Əssalamu əleykum

Vikipediya, azad ensiklopediya
(Salam səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Ərəbcə "salam" sözünün yazılışı

Salam (ibranicə שלום, ərəbcə سَلَام,) sülh və əmin-amanlıq deməkdir. YəhudilərMüsəlmanlar arasında görüşərkən istifadə olunan ifadədir. Bir çox türkdilli ölkələr tərəfindən də istifadə olunur. Yəhudilikdə "Salam" Allahın sifətlərindən biri kimi, İslamda Əs-Səlam Allahın adlarından biri kimi qəbul edilir və sülh, əmin-amanlıq bəxş edən mənasını daşıyır. YəhudilərMüsəlmanlar rastlaşdıqda, görüşdükdə biri digərinə "Salam" (Sülh üzərinizə olsun!) deməklə Allahdan ona salamatlıq, əmin-amanlıq, firavanlıq bəxş etməsini diləyir.

Sözün ilk zamanlar deyiliş forması "Salam" deyil, "Şalom" şəklində idi. [1] [2][3]. Zamanla bu söz ərəb dilinə keçmiş və nəticə etibarilə formasını dəyişərək günümüzdəki "Salam" şəklində tələffüz edilmişdir

Yəhudilərdə Salam

[redaktə | vikimətni redaktə et]

Yəhudilik inancın görə "Salam" çox önəmli yer tutur. Belə ki, onlar bir-birləri ilə görüşərkən bu sözdən istifadə edirlər.

İncil yazılarına əsasən, İsa Məsih də öz şagirdlərinə "bir evə girən zaman o ev sakinlərinə "Sizə Salam Olsun!" deyin" deməsi diqqətə layiqdir. [4][5]

İslamda salam vermək müstəhəb, salamın cavabını almaq isə vacibdir.

Biri salam verdikdə cavabı ən azı onun salam verdiyi miqdarda qaytarmaq lazımdır. Bu barədə Qurani-Kərimdə yazılıb: "Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır."[6]

İslam inancına görə "Səlamun əleykum", yaxud "Əs-Səlamu əleykum" deyə salam verildikdə cavabını ən azı "Əleykum əs-Səlam" (Sizə də Allah sülh və əmin-amanlıq bəxş etsin!) kimi almaq lazım olduğuna inanılır. Həmçinin "Əleykum əs-Səlam və rahmətullah" (Allahın salamı və rəhməti sizin də üzərinizə olsun!) yaxud "Əleykum əs-Səlam və rahmətullahi və bərakətuh" (Allahın salamı, rəhməti və bərəkəti sizin də üzərinizə olsun!) da eyni mənnada istifadə edilir

Namaz qılan zaman verilən salamın cavabını salamın miqdarında almaq lazımdır və cavab zamanı salam sözü əvvəldə işlədilməlidir. Məsələn, namaz qılana "Əssəlamu əleykum" deyilsə, cavabı "Aleykumus əssəlam" kimi almalıdır.

  • İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.100.
  1. "Arxivlənmiş surət". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-05.
  2. https://az.warbletoncouncil.org/shalom-3852
  3. "Arxivlənmiş surət". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-05.
  4. Luka 10:5
  5. "Arxivlənmiş surət". 2021-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-05.
  6. Nisa surəsi, 86