Sant-Elmo
Sant-Elmo
| |
Ölkə | İtaliya |
Şəhər | Neapol |
Tikilmə tarixi | 1537 |
Sayt | Rəsmi sayt |
Sant-Elmo qalası ( it. Castel Sant'Elmo) — Neapolda keçmiş müqəddər Martin monastrı yaxınlığındakı hündür Vomero təpəsində yerləşən orta əsrlərə aid qala. Qalanın adı X əsrə aid qədim (günümüzə gəlib çatmamış) Sant-Erazmo kilsəsinədən gəlir, kilsənin adının mənşəyi isə Antioxiyalı müqəddəs Erazmın adına gedib çıxır. Onun adı dövrlər keçdikcə italyan dilinə uyğunlaşmış və "Elmo" formasına almışdır.
Qalanın inşasına 1329-cu ildə Anjuy kralı Robertin dövründə başlanılmış və onun ölüm ilində - 1343-cü ildə tamamlandırılmışdır. Kralın ispan qubernatoru Pedro Alvares de Toledo qalanı 1537-1546-cı illərdə bərpa etmişdi. Qala altı valı olan ulduzabənzər formada tikilib. 1647-ci ildə İspaniyada üsyan zamanı İspaniyanın vitse kralı Arkos hersoqu Rodriqo Ponse de Leon Mazanyellonun himayədarlığı ilə bu qalada gizlənmişdi ki, üsyançıların repressiyalarından qaça bilsin. 1717-ci ildə çareviç Aleksey Petroviç qalaya atasının təqiblərindən gizlənmək üçün üz tutmuşdu. Sant-Elmo həmçinin 1799-cu ildə Neapolitan respublikasının simvolu idi.
Hal-hazırda qalanın binasında "Bruno Molajoli" İncəsənət Tarixi Muzeyi yerləşir. Sant Elmo, bir növ Napoli, körfəz və Vezuviyə panoramik mənzərəsi olan sevilən turizm mərkəzidir.