergiya |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Sarı şternbergiya (lat. Sternbergia lutea (L.) Spreng.) — Nərgizçiçəyikimilər fəsiləsinə aiddir.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU A2c 3c. Azərbaycanın nadir növüdür.[1] [2]
Qısa morfoloji təsviri
[redaktə | mənbəni redaktə et]Çoxillik ot bitkisidir. Soğanağı yumru, böyük, 3-4 sm enində və 5 sm hündürlüyündədir. Tünd-qonur qınlarla əhatə olunmuşdur. Bitki 20(40) sm hündürlükdədir. Yarpaqları enli-xətvari, kənarları dişli, kələ-kötür, yaşıl, kütdür, payızda çiçəklərlə birlikdə əmələ gəlir. Çiçəkyanlığı parlaq-sarı rəngdədir. Borucuğu qısadır, 30-40 sm uzunluğunda, uzunsov – ellipsivari hissəciklərdən təşkil olunmuşdur. Erkəkcikləri büküklərdən 2 dəfə qısadır. Yumurtalıq uzunsov-yumurtavari, oturaqdır[3]
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Çiçəkləmə, meyvə əmələgəlmə dövrü sentyabr – oktyabr aylarına təsadüf edir.Kserofitdir. Soğanaqla çoxalır. Aşağı dağ qurşağının quru yamaclarında bitir. Zəhərlidir. Dekorativ və dərman bitkisidir.[3][4][5][6]
Yayılması
[redaktə | mənbəni redaktə et]Samur-Dəvəçi ovalığı (Xaçmaz, Samurçayın mənsəbi (çay ağzı), Lənkəranın dağlıq hissəsi (Lerik rayonu, Ağsaqlar kəndinin ətrafı), Lənkəran ovalığı.[3][4][5]
Sayı və tendensiyası
[redaktə | mənbəni redaktə et]Populyasiyalarında növlərin sayı azalır, yaşama ərazisi məhdudlaşır, azalma tendensiyası müşahidə olunur.[7] AMEA Nəbatət Bağında süni şəkildə becərilir.
Məhdudlaşdırıcı amillər
[redaktə | mənbəni redaktə et]Populyasiyanın növ sayının azlığı, dekorativ əhəmiyyətinə görə əhali tərəfindən həddindən artıq toplanması, mal-qara tərəfindən otarılma və tapdalanma.
Mühafizə tədbirləri
[redaktə | mənbəni redaktə et]Yayılma yerlərində antropogen təsiri azaltmaq, bərpasını təmin etmək və yeni yayılma yerlərin axtarmaq təklif olunur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
- ↑ http://redbook.az/?options=project&id=Sarı şternbergiya[ölü keçid]
- ↑ 1 2 3 Флора Азербайджана, 1952
- ↑ 1 2 Azərbaycan SSR-in Qırmızı kitabı, 1989
- ↑ 1 2 Ибадлы О.В. 2005
- ↑ Мехтиева Н. П., 2007
- ↑ Tərtibçilərin məlumatları.