Samur Novruzov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Samur Novruzov
24 noyabr 1995 – 24 sentyabr 2001
bayraq
Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı
bayraq2
1991 – 24 noyabr 1995
Şəxsi məlumatlar
Doğum tarixi 25 may 1938(1938-05-25)
Doğum yeri
Vəfat tarixi 24 sentyabr 2001(2001-09-24) (63 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti məşqçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • tarix üzrə fəlsəfə doktoru[d],
  • siyasi elmlər doktoru[d]

Samur Novruzov (tam adı: Samur Həsən oğlu Novruzov; 25 may 1938, Kirovabad24 sentyabr 2001, Bakı) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin I, II çağırış və Azərbaycan SSR Ali Sovetinin XI çağırış üzvü.

Samur Novruzov 1938-ci il mayın 25-də Kirovabad şəhərində (Gəncə) anadan olub. S. Kirov adına Azərbaycan Dövlət Universitetində filologiya üzrə ali təhsil alıb. Tarix elmləri namizədi idi. İngilis və rus dillərini bilirdi.

Samur Novruzov ailəli və üç övlad atası idi.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Samur Novruzov 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin üzvü seçilib. 1991–1993-cü illərdə Ali Sovetin, 1993–1995-ci illərdə isə Milli Məclisin üzvü olub.

1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində 88 nömrəli Tovuz qəsəbə dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Samur Novruzov I çağırış Milli Məclisin deputatı seçildi. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Samur Novruzov Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Daimi Komissiyasının üzvü, Azərbaycan—ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə rəhbəri olub.[1][2]

Daha sonra, 2000-ci il noyabrın 5-də baş tutan parlament seçkilərində 24 saylı Nərimanov I dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Samur Novruzov II çağırış Milli Məclisin deputatı seçildi. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Samur Novruzov Milli Məclisin Mədəniyyət məsələləri Daimi Komissiyasının, Azərbaycan—ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Azərbaycan—Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə rəhbəri olub.[3][4]

Samur Novruzov Azərbaycan Prezidenti Heydər Əliyevin 7 aprel 1994-cü il tarixli 133 nömrəli Fərmanı ilə Nazirlər Kabineti yanında Xarici Turizm Şurasının sədri vəzifəsinə təyin edilib. 8 il sonra isə o, Heydər Əliyevin 18 aprel 2001-ci il tarixli 680 nömrəli Sərəncamı ilə Nazirlər Kabineti yanında Xarici Turizm Şurasının sədri vəzifəsindən azad edilib.[5][6]

Əvvəl Sovet İttifaqı Kommunist Partiyasının, 1995-ci ildən isə Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının və İdarə Heyətinin üzvü olub.

Samur Novruzov 2001-ci il sentyabrın 24-də 63 yaşında vəfat edib.

  1. "I çağırış Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 24 noyabr 1995-ci il tarixli Qərarı" (PDF) (az.)). 24.11.1995. 26.08.2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26.08.2020.
  2. "I çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 7 mart 1997-ci il tarixli 256-IQR nömrəli Qərarı" (az.)). 07.03.1997. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.
  3. "II çağırış Azərbaycan Milli Məclisinin Mədəniyyət məsələləri Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 30 noyabr 2000-ci il tarixli Qərarı" (PDF) (az.)). 30.11.2000. 24.08.2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 24.08.2020.
  4. "II çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 30 noyabr 2000-ci il tarixli 24-IIQR nömrəli Qərarı" (az.)). 30.11.2000. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.
  5. "Samur Həsən oğlu Novruzovun Azərbaycanın Nazirlər Kabineti yanında Xarici Turizm Şurasının sədri təyin edilməsi haqqında Azərbaycan Prezidenti Heydər Əliyevin 7 aprel 1994-cü il tarixli 133 nömrəli Fərmanı" (az.)). 07.04.1994. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.
  6. "Samur Həsən oğlu Novruzovun Azərbaycanın Nazirlər Kabineti yanında Xarici Turizm Şurasının sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Prezidenti Heydər Əliyevin 18 aprel 2001-ci il tarixli 680 nömrəli Fərmanı" (az.)). 18.04.2001. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.