Saksaul
Saksaul | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Saksaul |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Saksaul (lat. Haloxylon) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi.
Səhra-meşə cəngəlliklərini — saksaul meşələrini əmələ gətirirlər. Bunların sahələri Qazaxıstanın cənubunda 15 mln.ha yaxın, Türkmənistanda 6 mln.ha və Özbəkistanda 0,6 mln.ha olur.
Bioloji təsviri
[redaktə | mənbəni redaktə et]Kol və ya çox hündür olmayan ağaclar (1,2-1,5 m hündürlükdə) dixotomik budaqlanan və kövrək cavan zoğlar pöhrələrə malikdir. Yarpaqları qarşı-qarşıya düzülmüş xırda rəngsiz pulcuq və ya qalxanşəkilli (fotosintez yaşıl budaqlarda gedir). Çiçəkləri ikicinslidir, pulcuqlar arasında dörd-dörd yerləşir. Çiçəkyanlığı 5 pərdəşəkilli yarpaqcıqlardan ibarət olub, fındıqcameyvə üçün qanadcıq əmələ gətirir. Kök sistemi çox güclüdür, 10-11 metrə qədər dərinliyə gedir. Düzgün olmayan, möhkəm, bəzən isə kövrək olan gövdəyə malikdir. Gövdə qabığının rəngi ağ, qara və ya qəhvəyi olur.
Növləri
[redaktə | mənbəni redaktə et]10-a qədər növü məlumdur. Bunlar hamısı Asiyanın səhra və yarımsəhralarında yayılıb. Qazaxıstan və Orta Asiyada 2 növü bitir:
- Ağ saksaul (H. persicum)
- Zaysan saksaulu (H. ammodendron)
Saksaul cinsinin digər növləri:
- Haloxylon griffithii (Moq.) Boiss.
- Haloxylon negevensis (Iljin & Zohary) Boulos
- Haloxylon salicornicum (Moq.) Bunge ex Boiss.
- Haloxylon stocksii (Boiss.) Benth. & Hook.f.
- Haloxylon tamariscifolium (L.) Pau